İlham Əliyev TDT-nin daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: – Türk Dövlətləri…

Daha çox

Foruma hazırlıqla bağlı mətbuat konfransı keçirilir

Bu gün Türkiyənin ilk keramik plitə markası Seranit və ofis mebeli sektorunda Türkiyənin aparıcı markalarından biri olan Zivella, 30 May Cümə günü Bakı Konqres Mərkəzində keçiriləcək “InVision Design Talks & Visionary Design” Forumuna hazırlıq çərçivəsində Zəncəfil restoranında mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, konfransda media nümayəndələri iştirak edirlər.

Daha çox

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,97% artaraq 3,355,7 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,51% artaraq 33,39 ABŞ dolları olub.

Daha çox

Türk dövlətləri arasında yeni strateji üfüqlər

2025-ci il mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm ikitərəfli və çoxtərəfli münasibətlərin dərinliyini, həm də türkdilli dövlətlər arasında strateji əməkdaşlığın genişlənməsini əks etdirən mühüm məqamlarla yadda qaldı. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan regionda etibarlı tərəfdaş və siyasi lider kimi mühüm rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dinamik şəkildə inkişafı iki ölkə arasında qarşılıqlı etimadın və hörmətin yüksək səviyyədə olduğunu sübut edir. Cənab Prezident Macarıstanı müstəqil siyasət…

Daha çox

Azərbaycan neftinin qiyməti 67 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,62 ABŞ dolları, yaxud 0,92 % azalaraq 66,65 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 64,74 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,61 ABŞ dolları və ya 0,92 % azalaraq 65,34 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

NATO nümayəndə heyəti ilə hərbi əməkdaşlıq çərçivəsində görüşlər keçirilib

NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının Qərargah rəisinin Dəstək üzrə müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət edib. HDQ-də keçirilən görüşdə NATO-nun tərəfdaşlıq proqramları çərçivəsində Azərbaycanla əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri, o cümlədən təcrübə mübadiləsinin dərinləşdirilməsi imkanları müzakirə olunub. Tərəflər arasında keçirilən fikir mübadiləsi zamanı NATO-nun tərəfdaşlıq proqramları kontekstində Azərbaycanın fəal iştirakı və göstərdiyi təşəbbüslər xüsusi vurğulanıb. Görüşdən sonra HDQ-nin “N” hərbi hissəsində qonaqlara hərbi hissənin…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 22-də Amerika fond bazarlarında Dow Jones indeksi dəyişməyərək – 41,859.09 bənd, S&P 500 indeksi 0.04% – 5,842.01 bəndədəkazalıb, Nasdaq indeksi isə 0.28% – 18,925.73bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 22-də FTSE 100 indeksi 0.54% – 8,739.26 bəndədək, Almaniyanın DAX indeksi 0.51% – 23,999.17 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.58% – 7,864.44 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.34% artaraq 1.1319 dollar təşkil edib.

Daha çox

“2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub

“2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. SİA xəbər verir ki, qanun layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq. 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri isə 37 milyard 719,7 milyon manat təşkil edib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5 % və 3,5 % çoxdur. Son nəticədə ötən il büdcədə 555,5 milyon manat və yaxud ümumi daxili məhsulun 0,4 %-i qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37,1% azdır.

Daha çox

Bakıda 12 istiqamətdə sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 2. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; 3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər); 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;…

Daha çox