Çin Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını pisləyir..?

Mao Ninq, Avropa İttifaqını Rusiya ilə ticarət-iqtisadi əməkdaşlıqda ikili standartlardan istifadəni dayandırmağa çağırıb …Çin Respublikası Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiyalar paketini tətbiq etməsindən narazılığını bildirib. Məsələ bundadır ki,bu, Çin şirkətlərinin də maraqlarına toxunur. SİA-nın məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq çərşənbə günü keçirdiyi mətbuat konfransında Pekinin beynəlxalq hüquqda heç bir hüquqi əsası olmayan birtərəfli sanksiyalara qarşı olduğunu vurğulayıb. …Çin Avropanın Çin şirkətlərinə qarşı əsassız məhdudiyyətlər qoymasına qəti etiraz edir və narazılığını bildirir. Bunu deyən Mao Ninq, Avropa İttifaqını Rusiya ilə ticarət-iqtisadi…

Daha çox

TDT Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzvlüyünə namizədliyini dəstəkləyib

Türk Dövlətləri Təşkilatı Azərbaycanın 2025-2029-cu illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzvlüyünə namizədliyini dəstəkləyib. SİA-nın məlumatına görə, bu barədə mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamədə deyilir. Sənəddə qeyd olunub ki, TDT həmin illərdə Azərbaycanın BMT-HABITAT-ın İcraiyyə Şurasının üzvlüyünə namizədliyini alqışlayır. Bundan başqa bəyannamədə bildirilir ki, Özbəkistanın 2035-2036-cı illər üçün BMT Təhlükəsizlik Şurasının və 2027-2031-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasının qeyri-daimi üzvlüyünə namizədliyi, Qazaxıstanın 2031-2032-ci illər üçün BMT Baş Assambleyasının 86-cı sessiyasının, 2039-2040-cı illər üçün BMT Təhlükəsizlik Şurasının və 2027-2031-ci…

Daha çox