Sumqayıt şəhərində 750 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb. Bu barədə SİA-ya “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib. Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində yerləşən 108 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkarlanmış sızmaların aradan qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu səbəbdən sözügedən ərazidə yaşayan 750 abonentin qazla təminatında fasilə yaranıb. Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.
Daha çoxDay: May 22, 2025
Bakıda MDB dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası keçirilir
Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MORŞ) 29-cu iclası keçirilir. SİA xəbər verir ki, iclasda üzv dövlətlərdə miqrasiyanın vəziyyəti və onların miqrasiyanın müxtəlif sahələrinə dair təcrübələri, miqrasiya proseslərinin tənzimlənməsinin prioritet istiqamətləri müzakirə olunacaq. Bununla yanaşı, iclasda MDB iştirakçısı olan dövlətlərin miqrasiya sahəsində qəbul edilmiş dövlətlərarası və hökumətlərarası sənədlərinin həyata keçirilməsinin icra vəziyyəti barədə məruzələrin dinlənilməsi, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərarların qəbulu gözlənilir. Qeyd edək ki, 8 dövlətin təmsil olunduğu MORŞ 2007-ci il oktyabrın 5-də MDB Dövlət Başçıları Şurasının…
Daha çoxİrəvan qazılığının fəaliyyəti bərpa edilib, yeni qazı təyin olunub – YENİLƏNİB
İrəvan qazılığının fəaliyyəti bərpa edilib, yeni qazı təyin olunub – YENİLƏNİB
Daha çox“Görüş siyasi baxımdan əhəmiyyətli bir addımdır”
“Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Baş naziri Viktor Orban ilə enerji və sülh mövzusunda verdiyi mesajları Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində mühüm bir addım kimi qiymətləndirmək olar”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib. Hakan Aktürk sözlərinə belə davam edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısında iştirak etmək məqsədilə səfər etdiyi Macarıstanda Baş nazir Viktor Orban ilə görüşmüş, TDT çərçivəsində baş tutan görüş zamanı enerji əməkdaşlığı və sülh prosesi məsələləri müzakirə edilmişdir. Bu görüş siyasi baxımdan əhəmiyyətli bir addım və diplomatik uğur kimi…
Daha çox“Müharibənin sona çatması istiqamətində irəliləyişlər ola bilər”
ABŞ dövlət katibi Marko Rubio Qəzzada “müharibənin dayandırılması” istiqamətində tezliklə əhəmiyyətli irəliləyişlərin əldə oluna biləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Alt Komitəsində Dövlət Departamentinin 2026-cı il büdcə tələbi ilə bağlı dinləmələr zamanı deyib: “Mənim müəyyən nikbinliyim var ki, yaxın gələcəkdə müharibənin dayandırılması və məhbusların azad edilməsi istiqamətində mühüm irəliləyiş əldə oluna bilər”. Rubio oxşar gözləntilərin əvvəllər də qaldırıldığını, lakin uğursuz olduğunu qeyd edərək deyib: “Son aylarda ən azı dörd dəfə bu ümidləri daşıdım, lakin hər dəfə onlar son…
Daha çox“Azərbaycan şokolad bazarının 70%-i xarici məhsullar tərəfindən tutulmuşdur”
“Hazırda Azərbaycan şokolad bazarının təqribən 70 faizi xarici məhsullar tərəfindən tutulmuşdur. Bu xarici məhsulların əsas hissəsi Rusiya, Ukrayna və Belarus mənşəlidir. Bu ölkələrdən gətirilən məhsulların bazarda yüksək paya malik olması, yerli istehsalçılar üçün ciddi rəqabət mühiti yaratmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİD) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan daxilində isə beşə yaxın şokolad və şokolad tərkibli konfet istehsalçısı fəaliyyət göstərir: “Bu müəssisələrin bir qismi Lənkəran və Bakı şəhərlərində yerləşir. Onların arasında ən böyük və yüksək istehsal gücünə malik olanı “Ulduz” şokolad fabriki hesab olunur. Bundan…
Daha çoxQMİ fətva verəcək
QMİ fətva verəcək
Daha çoxAzərbaycan və OPEC Fondu birgə fəaliyyət imkanlarını müzakirə edib
Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu arasında birgə fəaliyyət imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun (OPEC Fund) prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdən məmnun olduq. Dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə etdik, infrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndirdik”, – deyə o qeyd edib.
Daha çoxAzərbaycan XİN İsrailə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda baş vermiş hücum nəticəsində həlak olan iki İsrail diplomatının ailələrinə və İsrail dövlətinə başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib. “Biz qorxu və bölücülük yaratmağa çalışan bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik”,-məlumatda qeyd olunub.
Daha çoxSabah pensiyalar tam ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə SİA-ya Fonddan məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Daha çox