İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, “Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”na əsasən, hər iki ölkənin hərbi qulluqçular yetişdirən xüsusi təyinatlı təhsil müəsisələrində təhsilin təşviqi məqsədilə uğur qazanaraq fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim olunur. İtaliyanın Livorno Hərbi Dəniz Akademiyasını fərqlənmə ilə bitirən kiçik leytenant Rikardo Romanoya Azərbaycan HDQ komandanı adından imzalanmış sertifikatla birlikdə “Dənizçi kortiki” hədiyyə edilib. Hədiyyə italiyalı…
Daha çoxDay: May 23, 2025
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Bakıda və Abşeron yarımadasında mayın 24-də gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman…
Daha çoxPlenar iclas başlayıb
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. SİA xəbər verir ki, toplantı Sahibə Qafarovanın sədrliyi ilə keçirilir. İclasın gündəliyinə Azərbaycanın Pakistan və Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə imzaladığı müqavilələrin təsdiqi, Məhkəmə-Hüquq Şurasının 20 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi haqqında qanun layihələri də daxil olmaqla ümumilikdə 13 məsələ daxil edilib.
Daha çoxAMB qiymətli kağızların buraxılışını 6 dəfədən çox azaldıb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) buraxdığı qiymətli kağızlarının ümumi dəyəri 205,912 milyon manat olub. SİA bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir. Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,3 dəfə azdır.
Daha çoxİlham Əliyev TDT-nin daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.
Daha çoxƏdəbiyyat Türk dünyasının ortaq nəfəsidir
Yaxud ümumtürk ədəbiyyatı ortaq yaddaşımızı formalaşadırmaqla bizi ortaq gələcəyə aparır İkinci məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz…
Daha çoxAzərbaycan Mərkəzi Bankı sığorta xərclərini 44 %-dən çox artırıb
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta xidmətlərinə 2 milyon 241 min manat xərcləyib. SİA bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 44,2 % çoxdur. AMB-nin sığorta xərclərinin 758 min manatı icbari tibbi sığorta üzrə ayırmalardır ki, bu da illik müqayisədə 18,4 % çoxdur. Xərclərin qalan 1,483 milyon manatı isə ənənəvi sığorta üzrə ayırmalardır. Bu isə 1 il əvvələ nisbətən 66,45 % çoxdur.
Daha çox“Dövlət icbari şəxsi sığorta” altsisteminin əhatə dairəsi məhdudlaşdırılıb
Nazirlər Kabineti 20 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Dövlət icbari şəxsi sığorta” altsisteminin əhatə dairəsi məhdudlaşdırılıb.
Daha çoxBMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib
Mühəndislik Universitetində (BMU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi ilə birlikdə müzakirə formatında görüş təşkil edilib. SİA-nın məlumatına görə ilk olaraq çıxış edən rektor Yaqub Piriyev görüşün BMU ilə ATİAHİ arasında əlaqələrin gücləndirilməsi, münasibətlərin daha səmərəli əməkdaşlıq əsasında tənzimlənməsi istiqamətində atılan növbəti addımlardan biri olduğunu vurğulayıb. Rektor ATİAHİ-nin son dövrlərdə həyata keçirdiyi tədbirlərə toxunub və təhsil işçilərinin hüquqlarının qorunması, sosial-bərabərlik, ədalət prinsipinə riayət olunması baxımından fəaliyyətini müsbət qiymətləndirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ATİAHİ Respublika Komitəsinin dövlətin gənclər siyasətinə fəal dəstəyini ayrıca qeyd edən rektor onların sosial…
Daha çoxAMB yerli BOKT-lara kredit qoyuluşunu 12 dəfəyə yaxın azaldıb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli bank olmayan kredit təşkilatlarına (BOKT) verdiyi kreditlərin ümumi məbləği 648 min manat olub. SİA bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir. Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,7 dəfə azdır.
Daha çox