Çilinin paytaxtı Santyaqoda prezident iqamətgahı La Moneda sarayının içərisində toksik qaz buludu yaranması səbəbindən bina boşaldılıb. SİA xəbər verir ki, “El Mostrador” nəşri xəbər verib ki, əvvəlcə şəhərin mərkəzində, o cümlədən La Moneda sarayında intensiv qaz qoxusu müşahidə olunub. Hazırda qaz buludunun mənbəyi hələ müəyyən edilməyib və əlavə araşdırmalar davam edir.