Bakıda parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir

Ödənişli parklanma yerlərindən istifadənin əlçatanlığını təmin etmək məqsədilə parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir. SİA-nın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə tərkibində birləşdirilməsi təcrübəsi hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur. Görülən işlər çərçivəsində məntəqələrin sayı 2400-dən 690-a endirilib. Bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər.

Daha çox

Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir

Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankarada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib. “2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmış və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir. Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir”, – dövlət başçısı vurğulayıb. Prezidentin sözlərinə görə, Qərbi…

Daha çox

Sergey Şoyqu bildirib ki, son beş il onun üçün çətin olub…

2012-ci ildən Sergey Şoyqu müdafiə naziri postunu tutub. Ötən il dövlət başçısının sərəncamı ilə o, Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib. SİA-nın məlumatına görə,“Rossiya 24” telekanalında təqdim olunan “Şoyqu 70. Varlığın qanunları” sənədli filmində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu vurğulayıb ki, xidmət iyerarxiyasında yüksəldikcə təcrid hissi daha qabarıq şəkildə özünü büruzə verir. …İnanın mənə, karyeranın yuxarı eşelonları soyuqluq və yadlıq hissi ilə xarakterizə olunur, çünki qəbul edilmiş qərarlara görə bütün məsuliyyət tamamilə sizin üzərinizdədir və heç kimlə bölüşülə bilməz. Uğursuzluğa uğrasanız, səhvlərinizin bütün yükü yalnız sizin üzərinizə düşür Bunu…

Daha çox

Küləkli hava şəraiti davam edir

Mayın 21-i saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir saniyədə Bakıda və Abşeron yarımadasında 25-28, Gəncədə 18, Sabirabadda 17, Kəlbəcərdə 16, Bərdə və Biləsuvarda 15 metrədək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvan Muxtar Respublikasında 28, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin…

Daha çox

“Ukrayna özünün danışıqlarda birbaşa iştirakının vacibliyini vurğulayır”

“Mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında 2022-ci ildən sonra ilk dəfə birbaşa görüş baş tutdu. Bu görüşdə tərəflər arasında əsir mübadiləsi məsələsində razılıq əldə olundu və min nəfərin min nəfərə dəyişdirilməsi həyata keçirildi. Bu, müharibənin başlanmasından bəri ən böyük əsir mübadiləsi idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, mayın 19-da ABŞ Prezidenti Donald Tramp həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm də Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı apardı. Tramp və Putin arasında iki saatdan artıq davam edən danışıqda sülh danışıqlarının dərhal başlanması…

Daha çox

AMB bank sektorunda kreditləşməyə dair sorğunun nəticələrini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin I rübündə bankların kreditləşmə fəaliyyətinə və maliyyələşmə mənbələrinə dair keçirdiyi sorğunun nəticələrini açıqlayıb. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Sorğu nəticəsində məlum olub ki, I rübdə bankların biznes və ipoteka kreditləri üzrə siyasətində dəyişiklik olmasa da, istehlak kreditləri üzrə standartlarda sərtləşmə müşahidə edilib. Banklar biznes və istehlak kreditlərinə tələbdə dəyişiklik olmadığını, ipoteka kreditləri üzrə isə tələbdə artım olduğunu bildirib. Sorğuya əsasən, banklar 2025-ci ilin II rübündə cəmi biznes və ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağı, bununla belə, istehlak kreditləri üzrə sərtləşmə trendinin davam…

Daha çox

“28 may müstəqilliyimizin tarixində ən şərəfli zirvədir”

“Hər bir qaranlıq gecənin işıqlı bir səhəri olur. Azərbaycan xalqının tarixində bu qaranlıq gecə 1918-ci ilin Mart soyqırımı, bu işıqlı səhər isə həmin ilin 28 mayıdır. 28 may müstəqilliyimizin tarixində ən şərəfli zirvədir. Bu bir mənalı belədir. Riyaziyyatçılar buna aksioma deyirlər”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. O bildirib ki, hər xalqa müstəqillik nəsib olmur: “Sayı bizlərdən on dəfələrlə çox olan xalqlar var, ancaq onların çoxunun müstəqilliyi yoxdur. Xoşbəxtik ki,dünyanın 200-ə qədər müstəqil dövlərləri sırasında biz də varıq. Dünyanın bir çox xalqlarının tarixində zirvələr mövcuddur. Anadolu…

Daha çox

Trampın oğlu deyir ki, o, ABŞ prezidentliyinə namizəd ola bilər…

O, “belə bir çağırışı olduğunu” da bildirib… ABŞ prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp prezidentliyə namizədliyini istisna etməyib. SİA-nın məlumatına görə, “Reuters” xəbər verir ki, bunu o, mayın 21-də Qətərə səfəri zamanı deyib. Qətər İqtisadi Forumunda çıxışı zamanı ondan atası vəzifədən getdikdən sonra namizəd olub-olmayacağı və “taxılını ələ keçirəcəyi” sualı verilib. Kiçik Trump dedi ki, o, “bu çağırış” var. “Cavab belədir: Bilmirəm, bəlkə nə vaxtsa. Bilirsiniz, bu çağırış var. Mən bu işlərin güclü müdafiəçisi olmaq baxımından həmişə çox fəal olacağam. Məncə, atam həqiqətən…

Daha çox

Uzaq qohum, yoxsa yaxın qonşu yaxşıdır?

“Qan bağıyla olan qohumluq və qan bağlılıqı olmayan qohumlar arasında fərq vardır. Qan bağlılıqı olan qohumlar yaxın qohumlar sayılır, o cümlədən valideynlər, bacı-qardaşlar və s. Qan bağlılıqı olmayan qohumluq isə, məsələn, nikah yolu ilə qurulan əlaqələrdir. Hər iki halda da qohumluq mühüm bir sosial bağdır və həm mental dəyərlərimizdə, həm də dinimizdə qohumluq əlaqələrinə xüsusi önəm verilir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. Ramal Əliyev sözlərinə belə davam edib: “İslam dinində qohumluq əlaqələrinin möhkəmləndirilməsi çox önəmli sayılır, hətta bir hədisdə bildirilir ki, qohumluq…

Daha çox

“Avropa bazarına ixrac Azərbaycanın əsas istiqamətlərindən biridir”

“Azərbaycanda enerji keçidi, xüsusilə yaşıl enerji keçidi, ölkənin bərpa olunan enerji potensialı ilə sıx əlaqəlidir. Məlumdur ki, Azərbaycanın bir çox regionlarında günəşli günlərin sayı kifayət qədər yüksəkdir və bu, günəş enerjisindən səmərəli istifadə üçün əlverişli şərait yaradır. Eyni zamanda Abşeron yarımadası da daxil olmaqla ölkənin müxtəlif ərazilərində külək enerjisinin inkişafı üçün əlverişli təbii şərait – yüksək külək intensivliyi və stabilliyi mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai şuranın sədri Amin Məmmədov deyib. Onun sözlərinə görə, bu amillər Azərbaycanın bərpa olunan enerji mənbələrinə üstünlük verməsinə…

Daha çox