Rusiyada ilk müsəlman vəqf fondu Permdə yaradılıb

Rusiyada müsəlmanlar tərəfindən idarə olunan ilk vəqf fondu – “Əbədi xeyir” Permdə yaradılıb. SİA-nın məlumatına görə, bu barədə “Kommersant-Prikamye” xəbər verir. Təşkilat yerli İslam kollecinin tələbə və müəllimlərinə maddi dəstək göstərməyi, elmi və dini tədbirlər keçirməyi planlaşdırır. Fondun rəyasət heyətinin sədri Rüstəm Şamilovun nəşrə verdiyi məlumata görə, hazırda 3 milyon rubl məbləğində məqsədli kapital toplanır ki, bu da fondun tam işinə başlaması üçün lazımdır. Şamilovun sözlərinə görə, təşkilatın əsas məqsədi Perm İslam Kollecinə maliyyə dəstəyi verməkdir: onun maddi bazasının genişləndirilməsi, müəllimlərin maaşlarının və tələbələrin təqaüdlərinin artırılması, həmçinin məscidlərin tikintisidir. O…

Daha çox

TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

Macarıstanın paytaxtı Budapeştdə mayın 21-də keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir. Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən…

Daha çox

Aprel ayında qlobal avtomobil bazarı 6 faiz artıb, Çin liderlik edir…

…Aprel ayında minik avtomobillərinin və yüngül ticari avtomobillərin qlobal satışı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 7,3 milyon ədədə çatıb. İlin ilk dörd ayında qlobal bazar 5,9 faiz artaraq 29 milyon nüsxəyə çatıb. SİA-nın məlumatına görə, dünyanın ən böyük bazarı olaraq qalan Çin bazarı 12 faiz artaraq 2,06 milyon ədədə çatıb. Amerikada satışlar da aprel ayında 11,3 faiz artaraq 1,47 milyona çatıb. “GlobalData” xəbər verir ki, Avropada tələbat azalıb. Belə ki, bu azalma qərbdə 2,2 faiz, şərqdə isə 1,3 faiz olub. Digər əsas regionlar arasında satışlar 3,6…

Daha çox

Çinli turistlər “Steklyannı” çimərliyini dağıdırlar..?

…Vladivostok sakinləri Çindən gələn turistlərdən şikayətlənirlər. SİA rus saytlarına istinadən xəbər verir ki, yerli əhalinin dediyinə görə, xarici qonaqlar, dəqiq desək çinlilər yerli çimərliyi dağıdıb “parça-parça” edirlər. Çinli turistlər Vladivostokdakı “Steklyannı” çimərliyini dağıtmağa davam edirlər. Bu barədə yerli sakinlər məlumat verib. Şəhər sakinlərinin sözlərinə görə, turistlər qadağanedici işarələrə baxmayaraq, “Steklyannı” çimərliyindən çınqıldan tutmuş əllərinə nə keçir özləri ilə aparırlar. Üstəlik turistlər yerli sakinlərin iradlarına reaksiya vermir və çantalarını doldurmağa davam edirlər. …Turistlər dayanmasalar, “Steklyannı”nı heç nə xilas etməyəcək. Bunu qəzəblə bildirən Vladivostok sakinlərinin sözlərinə görə, belə hallar kifayət qədər tez-tez…

Daha çox

“Onlardan indi biz həm də ibrət götürülməliyik”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana səfəri Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, artıq Prezident Macarıstanın baş naziri Viktor Orbanla iki görüş keçirdi: “Bu, ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlər, həqiqətən də, genişlənir. Onlar yeni-yeni sahələri əhatə edir. Həm də Bakı ilə Budapeşt arasındakı dialoq müntəzəm şəkildə yüksələn xətlə güclənir. Bu, çox vacib bir tədbirdir. Çünki ilk dəfədir, Türk Dövlətləri Təşkilatının Zirvə görüşü Avropa qitəsində keçirilir. Bu ondan xəbər verir ki, Türk birliyi, Türk dünyası öz…

Daha çox

“Tramp Rusiya ilə bağlı planlarını dəyişir..?”

ABŞ prezidenti əsl məqsədinə doğru irəliləməyə başlayıb… …ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışdıqdan sonra deyib ki, Rusiya və Ukrayna sülh danışıqlarından çəkilməyi planlaşdırdıqları üçün müharibənin həllini özləri tapmalıdırlar. SİA-nın əldə etdiyi məlumata görə, “The New York Times” yazır ki, məsələ ilə tanış olanların fikrincə, Tramp Rusiyaya qarşı yeni sanksiyaları da əhatə edəcək Avropa təzyiq kampaniyasına qoşulmaqla bağlı öz hədələrindən də geri çəkilib. …Əgər Tramp yenidən kursunu dəyişməsə, Putin tam istədiyinə nail olacaq: nəinki Amerikanın təzyiqinə son qoyulacaq, həm də NATO daxilində, amerikalılarla…

Daha çox

Aktau 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib

Qazaxıstanın Aktau 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. SİA-nın məlumatına görə, bu barədə mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamədə deyilir. Qeyd olunub ki, üzv dövlətlərin Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsinin vacib elementi kimi gənclərlə bağlı məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və strukturlaşdırılması niyyəti ifadə olunur, TDT çərçivəsində gənclər və idman sahəsində mübadilə proqramlarının qabaqcıl nailiyyətləri, Qazaxıstanın Aktau şəhərinin TÜRKSOY-un təşəbbüsü ilə 2025-ci…

Daha çox

Ukraynada atəşkəs olmayacaq.!?

“Politico”nun yazdığına görə, bunun bir sıra səbəbləri var… …Ukraynada müharibə davam edir, atəşkəs perspektivi yoxdur. Putin, görünür, bu münaqişəni qeyri-müəyyən müddətə davam etdirməyə hazırdır. SİA-nın məlumatına görə, bunu “Politico” yazır. …Rusiyanın keçmiş mədəniyyət naziri və Putinin ən yaxın müşaviri Vladimir Medinski bu yaxınlarda bildirib ki, Rusiya Ukraynaya qalib gəlmək və ya təslim olmaq üçün nə qədər lazımdırsa, müharibə aparmağa hazırdır. Maraqlıdır ki, nümunə olaraq o, Rusiyanın İsveçlə 21 il vuruşduğu Böyük Şimal Müharibəsini (1700-1721) göstərib. Medinskinin sözlərinə görə, atəşkəs bağlamaq cəhdlərinə baxmayaraq, Rusiya eyni yolla…

Daha çox

Siyasi hipnoz

Siyasətbazların sosial şəbəkədəki məsuliyyətsiz şıltaqlıqlarına baxan zaman görünən odur ki, siyasi maarifçiliyə hələ uzun müddət bundan sonra da ehtiyac olacaqdı. “Vətəndaşları peşəkar təhlil maraqlandırmır” kimi zorla yeridilən fikirlər səbəbindən siyasi müstəvidə “ucuz” və “bayağı” şərhlərin sayı durmadan artır. Əlbəttə ki, sözügedən proses təsadüfi deyil və bu, fəsadsız ötməz. Peşəkar siyasi analitikanın meyarları o qədər cılızlaşıb ki, artıq ucuz istehza ilə və ya sadəcə emosional səsləndirilmiş bir neçə “çılpaq” cümlə belə insanlara “sanballı” siyasi fikir kimi təqdim oluna bilir. Sosial şəbəkələr sayəsində müasir dövrümüzdə tamamilə yeni hesab oluna biləcək daha bir…

Daha çox