Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilib. Şuradan SİA-ya verilən məlumata görə, görüşdə 2025-ci il aprelin 11-də qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və həmin dəyişikliklərə əsasən informasiya proqramlarında işarət dilinin tətbiqi məsələsi müzakirə olunub. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri ilə bağlı yayımçılara geniş məlumat verilib, Qanunun tələblərinin yerinə yetirilməsinin təmin olunması mərhələləri ətrafında fikir mübadiləsi aparılıb. Yayımçıların nümayəndələri qeyd olunan istiqamətdə intensiv işlərin həyata keçirildiyini və…
Daha çoxDay: May 21, 2025
Azərbaycan və Latviya vergi sahəsində təcrübə mübadiləsi aparıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın rəhbərlik etdiyi nümayəndə heyəti vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparmaq üçün Latviyada səfərdə olub. SİA quruma istinadən xəbər verir ki, S.Musayeva Latviyanın Dövlət Gəlirləri Xidmətinin baş direktoru Bayiba Şmite Roçe ilə görüşüb, Xidmətin tətbiq etdiyi vergi nəzarəti prosesinin və risklərin idarə edilməsi, vergi öhdəliklərinə nəzarət, hüquqi prosedurların tətbiqi və s. məsələlərlə bağlı təqdimatlar keçirilib. Öz növbəsində, Azərbaycan nümayəndələri vergi ödəyicilərinə göstərilən xidmətlər və onların təkmilləşdirilməsi, vergi mübahisələri və məhkəmə çəkişmələri, süni intellekt və informasiya texnologiyalarından istifadə, eləcə də digər mövzularda…
Daha çox“Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur”
Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur.
Daha çoxSükan arxasında əyləşmək böyük məsuliyyət tələb edir
Valideynlər övladlarına sükan arxasında əyləşməyi etibar edərkən ona təkcə nəqliyyat vasitəsi deyil, həm də bir öhdəlik də vermiş olurlar. Çünki avtomobilin idarə olunması yalnız texniki bacarıq deyil, qaydalara hörmət, təhlükəsizliyə yanaşma və cəmiyyət qarşısında məsuliyyət tələb edir. SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilir. Məlumatda daha sonra deyilir: “Əgər həmin dəyərlər öyrədilmirsə, hədiyyə edilən sükan bir gün təəssüf və peşmanlıqla xatırlanacaq bir qərara çevrilə bilər. Unutmaq olmaz ki, avtomobili idarə etmək hər kəsin hüququdur, təhlükəsiz davranmaq isə borcdur”.
Daha çoxKapital Bank ATU-da keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub
Ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub. SİA xəbər verir ki, tədbirlər çərçivəsində baş tutan “Universitet-sənaye əlaqələri” forumunda Kapital Bank-ın Gəncə filialının müdiri Vüqar Paşayev spiker qismində çıxış edib. Vüqar Paşayev Forum iştirakçıları ilə öz karyera yolu, bank sektorunda karyera imkanları, gənclərin bu sahədə inkişafı üçün vacib bacarıqlar və şəxsi keyfiyyətlər barədə fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb. Panel müzakirəsi formatında keçirilən forumun məqsədi universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, tələbələri iş dünyası ilə birbaşa əlaqələndirmək, əmək bazarının real tələbləri ilə tanış etmək və karyera…
Daha çoxBaş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov mayın 21-də Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə mayın 21-dən iyunun 1-nə qədər Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının əhəmiyyəti qeyd edilib. Azərbaycanın beynəlxalq səviyyəli idman yarışlarına böyük uğurla ev sahibliyi etməsi xüsusi vurğulanaraq minifutbol üzrə dünya çempionatının da yüksək standartlara uyğun təşkil ediləcəyinə əminlik ifadə olunub. İdmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyi bildirilib, dövlət tərəfindən idmançılara göstərilən diqqət və qayğı barədə söhbət açılıb. Söhbət zamanı ölkədə minifutbolun inkişafı və kütləviləşməsi…
Daha çox“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində gənc xanımlarla görüşüb
“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüş Şamaxı rayonunda keçirilib. SİA xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Könül Nurullayeva da iştirak edib. O, tədbirdə çıxış edərək qadınların ictimai həyatda rolu, dövlətimizin qadın siyasəti, ailə institutunun möhkəmləndirilməsi və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi mövzularında fikirlərini bölüşüb. Bildirib ki, qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. “Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır” deyən deputat qeyd edib ki, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə…
Daha çoxPrezident Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Macarıstanın paytaxtı Budapeştdə mayın 21-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıb. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Macarıstanın Baş naziri Viktor Orban dövlət başçısını qarşıladı. Prezident İlham Əliyev iclasda çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Hörmətli cənab Baş nazir. Hörmətli dövlət başçıları. İlk növbədə, qonaqpərvərliyə görə Baş nazir Viktor Orbana təşəkkürümü bildirirəm. Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil…
Daha çoxMüstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində 28 May – Müstəqillik Günü münasibətilə “Üçrəngli bayrağın kölgəsində” adlı konsert proqramı baş tutacaq. Birliyin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, konsert 27 may, saat 19:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində keçiriləcək. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan gəncləri arasında milli mənsubiyyət hissini, vətən sevgisini və mədəni dəyərlərə bağlılığı daha da gücləndirmək, eyni zamanda, gənclər arasında milli ruhun, müstəqillik dəyərlərinin təbliği, mədəni irsimizin yaşadılmasıdır. Konsertdə Azərbaycan Respublikasının tanınmış sənətçiləri, istedadlı gənclər və müxtəlif yaradıcı kollektivlər çıxış edəcək. Qeyd edək ki, tədbir Şəhriyar…
Daha çox“Banklar iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv rol oynayır”
“İqlim dəyişikliyi, qlobal problemlərdən biri olaraq iqtisadiyyata, cəmiyyətə və maliyyə sektoruna təsir edir. Bu dəyişikliklərə uyğunlaşan banklar, ekoloji və sosial məsuliyyətlərini yerinə yetirmək üçün yeni maliyyə alətləri və investisiya strategiyaları tətbiq edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes kreditlər üzrə ekspert Fərid Tanrıverdiyev deyib. Onun sözlərinə görə, banklar iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv rol oynayır: “Onlar yalnız iqtisadi məqsədlərlə deyil, həm də ekoloji və sosial məqsədlərlə fəaliyyət göstərir. Banklar, iqlim riski və qeyri-müəyyənliklərə uyğun olaraq investisiya və kredit strategiyalarını formalaşdırır, ekoloji cəhətdən dayanıqlı layihələrə maliyyə dəstəyi təklif edirlər.…
Daha çox