Ukrayna Rusiyaya “1000-ə 1000” formatında əsir mübadiləsi üçün siyahı təqdim edib

Ukrayna Rusiya ilə əsir mübadiləsi üçün “1000-ə 1000” formatında nəzərdə tutulan siyahını artıq hazırlayaraq qarşı tərəfə təqdim edib. SİA xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya açıqlamasında Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı sədrinin müavini Andrey Yusov məlumat verib. “Ukrayna mübadilə üçün siyahını təqdim edib”, – deyə Yusov bildirib. Qeyd edək ki, “1000-ə 1000” formatında mümkün əsir mübadiləsi ötən həftə İstanbulda ukraynalı və rusiyalı rəsmilər arasında keçirilən görüşlərin əsas müzakirə mövzularından biri olub. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bu həftə ərzində belə bir mübadilənin baş tutmasının…

Daha çox

Tramp Netanyahuya zəng etdi

ABŞ Prezidenti Donald Tramp bu gün İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb. SİA xəbər verir ki, ABŞ lideri söhbət zamanı İsrail səfirliyinin iki əməkdaşının öldürülməsi ilə bağlı dərin hüznlə başsağlığı verib. Öz növbəsində Netanyahu Trampa “onun və administrasiyasının ABŞ-da antisemitizm təzahürlərinə qarşı göstərdiyi səylərə görə” təşəkkür edib. İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter bu gün səhər saatlarında paytaxtdakı Yəhudi Muzeyinin qarşısında jurnalistlərə deyib: “Prezident bu ölkənin universitet şəhərciyini bürümüş zorakı antisemitizmin kökünün kəsilməsinə sadiqliyini bir daha təsdiqləyib”. Leyter, ötən axşam Trampla danışdığını və atışma yerində baş prokuror Pam…

Daha çox

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 49 ailə – 232 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını…

Daha çox

İtaliyada əhalinin 4,6 milyon nəfərini yaşlılar təşkil edir

İtaliyada əhalinin 4,6 milyon nəfərini yaşlılar təşkil edir ki, bu da 10 yaşa qədər uşaqların sayından çoxdur. SİA xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Məlumata görə, İtaliyada doğum səviyyəsi kəskin aşağı düşüb, ötən il 370 min uşaq doğulub. Ölkədə doğuş qabiliyyəti də azalıb, doğum nisbəti isə tarixi minimuma enib. Bunun əvəzində əhali arasında qocaların sayının nisbəti sürətlə artır. Belə ki, ölkədə ömür uzunluğu 83,4 yaşa çatıb. Bundan başqa, İtaliya əhalinin sayındakı azalma 2014-cü ildən bəri fasiləsiz davam edir.

Daha çox

Bu gün 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°…

Daha çox

Qazaxıstan Silahlı Qüvvələri PUA operatorlarının hazırlığını gücləndirəcək

Qazaxıstan Müdafiə Nazirliyinin Kollegiyasının Karaqanda qarnizonunda keçirilən səyyar iclasında 2024–2025-ci illərin qış tədris dövrünün yekunları dəyərləndirilib, yay tədris dövrü üçün prioritet fəaliyyət istiqamətləri müəyyən olunub. SİA Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov iclas zamanı dəyişən geosiyasi vəziyyətə diqqət çəkib. Müasir döyüş əməliyyatlarının aparılması ilə bağlı xarici təcrübənin təhlili əsasında Qazaxıstan ordusunun hazırlığı üçün əsas prioritetləri qeyd edib. Nazir komandanlıq heyəti qarşısında bir sıra əsas vəzifələr qoyub. Bunlara PUA operatorlarının taktiki kəşfiyyat üzrə tapşırıqları yerinə yetirməklə hazırlanması, döyüş və xüsusi hazırlıq üzrə praktiki…

Daha çox

AMEA və “Azərenerji” ASC arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti iclası keçirilib. SİA xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda baş tutan iclasda FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, bölmənin əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, eləcə də “Azərenerji” ASC-nin məsul şəxsləri və müvafiq mütəxəssisləri işti­rak ediblər. Əvvəlcə FRTEB üzvləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi, Tədris mərkəzi, Laboratoriya mərkəzi və 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzi ilə tanış olublar. Tədbiri giriş sözü ilə…

Daha çox

Putin Ukrayna ilə sərhəddə bufer zonasının yaradılmasını elan edib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd boyunca təhlükəsizlik bufer zonasının yaradılması haqqında qərar qəbul edib. SİA xəbər verir ki, bu barədə o, hökumət üzvləri ilə keçirilən əməliyyat müşavirəsində bildirib. Rusiya dövlətinin başçısının sözlərinə görə, ölkənin silahlı qüvvələri artıq bu tapşırığı həyata keçirməyə başlayıb. “Sərhədlər boyunca lazımi təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu məsələni həll edir”, – deyə Putin qeyd edib.

Daha çox

Makron Szinpinlə söhbətindən danışdı

Cənub-Şərqi Asiyaya rəsmi səfər etməyi planlaşdıran Fransa Prezidenti Emmanuel Makron Çin lideri Si Szininlə telefon danışığı aparıb. SİA xəbər verir ki, bu barədə Makron sosial şəbəkə hesabında yazıb. Tərəflər xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə ediblər. “Rusiyanın Ukraynada apardığı müharibəyə gəlincə, bizim ümumi məqsədimiz var: uzun və davamlı sülh. O, dərhal və qeyd-şərtsiz atəşkəslə başlayır”, – Makron yazıb.

Daha çox