Rusiya Ukraynanın hərbi sənaye kompleksini vurdu

Rusiya Silahlı Qüvvələri Ukraynanın müdafiə sənayesi müəssisəsinə və muzdluların müvəqqəti yerləşdirilmə məntəqələrinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bundan əlavə, Rusiya qoşunları 138 rayonda təyyarə təmiri sexini, hərbi aerodrom infrastruktur obyektlərini, hava hücumundan müdafiə radiolokasiya stansiyalarını, raket və artilleriya silahları və dron anbarlarını, habelə Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin müvəqqəti yerləşdirmə məntəqələrini vurub. Zərbələr Rusiya Silahlı Qüvvələrinin döyüş təyyarələri, hücum pilotsuz uçan aparatları, raket qüvvələri və artilleriyası tərəfindən həyata keçirilib.

Daha çox

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki qurumlar açıqlanıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki, lakin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqlənib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu siyahıya aşağıdakı qurumlar daxildir: – “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs; – “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs və onun tabeliyində olan “Kommunal Laboratoriyalar” Məhdud Məsuliyyətli Cəmiyyəti; – “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs; – “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Daha çox

Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlanır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Bakı Metropoliteni” ilə əməkdaşlığı çərçivəsində əhalinin daha çox istifadə etdiyi 6 stansiyada elektron siqaretlərin (veyplər) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən SİA-ya verilən məlumata görə, metronun “28 May”, “Gənclik”, “Elmlər Akademiyası”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Neftçilər” stansiyalarında yerləşən monitorlarda veyplərin gənc istifadəçilər üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkilir. Sosial reklamların məqsədi əhalini, xüsusilə yeniyetmə və gəncləri veyplərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Daha çox

Özbəkistan Azərbaycan-Türkiyə alyansına qoşulur

Daşkənd müttəfiqlərinə daxili pasportlardan istifadə edərək ölkəyə daxil olmağa icazə vermək niyyətindədir Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən qeyri-rəsmi sammitində iştirak edərək bir sıra təkliflərlə çıxış edib. O, Özbəkistan tərəfinin təşəbbüsü ilə imzalanmış Türk Dövlətlərinin Strateji Tərəfdaşlıq, Əbədi Dostluq və Qardaşlıq Müqaviləsinin imzalanmasının aktuallığını vurğulayıb. Bir gün əvvəl Mirziyoyev Özbəkistan və Azərbaycanın müttəfiqlik statusunu hüquqi cəhətdən təmin edən və Daşkəndin əvvəllər Türkiyə ilə Azərbaycan arasında ikitərəfli saziş olan strateji Şuşa Bəyannaməsinə qoşulmasını rəsmiləşdirən qanunu imzalayıb. Özbəkistan həmçinin müttəfiqlərinə daxili şəxsiyyət vəsiqələrindən istifadə etməklə ölkəyə daxil olmaq imkanı…

Daha çox

Dövlət Gömrük Komitəsi hava limanında baş verən hadisəyə münasibət bildirib

Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı kobud davrandıqlarını, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir, şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir. “Xanım bloger anasına aid çamadanın zorla əlindən alındığını, gömrük əməkdaşlarının qeyri-etik hərəkətlərə yol verdiklərini iddia edib. Məlumat dərhal araşdırılıb, iddiaların əsassız və həqiqətə uyğun olmadığı müəyyənləşdirilib. Belə ki, mayın 17-də İstanbuldan Bakıya gələn bloger xanımın anası və onunla birlikdə…

Daha çox

“28 May hər bir Azərbaycan vətəndaşının qürur günüdür”

“Şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May – Müstəqillik Günü xalqımız üçün müqəddəs gün olmaqla yanaşı hər bir Azərbaycan vətəndaşının qürur günüdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. O bildirib ki, məhz 107 il əvvəl 28 mayda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub: “Milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsinə böyük xidmətlər idi. İstiqlal arzusu məhv edilə bilməyən Azərbaycan 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yenidən öz…

Daha çox

Kibertəhlükəsizlik məsələləri niyə aktual hala gəlib?

Son dövrlərdə kibertəhlükəsizlik sahəsində qarşılaşdığımız təhdidlər daha da mürəkkəbləşib və qlobal miqyasda yayılmağa başlayıb. Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. Ölkənin sosial-iqtisadi tərəqqisinin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyalarının (bundan sonra – İKT) dinamik inkişafı bu sahədə mövcud olan və yeni yaranan risklərin təhlilinin aparılmasını, mühafizə obyektlərinin dəqiqləşdirilməsini, onların aid olduğu informasiya infrastrukturlarının funksional dayanıqlığını, bu infrastrukturlardan istifadə edən subyektlərin hüquq və qanuni maraqlarını, fəaliyyətin davamlılığını təmin etmək üçün qabaqlayıcı və bərpaedici tədbirlərin müəyyənləşdirilmiş səviyyədə görülməsini, informasiya təhlükəsizliyini idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsini şərtləndirir. Qloballaşan dünyada informasiya…

Daha çox

“Bələdiyyələrin vahid informasiya sistemi korrupsiya hallarının qarşısını alacaq”

Azərbaycanda yaradılması gözlənilən bələdiyyələrin vahid informasiya sistemi korrupsiya hallarının qarşısının alınmasına, idarəetmədə şəffaflıq və hesabatlılığın artırılmasına töhfə verəcək. SİA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov keçirdiyi videokonfrans formatında iclasda bildirib. O xatırladıb ki, bununla bağlı Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi nəzərdə tutulur və müvafiq qanun layihəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentə təqdim olunub. Deputat qeyd…

Daha çox

Azərbaycanda icra icraatı üzrə ödənişi nağd formada edənlərin cərimələnməsi qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin aprelin 1-də qəbul etdiyi İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. SİA xəbər verir ki, dəyişikliyə əsasən icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər 500 manatdan 1 000 manata qədər cərimə ediləcək. Eyni zamanda icra…

Daha çox