Ruslar deyir ki, guya…“Rusiya heç vaxt sərxoş olmayıb..?”

Şərqi slavyanlarda alkoqol asılılığı üçün genetik risk faktorları aşkar edilib… …Rusiyalı tədqiqatçılar etanolun parçalanmasından məsul olan alkoqol dehidrogenaz 1B (ADH1B) genində modifikasiya aşkar ediblər. SİA xəbər verir ki, genotek mətbuat xidmətinin məlumatına görə, genomda bu variasiyanın olması şərqi slavyanlar, eləcə də tatarlar, aşkenazi yəhudiləri, yerli Sibir xalqları və digər etnik qruplar arasında alkoqoldan asılılıq ehtimalını 25-32 faiz azaldır. …Bexterev adına Psixiatriya və Nevrologiya NMIC-nin psixi pozğunluqların genomikası şöbəsinin müdiri Aleksandr Kibitov bildirir ki, bu, klinik məlumatlarla təsdiqlənmiş alkoqoldan asılılıq riskinin əhəmiyyətli genetik markerlərini müəyyən edən…

Daha çox

“”Böyük Qayıdış” proqramı Azərbaycanın siyasi gündəliyində sadəcə sosial layihə deyil”

“Heç kimə sirr deyil ki, 2020-ci il 44 günlük Vətən müharibəsi, eyni zamanda 2023-cü il iki günlük antiterror əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib. O bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkənin siyasi gündəliyində xüsusi yer tutan bir mərhələyə qədəm qoydu ki, bu mərhələnin adı “Böyük Qayıdış”dır: “”Böyük Qayıdış” təkcə humanitar yaxud da, sosial-iqtisadi mərhələdən ibarət deyil. Burada həm də milli birliklə yanaşı milli təhlükəsizlik məsələsi də önəmli rol oynayır. Bu gün Qarabağ torpaqlarında iqtisadi canlanma…

Daha çox

Zelenski Rusiyanın Kurskdakı itkilərini açıqladı

Rusiya ordusu avqustda Kursk əməliyyatı başlayandan ciddi itkilər verib. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkədə bildirib. Ukrayna lideri orada rusların 63 mindən çox ölü və yaralısı olduğunu bildirib. Zelenski hazırda cəhbədə ən qaynar nöqtənin Donetsk vilayətində, xüsusən də Pokrovsk istiqamətində olduğunu qeyd edib.

Daha çox

iki dost və tərəfdaş ölkə

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətlərindəndir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursunun yaratdığı reallıqlar nəticəsində Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi imkanlara malik ölkə kimi tanınır. Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan-Macarıstan arasında dostluq…

Daha çox

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan münasibətlərin dinamik inkişafını qeyd edib. Müdafiə naziri qardaş ölkələrin dövlət başçılarının dostluq münasibətləri nəticəsində imzalanmış Şuşa Bəyannaməsinin icrası ilə bağlı həyata keçirilmiş tədbirlərin müsbət nəticələrini…

Daha çox

Edam prosesini diplomatik nümayəndəliyin iki əməkdaşı müşahidə edib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı 2023-cü il yanvarın 27-də terror hücumu həyata keçirmiş Yasin Hüseynzadənin edamının icra prosesini Azərbaycan səfirliyinin iki əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib. SİA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin terrorçuya qarşı edam hökmünün icrası ilə bağlı şərhində deyilir. O xatırladıb ki, hücum zamanı səfirliyin bir əməkdaşı qətlə yetirilmiş, iki əməkdaşı isə yaralanıb. “Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi. Diplomatik əlaqələr haqqında Vyana…

Daha çox

Təbii obyektlərə daş atan hər kəs 200 min avro cərimələnəcək…

…Bu yaxınlarda İspaniyanın Picos de Europa milli parkında geniş rezonansa səbəb olan insident baş verib. Parkın ziyarətçisi qayalığın zirvəsindən düz dərin dərəyə böyük bir qaya atmaq qərarına gəlib. Dostu bu hərəkəti telefonunun kamerasına çəkib və video qısa zamanda sosial şəbəkələrdə yayılaraq istifadəçilərin böyük narazılığına səbəb olub. SİA-nın məlumatına görə, daş o qədər böyük olub ki, onu atan adamın baş ölçüsünü keçib. Daş atıldıqdan sonra, yaxınlıqda ola biləcək hər kəs üçün potensial təhlükəni göstərən güclü zərbə səsi aşağıdan aydın eşidilib. Axı dərədən məşhur gəzinti cığırı keçir və yaxınlıqdakı işçilər tez-tez təbii…

Daha çox

Rusiya ilə Ukrayna arasındakı DANIŞIQLARI POZMAĞA CƏHD EDƏNLƏR

Rusiya və Ukrayna arasında danışıqlar belə görünür ki, Avropa üçün əlverişsiz hesab olunur. Doğrudur, mayın 16-da İstanbulda Dolmabağça sarayında Rusiya ilə Ukrayna arasında olan danışıqlar son üç ildə Rusiya və Ukrayna nümayəndə heyətlərinin ilk dəfə üzbəüz danışıqları kimi tarixə düşdü, amma kimlərsə bundan heç də razı görünmürlər. Bu görüşün kimləri isə qane etmədiyi onların həmin danışıqları pozmağa cəhd etmələrindən bəllidir. Bütün dünyanı indi ən çox maraqlarndıran sual məhs İstanbulda Dolmabağça sarayında keçirilən görüş və həmin görüşlə bağlı məqamlardır. Maraqlıdır, həqiqətən də görəsən, İstanbulda danışıqlar necə keçdi? Rusiya nümayəndə heyəti rəqiblərini…

Daha çox

Rusiyada spirtli içkilərin ən az satıldığı bölgələrin adını çəkilib…

…Və Çeçenistan, İnquşetiya və Dağıstan Rusiya Federasiyasının ən az alkoqol istehlakı olan bölgələri olub. Bununla belə, illik spirt istehlakı göstəriciləri 2019-cu ildən etibarən azalma tendensiyası nümayiş etdirir. Belə ki, 2019 və 2020-ci illərdə 9,06 litr, 2024-cü ilə qədər isə 8,38 litrə qədər azalıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2025-ci ilin mart ayında Rusiyanın ən az alkoqol istehlak etdiyi regionları Çeçenistan (adambaşına 0,13 litr), İnquşetiya (0,63) və Dağıstan (0,81) olub. Onların ardınca Qaraçay-Çərkəz və Kabardin-Balkar gəlir. Rusiyada litr etanolda adambaşına spirt istehlakı nisbəti 2024-cü ilin martında 8,21 litrdən 2025-ci…

Daha çox

Gürcü nazir Azərbaycan səfiri ilə hüquq sahəsində əməkdaşlığı müzakirə edib

Gürcüstanın ədliyyə naziri Paata Salia Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb. SİA xəbər verir ki, görüşdə iki ölkənin aidiyyəti qurumları arasında hüquq sahəsində mövcud əməkdaşlıq əlaqələri və onun inkişaf perspektivləri müzakirə olunub. Ədliyyə Nazirliyində baş tutan görüş zamanı hüquqi sahədə səmərəli əməkdaşlığın vacibliyi vurğulanıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib. Görüşdə Gürcüstan ədliyyə nazirinin müavini Beka Dzamaşvili və Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Seymur İlyaslı da iştirak ediblər.

Daha çox