“Cənab Prezidentin Macarıstana səfəri, eləcə də Türk Dövlətləri Təşkilatının Macarıstanda keçirilən sammiti mühüm və yadda qalan bir hadisə kimi qiymətləndirilə bilər. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı ilk dəfə müşahidəçi statusuna malik bir ölkədə toplanaraq, təşkilatın beynəlxalq fəaliyyət arealını genişləndirdiyini nümayiş etdirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib. Onun sözlərinə görə, zirvənin yekun bəyanatının təhlili göstərir ki, gündəlikdə olduqca ciddi və strateji məsələlərə toxunulmuşdur. Xüsusilə Şimali Kipr məsələsində qardaş Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin mövqeyi açıq şəkildə müdafiə olunmuş, bu regionun beynəlxalq tanınması məsələsində siyasi dəstək ifadə edilmişdir.…
Daha çoxDay: May 23, 2025
Keçmiş deputat 9,5 il müddətinə azadlıqdan məhrum edilib…
…Kalininqradın Leninqrad Məhkəməsi keçmiş regional Dumanın deputatı İvan Qribovu yeraltı siqaret istehsalı və qaçaqmalçılığı, habelə vergidən yayınma ittihamı ilə 9,5 il müddətinə azadlıqdan məhrum edib. SİA rus saytlarına istinadən xəbər verir. Sabiq deputatın cinayət əməlində də iştirak edən oğlu da analoji cəza alıb. Hökmə əsasən, onlardan 648 milyon rubl müsadirə edilib. İstintaq və məhkəmə müəyyən edib ki, 2018-ci ilin yayında Sr. Qribov markasız tütün məmulatlarının istehsalı üçün sex açıb. Oğlu və iki Kalininqradlı ona biznesdə köməklik edirdi. İstehsal bazası Mamonovo şəhərində yerləşirdi, burada siqaretlər xüsusi Rusiya aksiz markaları olmadan istehsal…
Daha çoxRayonlara leysan yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək
Azərbaycanın rayonlarında mayın 24-dən 25-i gündüzədək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
Daha çox“İmkanların genişləndirilməsi üçün kifayət qədər resurslar mövcuddur”
“ABŞ ilə Azərbaycan arasında münasibətlərin, qarşılıqlı əlaqələrin tarixi əslində çox böyükdür. Azərbaycanın müstəqillik dönəmində uzun müddət bizim aramızda əməkdaşlıq olub. Xüsusilə, ABŞ-ın ən son prezidenti Donald Trumpın ilk dəfə hakimiyyətdə olduğu 2017-2020-ci illər ərzində Azərbaycanla ABŞ arasında münasibətlər çox yüksək templə inkişaf edirdi”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, bir sıra məsələlərdə, enerji, təhlükəsizlik, sülhməramlı missiyalar, hüquqi azadlıqlar və digər sahələrdə Azərbaycan ABŞ ilə əməkdaşlıq edib. Biz bu əməkdaşlıq zamanı çox uğurlu addımlar atmışıq: “Bu sadəcə formal əməkdaşlıq olmayıb, hər…
Daha çoxTərəflər arasında əsir mübadiləsi keçiriləcək…
Ukrayna Prezidenti Volodimir Zelenski “1000-in 1000-ə” formatında Rusiya ilə əsir mübadiləsinin birinci hissəsinin aparıldığını təsdiqləyib. SİA xəbər verir ki, o, bu barədə Telegram kanalında bildirib. “Bu razılaşma Türkiyədəki görüşdə əldə edilib və bunu tam həyata keçirmək vacibdir”, – Zelenski deyib. Zelenski bütün vasitəçilərə təşəkkür edib. Onun sözlərinə görə, əsir mübadiləsinin növbəti mərhələləri mayın 24 və 25-də keçiriləcək.
Daha çoxFHN Yevlax, Zərdab və Goranboyda seminar-müşavirələr keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Aran Regonal Mərkəzinin birgə təşkilatçılığı ilə Yevlax, Zərdab və Goranboy rayonlarında “Fövqəladə hallarla mübarizə sahəsində koordinasiya və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirələr keçirilib. SİA xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər…
Daha çoxBirinci Moskva Dövlət Tibb Universitetinin rektoru Mehriban Əliyevanı təbrik edib
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, mətndə deyilir: “Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım. İcazə verin, Sizə dərin ehtiramımı ifadə edim və Seçenov Universitetinin kollektivi adından, həmçinin şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının bütün xalqını Müstəqillik Günü münasibətilə təbrik edim. Azərbaycan xalqının rifahı naminə genişmiqyaslı fəaliyyətiniz, humanitar dəyərlərə dərin sədaqətiniz, səhiyyə, təhsil və mədəniyyətin inkişafına böyük töhfəniz beynəlxalq aləmdə Sizə səmimi hörmət qazandırıb. Sizin rəhbərliyinizlə ölkənin…
Daha çoxŞirvanda əhalinin su təchizatı belə həyata keçirilir
Şirvan şəhər əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı istiqamətində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəhərdə bir sıra işlər icra olunub. SİA xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, küçə və prospektlərdə qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb. Şəhərin küçələrində cari il ərzində ümumilikdə 140 paqonometr, 501 paqonometr, 13,5 paqonometr və 274 paqonometr müxtəlif diametrli su xətləri təmir edilib. Şəhər ərazisində 363 ədəd mexaniki su sayğacı, 5 ədəd müxtəlif diametrli yeni siyirtmə quraşdırılıb.…
Daha çoxTDT-nin Budapeşt Zirvəsi və…
Avropa İttifaqından Macarıstana qarşı artan təzyiqlərin arxasında türkəfob mərkəzlər dayanır “Qoca qitə”nin – Avropanın siyasi mərkəzlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü müzakirə edilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlcə Tiranaya, sonra isə Budapeştə işğüzar səfərləri bir neçə aspektdən təhlil edilir. Zirvə görüşündən əvvəl Azərbaycan-Macarıstan ikitərəfli görüşləri baş tutub, növbəti gün isə TDT-nin Zirvə görüşü öz işinə başlayıb. Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə olmasından söhbət açıb və bu münasibətlərin strateji səviyyəyə yüksəldiyni xüsusi vurğulayıb. Azərbaycandan Macarıstana ilk qazın nəql edilməsi ilə əlaqədar…
Daha çoxXarkov yaxınlığında partlayışlar baş verib
Xarkov vilayətinin Çuquev şəhərində silsilə partlayışlar baş verib. SİA xəbər verir ki, bu barədə hərbi müxbir Yuri Kotenok Telegram kanalında məlumat verib. O, bildirib ki, ilkin məlumata görə, hərbi obyekt atəşə tutulub. Kotenok əlavə edib ki, Çuquevdən cəbhəyə təxminən 40 kilometr məsafədədir. Bundan əvvəl hərbi ekspert Andrey Maroçko bildirmişdi ki, Radkovka qəsəbəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülməsi Xarkov vilayətinin Kupyanskını geniş şəkildə əhatə etməyə imkan verir. Onun sözlərinə görə, rus qoşunları artıq bu tapşırığı yerinə yetirir. Bundan əvvəl Rusiya Silahlı Qüvvələri Kupyansk uğrunda döyüşlərə başladı. Kotenokun sözlərinə görə, Rusiya…
Daha çox