Televiziyalarda işarət dilinin tətbiqi məsələsi müzakirə olunub

Mayın 20-də Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilib. Bu barədə SİA-ya Şuradan məlumat verilib. Bildirilib ki, görüşdə 11 aprel 2025-ci il tarixdən qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və həmin dəyişikliklərə əsasən informasiya proqramlarında işarət dilinin tətbiqi məsələsi müzakirə olunub. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri ilə bağlı yayımçılara geniş məlumat verilmiş, Qanunun tələblərinin yerinə yetirilməsinin təmin olunması mərhələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Yayımçıların nümayəndələri qeyd olunan…

Daha çox

Lavrov Makron və Starmerin ABŞ-a tələblərini açıqlayıb…

…Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ-ı anti-Rusiya hərəkətlərini gücləndirməyə fəal şəkildə çağırırlar. SİA xəbər verir ki, TASS agentliyinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. …Makron, Starmer və von der Leyen israrla ABŞ-dan Rusiyaya qarşı sanksiya təzyiqini artırmağı tələb edirlər, -deyə diplomat qeyd edib. Nazirin sözlərinə görə, bu, onların dialoqa girə bilməmələrini və böhrana görə məsuliyyəti dəyişdirmək istəklərini ortaya qoyur. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bəyan edib ki, Ukrayna ilə nizamlanma prosesində bundan sonra müvəqqəti atəşkəs olmayacaq. Çərşənbə axşamı…

Daha çox

Atalara verilən ödənişsiz məzuniyyətin ödənişli olması təklif edilib

Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi iIə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunub. SİA xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib. Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Sənəddə vurğulanıb ki, kişilərin və oğlanların əmək bazarında azlıq təşkil etdikləri sahələrə cəlb edilməsi, onlara bu istiqamətdə təsir göstərən gender stereotiplərinin aradan qaldırılması da təklif olunub. Hesabata əsasən, qadınların, xüsusilə, kənd yerlərində yaşayanların iqtisadi fəallıq…

Daha çox

“OPEC+ təşkilatı sabitliyinin təmin olunmasında mühüm rol oynayır”

“OPEC+ (Neft İxrac edən Ölkələr Təşkilatı və ona qoşulan qeyri-üzv ölkələr) dünya neft bazarında təchizat və tələb arasında tarazlığı təmin etməyə çalışan beynəlxalq bir platformadır. Bu birlik neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü dövrlərdə xüsusilə aktiv fəaliyyət göstərir. Bunun əsas səbəbi, azalan qlobal tələbat fonunda neftin qiymətində baş verə biləcək ucuzlaşmanın qarşısını almaqdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, bu məqsədlə, OPEC+ ölkələri arasında ən səmərəli vasitə hasilat həcmlərinin mütənasib şəkildə azaldılması hesab olunur. Tarixi təcrübə göstərir ki, bu təşkilat heç vaxt hasilatın artırılması…

Daha çox

Reallıq nə zaman üzə çıxar?

Həyatın ən mürəkkəb və sirli labirintində doğru ilə yalan arasında incə bir sərhəd çəkilir. İnsanlıq tarixindən başlayaraq, hər birimizin içində bu iki anlayış arasında daim bir mübarizə gedir. Yalanlar bəzən qaranlıq bir zireh, bəzən isə keçici bir sığınacaq olur. Lakin həqiqət, o qaranlıq zirehin içində gizlənsə də, gec və ya tez, hər zaman işığını üzə çıxarır. Doğru və yalan arasındakı bu əbədi mübarizə, insan təbiətinin, cəmiyyətin və ədalətin əsasını təşkil edir. İnsan təbiətində paradokslar çoxdur. Biz doğru və yalan arasındakı sərhədi daim dəyişən, yenidən kəşf edən məxluqatıq. Bəzən elə bir…

Daha çox

Azərbaycan ilə Çexiya şəhər mobilliyi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan ilə Çexiyanın “Skoda Group” şirkəti şəhər mobilliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edib. SİA xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” səhifəsindəki hesabında yazıb. Nazir qeyd edib ki, müzakirələr onun Çexiyanın “Skoda Group” şirkətinin baş icraçı direktoru Petr Novotny ilə görüşü zamanı aparılıb. Bundan başqa, görüşdə “Skoda Group” xidmət və məhsulları barədə ətraflı məlumat verib.

Daha çox

GlobE Şəbəkəsinin 6-cı Plenar İclasında ekoloji hüquqpozmalar müzakirə edilib

Bakıda Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa ev sahibliyi edir. Bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir. İclas çərçivəsində yüzdən artıq çıxışın təqdim olunması planlaşdırılır. Azərbaycan Respublikası Baş Prokurorluğunun təşəbbüsü…

Daha çox

“Telefon oyunları robot kimi uşaqlar yetişdirir”

“Uşaqlıq dövrünün əsas fəaliyyət növü oyun olduğu üçün uşaqlar ətraf aləmdəki prosesləri oyun vasitəsilə öyrənirlər”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib. O bildirib ki, uşaqları oturacaqda oturdub saatlarla öyüd nəsihətlər vermək, təbii ki, bir fayda verməyəcək, əksinə onun daha tez diqqətini yayındırıb yoracaq: “Oyun terapiyası uşaqların diqqətini cəlb edir, həm də oyun vasitəsilə uşaqlar duyğularını rahat ifadə edirlər. Oyun terapiyası 5 yaşından da tez təşkil edilə bilər, amma əsasən 5 yaşından sonra daha çox istifadə edilir. Oyun prosesində rəngli qələmlərdən, plastilindən, kuklalardan və s.…

Daha çox

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib. Bu barədə SİA-ya nazirlikdən bildirilib. Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 6,8 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib. Xatırladaq ki, bundan əvvəl ötən ay 2 dəfə depozit hərracı keçirilib. 1-ci hərracda vahid xəzinə hesabının 1 milyard manatlıq sərbəst qalığı 4…

Daha çox