Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən 3 saylı uşaq evinə başçəkmə həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Ombudsman məlumat yayıb. Bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Konstitusiya Qanunu və “Uşaq hüquqları haqqında” Azərbaycan Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müxtəlif yaş qruplarından olan uşaqların hüquqlarının təmini, habelə əvvəlki başçəkmələr zamanı müəyyən edilmiş nöqsanların…
Daha çoxDay: May 21, 2025
Türkiyə ilə ABŞ-ın Suriya baxışı ilə bağlı birgə bəyanatı yayımlanıb
Türkiyə ilə ABŞ-ın Suriya İşçi Qrupu ilə bağlı birgə bəyanatı yayımlanıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, Türkiyə ilə ABŞ Suriyada sabitlik və təhlükəsizlik sahəsində əməkdaşlıq və koordinasiyanı hər iki ölkə prezidentlərinin ortaya qoyduqları iradə çərçivədə artırmaqda qərarlıdırlar. ABŞ, Suriya İşçi Qrupunun yeni mərhələsi üçün Türkiyə heyətinə Vaşinqtonda ev sahibliyi edib. Türkiyə və ABŞ-ın müxtəlif dövlət qurumlarından ibarət nümayəndə heyətlərinin tərkibində iki ölkənin xarici işlər nazirlərinin müavinləri Nuh Yılmaz və Kristofer Landau rəhbərlik ediblər. Nümayəndə heyətləri tərəfindən görüşdə Prezident Donald Trampın göstərişi ilə…
Daha çoxSantyaqoda La Moneda sarayı boşaldıldı
Çilinin paytaxtı Santyaqoda prezident iqamətgahı La Moneda sarayının içərisində toksik qaz buludu yaranması səbəbindən bina boşaldılıb. SİA xəbər verir ki, “El Mostrador” nəşri xəbər verib ki, əvvəlcə şəhərin mərkəzində, o cümlədən La Moneda sarayında intensiv qaz qoxusu müşahidə olunub. Hazırda qaz buludunun mənbəyi hələ müəyyən edilməyib və əlavə araşdırmalar davam edir.
Daha çoxŞüvəlan qəsəbəsində işıq olmayacaq
Bu gün Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə SİA-ya “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq mayın 21-də Şüvəlan qəsəbəsinin bir sıra hissəsində elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbənin Mayak adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Mayın 20-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.27% – 42,677.24 bəndədək, S&P 500 indeksi 0.39% – 5,940.46 bəndədək, Nasdaq indeksi isə 0.38% – 19,142.71 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 20-də FTSE 100 indeksi 0.94% – 8,781.12 bəndədək, Almaniyanın DAX indeksi 0.42% – 24,036.11 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.75% – 7,942.42 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.39% artaraq 1.1327 dollar təşkil edib.
Daha çoxAvstraliyanı 35 günə qaçaraq keçən britaniyalı idmançı dünya rekordu qırıb
Britaniyalı ultra-marafonçu Uilyam Gudc Avstraliyanı bir başdan o biri başa qaçaraq keçən ən sürətli insan kimi yeni dünya rekordu müəyyən edib. SİA “Independent”ə istinadla xəbər verir ki, o, 3800 kilometrlik məsafəni cəmi 35 günə qət edərək Sidneydəki Bondi çimərliyində finiş xəttini keçib. Otuz bir yaşlı idmançı aprelin 15-də ölkənin qərbində yerləşən Pört şəhərindən qaçışa başlayıb və hər gün orta hesabla 100 km yol qət edib. O, bu nəticə ilə əvvəlki rekordu geridə qoyub. Belə ki, 2023-cü ildə avstraliyalı Kris Turnbull eyni marşrutu 39 günə keçmişdi. U.Gudc uzun və çətin marafonu…
Daha çoxBakının tıxaclı yolları açıqlanıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov…
Daha çoxRusiya dost olmayan ölkələrə dəvət göndərdi
Rusiya Federasiyası ABŞ və bəzi qeyri-dost ölkələri Təhlükəsizlik Məsələlərinə Məsul Ali Nümayəndələrin 13-cü Beynəlxalq Toplantısına dəvət edib. SİA xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov deyib. “Konfransa dəvət ABŞ-a və bir sıra dost olmayan dövlətlərə göndərilib”, – o qeyd edib. Venediktov vurğulayıb ki, bu dövlətlərin nümayəndələri “açıq anti-Rusiya kursuna” baxmayaraq, tədbirə maraq göstərirlər. Mayın 12-də məlum olub ki, təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin beynəlxalq görüşünə Cənub və Şərq dövlətlərinə, MDB, KTMT, Aİİ, ŞƏT ölkələrinə, o cümlədən 20-dən çox beynəlxalq təşkilatın…
Daha çoxRusiyanın daha bir aeroportu bağlandı
Rusiyanın daha bir aeroportu bağlandı
Daha çoxBu günün hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında mayın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə…
Daha çox