“Araz-2025” birgə təlimi davam edir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İran İslam Respublikasından cəlb olunan heyətin iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi davam edir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ssenariyə uyğun olaraq, iştirakçılar təlimin mərhələləri üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirirlər. Hər iki ölkənin hərbi qulluqçuları icra olunan fəaliyyətlər zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər. Azərbaycan-İran əlaqələrinin və əməkdaşlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan “Araz-2025” birgə təlimi mayın 21-də başa çatacaq.

Daha çox

Kiçik Robert Kennedi ÜST-ü “ölməkdə olan” təşkilat adlandırıb

ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri Robert F.Kennedi Cenevrədə keçirilən illik Ümumdünya Səhiyyə Assambleyasında nümayiş etdirilən videoçarxda Ümumdünya Səhiyyə Təşkilatını şişmiş və “ölməkdə olan” adlandırıb. SİA “Reuters” agentliyinə istinadla xəbər verir ki, BMT agentliyinin əsas donoru olan ABŞ Donald Trampın prezidentliyinin ilk günündə ÜST-dən çıxdığını elan edib, nəticədə təşkilat bu həftə keçən assambleyada islahatlar yolu ilə həll etməyə çalışacağı böyük büdcə kəsiri ilə üzləşəcək. “Dünyanın səhiyyə nazirlərini və ÜST-ni təşkilatdan çıxmağımızı oyanış siqnalı kimi qəbul etməyə çağırıram”, – deyə o, “Fox News” tərəfindən lentə alınan və sonra assambleyada yayımlanan videoda…

Daha çox

“Hazırda əfv gözləyən xeyli sayda ömürlük məhkum mövcuddur”

“Əfv anlayışının müəyyən tarixlərlə əlaqələndirilməsi və həmin tarixlərdə əfv tədbirlərinin həyata keçirilməsi beynəlxalq səviyyədə qəbul olunmuş bir təcrübədir. Bu cür tarixlər humanist və mərhəmət günü kimi qeyd olunur və simvolik məna daşıyır. Belə günlər təsadüfi şəkildə seçilmir, əksinə, tarixi hadisələrin və ya şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə müəyyən olunur. Tarixi aspektdən baxdıqda, müxtəlif dövlətlər illər öncə – məsələn, 10, 15 və ya 20 il əvvəl – belə mərhəmət günlərini müəyyənləşdirərək həmin günlərdə əfv qərarları qəbul etmişlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Onun sözlərinə görə,…

Daha çox

Avropa Çindən gələn bağlamalara vergi qoymaq istəyir…

…Avropa İttifaqı Çin mağazalarından gələn bağlamalara iki avroluq vergi tətbiq etmək istəyir. SİA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Ticarət komissarı Maroş Şefçoviç belə bir haqqın tətbiqini təklif edib. Yeni rüsum əlavə gömrük yoxlamalarının xərclərini ödəyəcək, qalan pul isə Avropa İttifaqı büdcəsinə yönəldiləcək. Layihə müəlliflərinin qeyd etdiyi kimi, Avropaya göndərilən bağlamaların 90 faizindən çoxu Çindən gəlir – bu, təxminən 4,6 milyard maldır. …Bağlamaların böyük axını tamamilə yeni problem yaradır: nəzarət, təhlükəsizlik, standartlara lazımi uyğunluğun təmin edilməsi… Bu idxal gömrük işçiləri üçün böyük yük yaradır. Mən bu tədbiri…

Daha çox

“Cümhuriyyət xadimlərinin ruhu bu gün şaddır”

“Tariximizin ən parlaq səhifələrindən biri 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib. O bildirib ki, bu hadisə Azərbaycan xalqının və bütövlükdə müsəlman Şərqinin taleyinə böyük təsir göstərdi: “1918-1920-ci illərdə 23 ay müddətində mövcud olmuş Cümhuriyyətin elan edilməsi ilə müsəlman Şərqi xalqları arasına Respublika ideyasını, idarə üsulunu Azərbaycan xalqı gətirdi. Xalqımız müstəmləkə zülmü altında olan müsəlman xalqlarına azadlığın yolunu göstərdi. İlk dəfə olaraq müsəlman Şərqində qadınlara seçki hüququ verildi. Bu hüquq o vaxt hələ bir çox Avropa…

Daha çox

Onların marşrutu 20 min kilometrdən çox məsafəni qət edib…

Tədqiqat Yer kürəsində ən uzun tarixdən əvvəlki miqrasiyanı hansı xalqların etdiyini ortaya qoyur… …Sinqapur Nanyang Texnoloji Universitetinin (NTU Sinqapur) alimlərinin rəhbərlik etdiyi beynəlxalq araşdırma, qədim asiyalıların bəşər tarixində ən uzun tarixdən əvvəlki miqrasiyanı həyata keçirdiklərini müəyyən edib. Onların marşrutu Şimali Asiyadan Cənubi Amerikanın ən cənub nöqtəsinə qədər 20 min kilometrdən çox məsafəni əhatə edirdi. SİA-nın məlumatına görə, “Science” jurnalında dərc olunan araşdırma 139 etnik qrupdan 1537 nəfərin DNT analizinə əsaslanır. Layihə Asiya genomlarının öyrənilməsi üzrə beynəlxalq təşəbbüs olan GenomeAsia100K konsorsiumu tərəfindən dəstəklənib. İşdə dünyanın 22…

Daha çox

Rusiya-Ukrayna danışıqları və nəticə

Liderlərin İstanbulda olmaması danışıqların əhatə dairəsini daraldıb Rusiya və Ukrayna arasında birbaşa danışıqların üç ildən artıq müddətdən sonra bərpa olunması ikitərəfli münasibətlərdə böyük dəyişikliklərin başlanmasından xəbər verir. Bununla belə, əsl sıçrayış hələ çox uzaqdadır, ölkələr arasında parçalanma çox dərindir. Gözləntilərin aşağı olmasına baxmayaraq, xüsusən də Rusiya nümayəndə heyətinin tərkibinin açıqlanmasından sonra Türkiyənin potensial vasitəçi kimi qayıtması və ABŞ-ın göstərdiyi fəal siyasi və diplomatik dəstəyi nəzərə alaraq, bu yeni raund beynəlxalq ictimaiyyətdə böyük maraq doğurur. Məqalənin məqsədi danışıqların hazırkı vəziyyətinin sistematik təhlilini təqdim etmək, yaxından izlədiyimiz iştirakçı tərəflərin mövqelərini, habelə xarici…

Daha çox

Körpü tikintisi zamanı baş verən qəzada üç işçi həlak olub

Almaniyanın Baden-Vürtemberq federal əyalətinin Horb şəhərində körpü tikintisi zamanı baş verən qəza nəticəsində üç işçi həlak olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə körpü üzərində qaldırıcı platformanın hündürlükdən yerə düşməsi nəticəsində baş verib. Həmin vaxt platformada olan işçilərin üçü də hadisə yerində ölüb. Hazırda qəzanın səbəbləri aydınlaşdırılır. Baden-Vürtemberqin federal əyalətinin nəqliyyat naziri, Yaşıllar partiyasının üzvü Vinfrid Herman bu hadisənin əyalətdə yol tikintisi sahəsində baş vermiş ən ağır əmək qəzalarından biri olduğunu bildirib. Qeyd edək ki, qəzanın baş verdiyi körpü əhəmiyyətli infrastruktur layihəsinin tərkib hissəsidir. Nekar vadisinin üzərində tikilən…

Daha çox

Xəzər interkonnektorunu tamamlamaq ABŞ-ın marağındadır

ABŞ Dövlət katibi Marko Rubio Xəzər interkonnektorunu tamamlamağın ABŞ və müttəfiqlərin maraqlarına uyğun olduğunu təsdiqləyib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Dövlət katibi Senatın Xarici Əlaqələr Komitəsi qarşısında ifadə verib. Senator Stiv Deyns Türkmənistanın Azərbaycana, daha sonra Avropadakı interkonnektora qoşulması üçün 20 mil uzunluğunda qaz kəmərinin kifayət etdiyini deyib. O, bu interkonnektoru tamamlamağın ABŞ-ın marağında olub-olmadığını Marko Rubiodan soruşub. “Düşünürəm ki, bəli. Mən bu 20 mil ilə bağlı mütəxəssis deyiləm, amma şübhəsiz ki, sizin arqumentinizdən, irəli sürdüyünüz yoldan bunun dünyada böyük əhəmiyyət kəsb etdiyini görə bilirəm”, – deyə ABŞ…

Daha çox