“Cumhuriyyət dövründə bir çox nailiyyətlər əldə olundu”

“Şübhəsiz ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir. Əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa da hər bir azərbaycanlı müstəqil dövlət quruculuğu tarixi ilə qürur duyur: “Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa…

Daha çox

“Arabian Ghost” haker qruplaşması kiberhücumlar həyata keçirdiyini açıqlayıb

“Arabian Ghost” adlı haker qruplaşması ölkəmizin bir sıra informasiya ehtiyatlarına, o cümlədən dövlət saytlarına qarşı kiberhücumlar həyata keçirdiyini açıqlayıb. SİA bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücümlar 24/7 rejimində monitorinq olunur və bu hücumların qarşısı alınır. Kiberhücümların hazırda da davam etməsinə baxmayaraq, dövlət qurumlarının informasiya ehtiyatlarında heç bir dayanma və yaxud müdaxilə halı qeydə alınmayıb. “Vətəndaşları və dövlət qurumlarını kibertəhlükəsizlik sahəsində diqqətli olmağa, şübhəli fəaliyyətlər barədə dərhal məlumat verməyə və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq. Dövlət Xidmətinin Kompüter…

Daha çox

səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib. SİA xəbər verir ki, Prezident Kitabxanasının direktoru Afət Abbasovanın moderatorluğu ilə keçən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BBMM Himayəçilik Şurasının sədri akademik Kamal Abdulla bildirib ki, fotoalbom Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dini və mədəni irsin dağıdılmasını sübut edən zəngin mənbədir və 30 illik işğal müddətində baş verənlər haqqında…

Daha çox

Vaxtından əvvəl nübar, yoxsa orqanizmdə yaranacaq azar?

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın SİA-ya müsahibəsini təqdim edirik: – Mövsümi olmayan meyvə və tərəvəzlərin qəbulu ziyandır? – Bizim hər mövsümə uyğun meyvə və tərəvəzlərimiz zəngindir. Artıq may ayındayıq, çiyələyin, alçanın mövsümü gəlib çatıb. Bir çox insanlar bu meyvə-tərəvəzlərdən bəzən miqdarından artıq qəbul edirlər ki, bu da onlarda mədə-bağırsaq sisteminin pozulmasına gətirib çıxarır. Yaxşı olar ki, hər bir insan birinci növbədə qidaya qarşı həssaslığının, allergiyasının olub-olmadığını bilsin. Bu qidaları alarkən daha çox yerli, mövsümündə yetişdirilmiş olduğuna diqqət etsinlər. Çünki həmin meyvələrin bu gün biz istixana şəraitində yetişdirilənlərini də görürük.…

Daha çox

Avropada təbii qazın bahalaşması davam edir

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 435 ABŞ dollarını ötüb. SİA xəbər verir ki, 21 may tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə iyun fyuçerslərinin qiyməti 437,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (430,3 dollar) ilə müqayisədə 1,7% çoxdur. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Daha çox

“Macarıstan üçün Azərbaycan güclü və etibarlı müttəfiqdir”

“Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə səfər edib. Prezidentin səfəri yalnız ikitərəfli əlaqələrin inkişafına xidmət etmir, həm də iki ölkənin geosiyasi maraqlarının üst-üstə düşdüyü bir dövrə təsadüf edir. Bunu Orbanın Azərbaycanla dostluğunu “dar gündə tanınan dost…” kimi xarakterizə etməsi də təsdiqləyir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Turan Rzayev sözlərinə belə davam edib: “Macarıstan Avropa İttifaqı (Aİ) daxilində yürütdüyü müstəqil siyasi kursla diqqət çəkir. Viktor Orbanın rəhbərliyi altında Macarıstan Aİ daxilində digər üzv dövlətlərdən fərqli olaraq, öz suverenliyini və iqtisadi müstəqilliyini qorumaq…

Daha çox

“Çində məktəblərdə, ictimai platformalarda gənclərin maarifləndirilməsinə önəm verilir”

“Gənclərin Anti-Narkomaniya İctimai Birliyi (GANİB) gənclər arasında narkotik vasitələrin istifadəsinin qarşısının alınması məqsədilə beynəlxalq təcrübələrin öyrənilməsi və onların yerli səviyyədə tətbiqinə yönəlmiş yeni təşəbbüslərlə çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında Narkotiklər üzrə Vyana QHT Komitəsinin üzvü, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova deyib. O bildirib ki, bu sahədə qabaqcıl təcrübəyə malik ölkələrdən biri olan Çin Xalq Respublikasının modeli Azərbaycanda tətbiq oluna biləcək praktik və effektiv yanaşmalar təqdim edir: “Çin modeli təkcə sərt qanunvericilik tədbirləri ilə deyil, həm də maarifləndirmə, reabilitasiya, texnologiyadan istifadə və sosial reinteqrasiya sahələrindəki sistemli yanaşması ilə…

Daha çox

DGK ölkəyə idxalın kəskin artmasının səbəbini açıqlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın idxalının dəyərinin ötən ilin eyni dövrünə nisbətən 2 milyard 667,9 milyon ABŞ dolları və yaxud 48,8 % artması, bununla da xarici ticarətdəki müsbət saldonun illik müqayisədə 4,15 dəfə azalması ölkəyə gətirilən qeyri-monetar qızılla bağlıdır. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Belə ki, 4 ay ərzində Azərbaycana 2 milyard 527,3 milyon ABŞ dolları dəyərində qeyri-monetar qızıl idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,6 dəfə çoxdur. “Qeyri-monetar qızılın idxalı nəzərə alınmadan ölkənin idxalının dəyəri 5 milyard 605,6 milyon ABŞ dolları (illik…

Daha çox

Türkiyənin gizli qalmış təbii möcüzələri

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl cənnəti xatırladır. Türkiyənin gizli cənnəti deyəndə çoxlarının ağlına müxtəlif turistik məkanlar gəlir. Amma bu yazımızda çoxları üçün kəşf edilməmiş Türkiyənin ən gözəl yeri sayılan yerləri sizə təqdim edəcəyik… Narlıgöl Aksaray Aksarayın Niğde ilə sərhəddində yerləşən, Acıgöl kimi də tanınan Narlıgöl Türkiyənin gizli cənnətləri arasındadır. Onun kalsium, natrium və bikarbonatla zəngin şəfalı suyunun müxtəlif xəstəliklərə xeyirli olduğu deyilir. İllər keçdikcə suyun səviyyəsinin azalması ilə ürək şəklini alan göl özünəməxsus və romantik…

Daha çox

Ötən il məişət zorakılığına məruz qalan 21 kişiyə mühafizə orderi verilib

2024-cü ildə məişət zorakılığına məruz qalma ilə bağlı 325-i qısamüddətli, 34-ü uzunmüddətli olmaqla, ümumilikdə, 359 mühafizə orderi icraatda olub. SİA xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib. Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. İllik məlumatda bildirilib ki, onlardan 338-і (2023-cü ildə 187-si) qadınlar, 21-i (2023-cü ildə 9-u) kişilər barədə verilib. Vurğulanıb ki, 2023-cü ildə qısamüddətli müzafizə orderlərinin sayı 180, uzunmüddətlinin sayı 16 olub. Hesabatda qeyd edilib ki, 190 (2023-cü ildə 139)…

Daha çox