Bakı metrosunda pik saatlarda interval azaldılıb

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olub. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib. Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb. Metropoliten xətlərində qatar sayında sonuncu artım 2009-cu ildə olub və o vaxtdan sistem maksimal 30 cüt qatar/saat prinsipi ilə fəaliyyət göstərib. 2025-ci ildə atılan bu addım strateji əhəmiyyət daşıyan irəliləyiş hesab olunur. Hazırda Bakı metropoliteni iş günlərində orta…

Daha çox

Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edilib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 1 yanvar – 1 iyun 2025-ci il tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən…

Daha çox

Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini

Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib. SİA xəbər verir ki, bu barədə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib. Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub. A.Paşazadə həmçinin bildirib ki, QMİ-də daha bir müavinə ehtiyac var.

Daha çox

Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf istiqamətlərini müzakirə edib

Azərbaycan və Türkiyə arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşdə baş tutub. Tərəflər iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında, xüsusilə avtomobil nəqliyyatı, dəmir yolu, aviasiya və Orta Dəhlizin inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıb.

Daha çox

“İqtisadi əməkdaşlıq münasibətlərin inkişafında əsas sürücü ola bilər”

“İqtisadi əməkdaşlıq münasibətlərin inkişafında əsas sürücü ola bilər. Azərbaycanın Cənubi Qafqazda artan iqtisadi və geosiyasi çəkisi, xüsusilə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindəki rolu İran üçün cəlbedici fürsətlər yaradır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, iki ölkə arasında enerji sektorunda, o cümlədən Xəzər dənizi hövzəsində birgə layihələr və qaz təchizatı sahəsində əməkdaşlıq potensialı yüksəkdir: “Məsələn, Azərbaycanın qaz ixracatı və İranın regional enerji bazarlarındakı ehtiyacları sinerji yarada bilər. Eyni zamanda, Zəngəzur dəhlizi kimi layihələrə İranın dəstəyi regional inteqrasiyanı sürətləndirə bilər, bu da hər iki ölkənin maraqlarına xidmət…

Daha çox

QMİ-nin Əsasnaməsində dəyişiklik

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib. O qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır.

Daha çox

Azərbaycan-Macarıstan münasibətləri: Strateji tərəfdaşlıq

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın dərinləşməsi təkcə coğrafi yaxınlıq və iqtisadi maraqlarla deyil, həm də ortaq dəyərlər, tarixi bağlar və qarşılıqlı strateji əməkdaşlıqlarla müəyyən olunur. Bu mənada Azərbaycan ilə Macarıstan arasında formalaşmış münasibətlər nümunəvi xarakter daşıyır. 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri ölkələrimiz arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyət və çoxtərəfli təşkilatlar çərçivəsində tərəfdaşlıq dinamik şəkildə inkişaf etmişdir. Həm regionda, həm də beynəlxalq platformalarda oxşar mövqeləri paylaşan dövlətlərimiz zamanla yalnız dostluq əlaqələrini möhkəmləndirməklə kifayətlənməmiş, eyni zamanda strateji tərəfdaşlığa əsaslanan çoxşaxəli əməkdaşlıq modelini formalaşdırmışdır. Ölkəmiz…

Daha çox

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota dolub

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb. SİA xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib. Onun sözlərinə görə, kvotadan əlavə 30 nəfər müraciət etsə də, say tamamlandığından onların müraciətləri qəbul edilməyib: “Builki zəvvarlar arasında cəmi 1 faiz təkrar gedənlərdir. Əksəriyyət isə yeni və gənc zəvvarlardır. Heyətlə həmçinin 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub”. Qeyd edək ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də…

Daha çox

Sumqayıtda 750 abonentin qazı kəsilib

Sumqayıt şəhərində 750 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb. Bu barədə SİA-ya “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib. Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində yerləşən 108 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkarlanmış sızmaların aradan qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu səbəbdən sözügedən ərazidə yaşayan 750 abonentin qazla təminatında fasilə yaranıb. Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

Daha çox