Dövlət Turizm Agentliyində Aparat rəhbəri vəzifəsi müvəqqəti olaraq Kənan Quluzadəyə həvalə edilib

Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin vəzifəsini müvəqqəti olaraq sədrin müşaviri Kənan Quluzadə icra edir. SİA xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Qeyd olunub ki, o, müvafiq qərarla bu vəzifəni icra etməyə başlayıb. Xatırladaq ki, bu ilin mart ayında qurumun əvvəlki Aparat rəhbəri Kənan Qasımov vəzifəsindən azad edilib.

Daha çox

“İnsanların ekoloji şüuru artırılmalıdır”

“Bakı şəhərində və Azərbaycanın müxtəlif rayon və bölgələrində tullantıların yığılması ilə bağlı doğrudan da ciddi problemlər mövcuddur. Bakı şəhərində bu problemlər müəyyən qədər aradan qaldırılsa da, hələ də şəhər ətrafı qəsəbələrdə və kəndlərdə vəziyyət eyni qalır”. Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib. Onun sözlərinə görə, məsələn, Balaxanıda bərk məişət tullantılarının idarə olunması ilə bağlı bir zavod tikilib. Bu zavodda tullantılar çeşidlənir və yenidən istehsala cəlb olunur. Lakin bu cür infrastruktur yalnız Bakı ərazisində fəaliyyət göstərir. Biz hər il bir ekoloji təşkilat…

Daha çox

Ermənilərin dini mərkəzinin yeganə məqsədi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub

Xristianlıq tarixinə dair saxta mülahizələrlə özlərini əlahiddə icma – dünyada ilk xristianlar kimi təqdim edən ermənilərin dini mərkəzinin yeganə məqsədi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub. SİA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında deyib. O qeyd edib ki, erməni dini dairələrinin soydaşlarımızın uyuduğu tarixi Azərbaycan torpağı Üçmüədzində – Eçmiədzin adlandırdıqları məkanda əyləşib onlara aidiyyəti olmayan ərazilərdə dini təmsilçiliklərini qurmaqla məşğul olduqları bir faktdır: “Qarabağımızda Artsax Yeparxiyası, Naxçıvanımızın adı ilə Rusiyada Novo-Naxçivan Yeparxiyası təsis etmişlər. . Min cür…

Daha çox

Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Təhlükəsizlik və Mühafizə İdarəsi” MMC-nin direktoru Firdovsi Cəfərov vəzifəsindən azad edilib. SİA xəbər verir ki, şirkətə rəhbərlik Simran Əfəndiyevə həvalə olunub. Xatırladaq ki, “Təhlükəsizlik və Mühafizə İdarəsi” nazirin 16 oktyabr 2006-cı il tarixli əmri ilə yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin mərkəzi aparatında və onun tabeliyində olan müəssisə və təşkilatlarda mühafizə xidmətini, nəzarət-buraxılış rejimini və öz səlahiyyətləri daxilində digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və bu kimi xidmətlərin göstərilməsindən ibarətdir.

Daha çox

İsrail səfiri Azərbaycana təşəkkür edib

İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycana İsrail diplomatlarına və ölkədəki yəhudi icmasına dəstək və müdafiəyə görə təşəkkür edib. SİA xəbər verir ki, bu barədə o “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Vaşinqtondakı yəhudi tədbirində baş verən və İsrail səfirliyinin iki əməkdaşı – Yaron və Saranın güllələnərək öldürüldüyü dəhşətli terror aktından sarsılmışıq. Bu gənclər növbəti həftə nişanlanmalı idilər. Bunun əvəzinə, ürək ağrısı ilə onların dəfninə hazırlaşırıq. Azərbaycan xalqına və hökumətinə bu ölkədə İsrail diplomatlarının və yəhudi icmasının müdafiəsinə olan qətiyyətli sadiqliyinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm”, – Corc Dik yazıb.

Daha çox

Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq

Bu il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq. SİA-nın xəbərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib. Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq. Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə əlaqədar fətva verib.

Daha çox

Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb

Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər. Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Daha çox

ADY-də yeni sədr müavini təyin edilib

Nicat Quliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini təyin edilib. Bu barədə SİA-ya ADY-dən məlumat verilib. “Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib”, – ADY-dən bildirilib. N. Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib. 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə…

Daha çox

Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşib

Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qayda “Texniki təhlükəsizlik haqqında” qanunun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən hazırlanıb və Azərbaycan ərazisində fəaliyyətdə olan təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydasını və vahid dövlət reyestrinin aparılması zamanı yaranan münasibətləri tənzimləyir. Bu Qaydanın müddəalarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində təhlükə potensiallı obyektləri istismar edən hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və…

Daha çox