Azərbaycan Mərkəzi Bankı sığorta xərclərini 44 %-dən çox artırıb

2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta xidmətlərinə 2 milyon 241 min manat xərcləyib. SİA bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 44,2 % çoxdur. AMB-nin sığorta xərclərinin 758 min manatı icbari tibbi sığorta üzrə ayırmalardır ki, bu da illik müqayisədə 18,4 % çoxdur. Xərclərin qalan 1,483 milyon manatı isə ənənəvi sığorta üzrə ayırmalardır. Bu isə 1 il əvvələ nisbətən 66,45 % çoxdur.

Daha çox

“Dövlət icbari şəxsi sığorta” altsisteminin əhatə dairəsi məhdudlaşdırılıb

Nazirlər Kabineti 20 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Dövlət icbari şəxsi sığorta” altsisteminin əhatə dairəsi məhdudlaşdırılıb.

Daha çox

BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib

Mühəndislik Universitetində (BMU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi ilə birlikdə müzakirə formatında görüş təşkil edilib. SİA-nın məlumatına görə ilk olaraq çıxış edən rektor Yaqub Piriyev görüşün BMU ilə ATİAHİ arasında əlaqələrin gücləndirilməsi, münasibətlərin daha səmərəli əməkdaşlıq əsasında tənzimlənməsi istiqamətində atılan növbəti addımlardan biri olduğunu vurğulayıb. Rektor ATİAHİ-nin son dövrlərdə həyata keçirdiyi tədbirlərə toxunub və təhsil işçilərinin hüquqlarının qorunması, sosial-bərabərlik, ədalət prinsipinə riayət olunması baxımından fəaliyyətini müsbət qiymətləndirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ATİAHİ Respublika Komitəsinin dövlətin gənclər siyasətinə fəal dəstəyini ayrıca qeyd edən rektor onların sosial…

Daha çox

İlham Əliyev TDT-nin daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: – Türk Dövlətləri…

Daha çox

Foruma hazırlıqla bağlı mətbuat konfransı keçirilir

Bu gün Türkiyənin ilk keramik plitə markası Seranit və ofis mebeli sektorunda Türkiyənin aparıcı markalarından biri olan Zivella, 30 May Cümə günü Bakı Konqres Mərkəzində keçiriləcək “InVision Design Talks & Visionary Design” Forumuna hazırlıq çərçivəsində Zəncəfil restoranında mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, konfransda media nümayəndələri iştirak edirlər.

Daha çox

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,97% artaraq 3,355,7 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,51% artaraq 33,39 ABŞ dolları olub.

Daha çox

Türk dövlətləri arasında yeni strateji üfüqlər

2025-ci il mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm ikitərəfli və çoxtərəfli münasibətlərin dərinliyini, həm də türkdilli dövlətlər arasında strateji əməkdaşlığın genişlənməsini əks etdirən mühüm məqamlarla yadda qaldı. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan regionda etibarlı tərəfdaş və siyasi lider kimi mühüm rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dinamik şəkildə inkişafı iki ölkə arasında qarşılıqlı etimadın və hörmətin yüksək səviyyədə olduğunu sübut edir. Cənab Prezident Macarıstanı müstəqil siyasət…

Daha çox

Azərbaycan neftinin qiyməti 67 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,62 ABŞ dolları, yaxud 0,92 % azalaraq 66,65 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 64,74 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,61 ABŞ dolları və ya 0,92 % azalaraq 65,34 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox