Hamburqda bıçaqla yaralananların sayı 12 nəfərə çatıb…


Almaniyanın Hamburq şəhərində mərkəzi dəmiryolu vağzalında baş vermiş bıçaqlı hücum nəticəsində yaralananların sayı 12 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə “NDR” kanalı məlumat yayıb.

Məlumata görə, yaralılardan üç nəfərin vəziyyəti ağırdır, daha doqquz nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Əlaqəli Xəbərlər