Qazaxıstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov işgüzar səfərlə “Xorqos” Sərhədyanı Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəzdə olub. SİA xəbər verir ki, bu layihə “NURLI YOL” («НҰРЛЫ ЖОЛ») yeni iqtisadi siyasət və “Bir kəmər, bir yol” strategiyası çərçivəsində həyata keçirilir. “Xorqos” Qazaxıstan və Çinin sərhəd zonasında yerləşən və ticarət, iqtisadiyyat, investisiya və turizmin inkişafı sahələrində əməkdaşlığı özündə birləşdirən kompleksdir. Səfər zamanı A.Atamoğlanov “Xorqos” Beynəlxalq Mərkəzinin İdarə Heyətinin sədri Nurjan Sultanaliyev ilə görüşüb, mərkəzin fəaliyyəti, logistika və tranzit imkanları ilə tanış olub. Səfir Beynəlxalq Mərkəzin potensialını yüksək qiymətləndirib və Azərbaycanla Qazaxıstan arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlığın…

Daha çox

Hava hücumundan müdafiə qüvvələri Moskvaya dron hücumunu dəf edib

Moskva şəhərinin meri Sergey Sobyanin bildirib ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri paytaxta yönəlmiş 16 pilotsuz uçuş aparatının hücumunun qarşısını alıb. SİA xəbər verir ki, hücumlarla əlaqədar “Şeremetyevo” hava limanında, eləcə də təkrar olaraq “Domodedovo” və “Jukovski” hava limanlarında hava gəmilərinin qəbulu və uçuşu müvəqqəti məhdudlaşdırılıb. Bəzi dronların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlərin mütəxəssisləri işləyir. Rusiya Müdafiə Nazirliyi həmçinin bu gün ölkənin müxtəlif regionları üzərində 34 Ukrayna pilotsuz uçuş aparatının hava hücumundan müdafiə vasitələri ilə məhv edildiyini və ya ələ keçirildiyini açıqlayıb.

Daha çox

Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq

Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Zirə qəsəbəsindəki qaz xəttinin kipliyə sınaq olunması məqsədi ilə 22.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. “Həmin müddətdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda vurğulanıb.

Daha çox

Genişmiqyaslı əməliyyat nəticəsində üç nəfər saxlanılıb

Almaniyanın doqquz əyalətində qanunsuz miqrasiya ilə məşğul olan cinayətkar şəbəkənin üzvlərinə qarşı əməliyyatlar keçirilib. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, ümumilikdə 38 ünvanda aparılan axtarış tədbirləri nəticəsində Almaniya vətəndaşı olan üç nəfər əsas şübhəli qismində saxlanılıb. Onlar Çin vətəndaşlarını yüksək məbləğdə ödəniş qarşılığında qanunsuz yollarla ölkəyə gətirməkdə ittiham olunurlar. Həmin şəxslərin saxta əmək müqavilələri əsasında Çin vətəndaşlarına Avropa İttifaqının “Mavi kartı”nı əldə etməyə imkan yaratdıqları və bunun müqabilində hər miqrantdan 230 min avroyadək pul tələb etdikləri bildirilir. Ümumilikdə 750-yə yaxın polis əməkdaşının cəlb olunduğu əməliyyatlar zamanı 5 milyon avrodan…

Daha çox

Nümayəndə heyətimiz Panamada İqlim Həftəsində iştirak edib

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 19-21 may tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə Panama şəhərində keçirilən İqlim Həftəsində və bu çərçivədə baş tutan mandatlı tədbirlərdə və yüksəksəviyyəli plenar iclasda iştirak edib. SİA-nın məlumatına görə, XİN-dən bildirilib ki, mayın 21-də baş tutan yüksəksəviyyəli plenar iclasda Y.Rəfiyev Azərbaycanın COP29 sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Azərbaycanın sədrliyi ilə COP29-da qəbul edilən tarixi qərarların, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər…

Daha çox

İsrail Ordusu yeni reydlər keçirdi, 25 nəfər saxlanıldı

İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində ötən gün növbəti gecə reydləri keçirib və terrorçuluqda şübhəli bilinən 25 nəfəri saxlayıb. SİA xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, reydlər əsasən İordan çayının qərb sahilində yerləşən Vifleem, Cenin və Xevron şəhərləri ətrafında aparılıb.

Daha çox

Türkiyə Azərbaycanın ədalət çağırışlarına açıq dəstək verir…

Qərbi Azərbaycan məsələsində… Mayın 21-də Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans vacib keçid prosesi mahiyyətində idi. Bu istiqamətdə növbəti böyük konfransın oktyabrda Belçikada keçirilməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, bu fikri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri müavini, Milli Məclisin deputatı Ramil Həsən bildirib. Ankarada keçirilən konfransın bu silsilədən üçüncü beynəlxalq tədbir olduğunu xatırladan R.Həsən, “daha əvvəl Bakıda Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə iki böyük tədbir təşkil olunub. Növbəti konfransın məhz qardaş Türkiyədə keçirilməsi çox əhəmiyyətli hadisədir.…

Daha çox

TDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib

Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib. SİA xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında danışıb. O qeyd edib ki, bu gün TDT liderləri gələcəyə baxan və hərtərəfli sənədi imzalamaqla növbəti əməkdaşlıq mərhələsi üçün ortaq baxışı rəsmiləşdirdilər: “Sənəd gücləndirilmiş ticarət, gömrük prosedurlarının uyğunlaşdırılması və Orta Dəhlizlə Transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafı vasitəsilə regional iqtisadi inteqrasiyanı həyata keçirmək üçün konkret yol xəritəsi təqdim edir”. Baş katib onu da bildirib ki,…

Daha çox