Baş prokuror Vyanada işgüzar səfərdədir

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də BMT-nin Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının sessiyası çərçivəsində Vyana şəhərində işgüzar səfərdə olub. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib. Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) arasında əldə olunmuş razılığa əsasən Azərbaycanın COP29-da sədrliyi çərçivəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim olunması məqsədilə Azərbaycanın Avstriyadakı Səfirliyinin dəstəyi ilə BMT-nin qərargahında “İqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün ətraf mühit cinayətlərinə qarşı cinayətin qarşısının alınmasının və ədalət mexanizmlərinin gücləndirilməsi” adlı xüsusi sessiya təşkil edilib. Tədbiri giriş sözü ilə…

Daha çox

“Uzun sürən belə hal uşaqlarda kompleks yaradır”

“Uşaqlara istədiyimiz, kimdəsə görüb bəyəndiyimiz, bədənin görünməli olmayan hissələri görünən açıq-saçıq paltarları alıb geyindirməklə, bəli, onlara təzyiq göstəririk. Çünki uşaqlar azyaşlı olduğu üçün geyim seçimi valideynə məxsusdur”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib. Onun sözlərinə görə, valideyn isə bu cür yanaşma ilə uşağının gələcəyi üçün heç də yaxşı vəziyyət hazırlamır: “Çünki gözünü açıb bu cür geyindirildiyini görən uşaq sözsüz ki, böyüyəndə də elə geyimləri seçəcək. Bu isə hər kəs tərəfindən qəbul edilmir və yeniyetmə, gənclik çağlarında onların həyatında problemlər yarana bilər. Beləliklə, uşaqlara moda təzyiqi onlarda…

Daha çox

Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub. SİA xəbər verir ki, videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan “Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: “Daşnaksütyun 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı. “Daşnaksütyun” təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Əsas digər məsələ isə təşkilatçılıq məsələsi idi. “Daşnaksütyun” bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil…

Daha çox

İsrail ordusu fələstinlilərə məxsus evi partladıb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Qalkiliya şəhərində fələstinlilərə məxsus evi partladıb, sahiblərinin yəhudi yaşayış məntəqəsinə hücum etdiyini iddia edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bölmə fələstinli Əbdülqani ailəsinə məxsus 120 kvadratmetrlik evi mühasirəyə alıb və ətrafı boşaltdıqdan sonra evi partladıb. İsrail Əbdülqani ailəsinin oğlu Sultan adlı fələstinlini 2024-cü ildə Nalus və Qalkiliya şəhərləri arasındakı Qdumim yəhudi qəsəbəsi ətrafında həyata keçirdiyi hücumda bir İsrail əsgərini öldürməkdə ittiham edir. 2024-cü ilin avqust ayından axtarışda olan Sultanın hələ də İsrail əsgərləri tərəfindən tapılmadığı bildirilir. İsrail hakimiyyəti İsrail…

Daha çox

Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri Sumqayıt Kimya Sənaye Parkında olub

Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri Hacı Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir. Məlumata görə, qurumun İdarə Heyəti sədrinin müavini Aqil Əzizov qonaqlara Agentliyin idarəçiliyində olan sənaye zonalarının ümumi fəaliyyəti, görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, dağıstanlı iş adamları sənaya zonalarında yaradılmış əlverişli investisiya imkanlarından yararlanamağa dəvət edilib. Görüşün davamı olaraq nümayəndə heyəti Pakın 10 hektar ərazisində tikintisi aparılan Azərbaycan-Rusiya Birgə Sənaye Zonasının, Parkının rezidentlərinin polad boru və polimer materialların emalı…

Daha çox

Gənclər bir-birilərini niyə öldürürlər?

“2025-ci ilin may ayında baş verən üç gəncin ölümü faktı psixoloqları, cəmiyyəti və bir ana kimi bizləri dərin narahatlığa salır. Eyni zamanda, cəmiyyətdə baxdığım güzgüdə ləkəli tərəfləri gördüyümdən, bir psixoloq kimi bu məsələyə toxunmağı özümə borc bilirəm”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, çox təəssüf ki, gənclər arasında qurula bilməyən effektiv ünsiyyət problemləri və mənfi sosial münasibətlərin başlanğıcı artıq məktəb mühitindən başlayır. Təbii ki, dərsdən sonra müəllim hər bir şagirdin ardınca gedə bilməz: “Amma dərs zamanı psixoloji söhbətlərə, dostluq münasibətlərinin qurulmasına ehtiyac var. Bir-birimizi anlamadığımız…

Daha çox

“Qadınların iqlim və enerji siyasətində iştirak imkanları artıb”

“Hazırda dövlət qulluğunda qadınların təmsilçiliyi 30 faiz səviyyəsindədir. Bu göstərici əvvəlki illərlə müqayisədə artım dinamikası nümayiş etdirir ki, bu da ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində müsbət meyllərin mövcudluğunu göstərir”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı çıxışında belə deyib. O, bildirib ki, ölkəmizdə gender balansına yönəlik səyləri nəzərə alaraq, rəhbər vəzifələrdə gender balansının təmin olunması məqsədilə dövlət və bələdiyyə strukturlarında gender kvotalarının tətbiqi müzakirə olunmalıdır. Erkən nikahlara da toxunan deputat qeyd…

Daha çox

Kitabxanalara və teatrlara marağın azalması hansı sosial amillərlə bağlıdır?

Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən uzaqlaşdırır. Qabaqlar hamımızın görüş yerimiz, bilgi və elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. 5-10 il öncə kitabxana salonlarında, teatrlarda “iynə atsan yerə düşməzdi”, amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır. Kitab mağazalarını restoranların və mağazaların əvəz etdiyini, kitabxanalardakı kitab rəflərininsə kitab həsrəti ilə toz tutduğunu bir fakt kimi müşahidə edərək buna səbəb olan amilləri nəzərdən keçirdik. SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib. Şəhər sakini Məleykə Məcidzadə: “İndiki zamanda telefonlarda məlumatlar çoxaldığına görə kitabxanalara gedənlərin sayı azalıb.…

Daha çox

Azərbaycanda regional maliyyə idarələri yaradılıb

Azərbaycan Maliyyə Nazirliyi yerli bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi və onlara münasibətdə optimal idarəetmə modelinin tətbiqi məqsədilə rayon (şəhər) maliyyə idarələri və şöbələrini ləğv edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilir ki, onların bazasında ölkənin yeni iqtisadi rayon bölgüsünə uyğun şəkildə regional maliyyə idarələri formalaşdırılıb və bu idarələrin strukturu təsdiqlənib. Yeni struktur çərçivəsində Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.

Daha çox

Erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. SİA xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkənlər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi…

Daha çox