Ermənistan Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir

Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankarada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib. Dövlət başçısı deyib: “Təəssüf ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, “böyük Ermənistan” xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus…

Daha çox

“Braziliya Rusiya kəşfiyyatına zərbə vurur
…”

Yerli əks-kəşfiyyat agentləri saxta şəxsiyyətləri olan ən azı doqquz agenti müəyyən ediblər… …Rusiya kəşfiyyat xidmətləri Braziliyada gizli agentlərdən ibarət “konveyer lenti” yaradıb. Yerli əks-kəşfiyyat genişmiqyaslı casus şəbəkəsini ifşa etməyə müvəffəq olub. SİA-nın məlumatına görə, bunu “The New York Times” yazır. Bir neçə ildir ki, Rusiya kəşfiyyat xidmətləri Braziliyadan öz elit agentləri üçün start meydançası kimi istifadə edir. Əsl Braziliya pasportlarına malik saxta şəxsiyyətlər, bizneslər, romantik münasibətlər və sıfırdan yaradılmış “keçmiş” agentləri ABŞ, Avropa və Yaxın Şərqə göndərmək üçün diqqətlə planlaşdırılmış əməliyyatın bir hissəsi idi. İfşa…

Daha çox

“Arxiv fondu”

Mərkəzi Elmi Kitabxananın Xarici dillərdə ədəbiyyat fondunda nadir kitablar mühafizə olunur. Kitabxana fondları xalqın milli, mədəni, ənənəvi sərvətlərini toplayıb mühafizə edərək gənc nəsillərə çatdıran bilik xəzinəsidir. Azərbaycan kitabxanalarının fondlarında saxlanılaraq mühafizə olunan nadir və qiymətli kitabların çox mühüm bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında yerləşir. AMEA-nın Mərkəzi Elmi Kitabxanası respublikda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlara malik olan universal aparıcı elmi kitabxanasıdır. Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin təbliğinin qorunub saxlanılmasında 100 ilə yaxındır ki, Mərkəzi Elmi Kitabxana mühüm rol oynayır. Kitabların qorunub saxlanılmasında fondların…

Daha çox

Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmini regionda sülh üçün vacib şərtdir

Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir. SİA xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində əksini tapıb. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən…

Daha çox

Kreml Ukrayna ilə memorandumla bağlı bəyanat yayıb…

Dmitri Peskov sənədin hazırlanmasından danışıb… Rusiya tərəfi Ukrayna ilə memorandumun hazırlanmasının gecikdirilməsində maraqlı deyil. SİA-nın məlumatına görə, Korrespondent yazır ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov çərşənbə günü, mayın 21-də keçirdiyi brifinqdə bildirib. …Heç kim prosesin gecikdirilməsində maraqlı deyil, hamı dinamik işləyir. Biz sizi məlumatlandıracağıq. Bunu deyən Peskovun sözlərinə görə, Ukrayna ilə memorandum layihəsi üzərində iş açıq ola bilməz. …Bu işin çoxunun diskret rejimdə həyata keçirildiyi başa düşülür və o, ictimaiyyət üçün açıq olmamalıdır, – Kremlin mətbuat katibi əlavə edib. Xatırladaq ki, mayın 19-da…

Daha çox

“Ailələr anlamalıdır ki, övladdan nə acı, nə də şirin…”

“Çoxuşaqlı ailə modeli Azərbaycanda artıq tarixə qovuşmaq üzrədir. Vaxtilə 8, 10, hətta 12 uşağı olan ailələrə çoxuşaqlı ailə deyirdik. İndi isə iki və ya daha artıq uşağı olan ailələri məcburən çoxuşaqlı ailə hesab edirik”. Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, keçmişdə ailədə uşaqlar arasında ayrı-seçkilik halları geniş yayılmışdı: “O dövrlərdə çoxuşaqlı ailələrdə bəzi uşaqlar tənbəl olduqları üçün oxumağa göndərilir, bəziləri isə ailənin “sevimli üzvü” kimi seçilirdi.…

Daha çox

Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib. SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 6,8 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Daha çox

Ankarada beynəlxalq konfrans keçirilir

Türkiyənin paytaxtı Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.

Daha çox

Rusiyanın nefti nə vaxt tükənəcək?

Mənfəətli ehtiyatların əksəriyyətini bərpa etmək çətindir… …Rusiyada 31 milyard ton təsdiqlənmiş neft ehtiyatından yalnız 13 milyardı gəlirlidir. İldə 516 milyon ton olan hazırkı istehsal səviyyəsində bu ehtiyatlar təxminən 26 il davam edəcək. SİA-nın məlumatına görə, “New Voice” yazır. Bu barədə Rusiyanın Neft və Qaz İnformasiya Agentliyi Rusiya Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin rəhbəri Aleksandr Kozlova istinadən yazır. Eyni zamanda, gəlirli ehtiyatların əksəriyyətini çıxarmaq çətindir, lakin vaxtında vergi güzəştləri sayəsində onların hasilatı iqtisadi cəhətdən sərfəli olub, rusiyalı nazir bildirib. …Rusiyanın hazırda 31 milyard ton neft ehtiyatı…

Daha çox

Valideynlərin diqqət etməli olduğu məqamlar

Körpələr üçün əmzik seçimi valideynlər üçün olduqca vacib məsələdir. Bu kiçik, lakin təsirli məhsullar körpələrin sakitləşməsinə kömək edə bilər, bəzən isə onların yuxuya getməsini də asanlaşdırır. Hazırda bazarda müxtəlif əmzik növləri mövcuddur və düzgün seçim etmək valideynlər üçün çətinlik yaradır. Əmzik alarkən nəzərə alınmalı əsas amillər onun hazırlanma materialı, forması, ölçüsü və körpənin yaşına uyğunluğudur. Əmziklər adətən silikon və ya lateks materiallardan hazırlanır. Hər iki materialın həm üstünlükləri, həm də çatışmazlıqları var. Bəzi əmziklər isə xüsusi formada hazırlanaraq körpənin diş quruluşuna və damaq inkişafına uyğun dizayn edilir. Düzgün əmzik seçimi…

Daha çox