“Dondurma alarkən onun qoxusuna diqqət yetirilməlidir”

“Dondurma qış ayının deyil, əsasən yay fəslinə xas olan qidalardan biri hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında diyetoloq Ləman Süleymanova deyib. O bildirib ki, hər bir insanın bədənində sabit vücud temperaturu mövcuddur və bu, immun sistemin fəaliyyətində və orqanizmin müdafiə funksiyalarında mühüm rol oynayır: “Vücud temperaturu, ətraf mühitin temperaturu fəsillə bağlı olaraq orqanizmin qəbul etdiyi qidaların növünə və həssaslığına da təsir göstərir. Məsələn, yay aylarında havanın yüksək temperaturu nəticəsində orqanizmin soyumağa ehtiyacı artır. Bu ehtiyac çərçivəsində bədən təbii olaraq sərinləşdirici təsiri olan qidaları, o cümlədən dondurmanı seçir. Belə qidalar bədənin…

Daha çox

“ABŞ tərəfindən Rusiyaya da müəyyən təzyiqləri gözləyə bilərik”

“Rusiya və Ukrayna arasında mövcud vəziyyətin təhlili onu deməyə əsas verir ki, rəsmi Moskva Ukrayna ilə sülhün əldə edilməsində maraqlı deyil və ya bu sülhü ancaq Ukraynanın kapitulyasiyası olaraq görür. Yəni, başqa sözlə Putin istəyir ki, sülh işğal edilmiş bütün Ukrayna ərazilərinin Rusiyanın tərkibində olması faktının tanınması ilə əldə edilsin. Bu isə təbii olaraq Ukrayna tərəfindən heç bir halda qəbul edilən deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, əslində Rusiyanın bu şəkildə maksimalist mövqeyi, hər hansı güzəştə getmək istəməməsi ABŞ-ın Rusiyaya lazımi təzyiqi göstərməməsinin nəticəsidir:…

Daha çox

Rusiya Silahlı Qüvvələrinin bölmələri Otradnoyeni ələ keçirib..?

…Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələri cənub Donetsk istiqamətində Otradnoye yaşayış məntəqəsini nəzarətə götürüb. SİA xəbər verir ki, bu barədə “Voin DV” Telegram kanalı məlumat yayıb. …Boqatırın ardınca, hücum hərəkətləri nəticəsində 29-cu ordunun 36-cı ayrı-ayrı mühafizəçi motoatıcı briqadasının hərbçiləri Otradnoye qəsəbəsini azad ediblər, – deyə məlumatda bildirilir. Qeyd olunur ki, hərbi əməliyyatlar nəticəsində 200-dən çox bina təmizlənib, Ukrayna Silahlı Qüvvələrinin (AFU) 2-yə qədər taqımı məhv edilib. Bundan əvvəl məlum olub ki, rus qoşunları Otradnoyedə Ukrayna Silahlı Qüvvələrinin 23-cü ayrı-ayrı mexanikləşdirilmiş briqadasının (SMBR) rabitə mərkəzini məhv edib. Hücum nəticəsində 23-cü ayrı-ayrı ayrı-ayrı…

Daha çox

“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmir olunub. SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir müddətində gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri, maşın şöbəsindəki nasoslar, hava kompressorları, soyuducular və seperatorlar sazlanıb. Bundan başqa, baş göyərtədə və maşın şöbəsində borular yenisi ilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika və elektrik-quraşdırma işləri görülüb. Gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum və maşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdə təmizlənərək…

Daha çox

“TDT ilk dəfə müşahidəçi statusuna malik bir ölkədə toplandı”

“Cənab Prezidentin Macarıstana səfəri, eləcə də Türk Dövlətləri Təşkilatının Macarıstanda keçirilən sammiti mühüm və yadda qalan bir hadisə kimi qiymətləndirilə bilər. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı ilk dəfə müşahidəçi statusuna malik bir ölkədə toplanaraq, təşkilatın beynəlxalq fəaliyyət arealını genişləndirdiyini nümayiş etdirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib. Onun sözlərinə görə, zirvənin yekun bəyanatının təhlili göstərir ki, gündəlikdə olduqca ciddi və strateji məsələlərə toxunulmuşdur. Xüsusilə Şimali Kipr məsələsində qardaş Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin mövqeyi açıq şəkildə müdafiə olunmuş, bu regionun beynəlxalq tanınması məsələsində siyasi dəstək ifadə edilmişdir.…

Daha çox

Keçmiş deputat 9,5 il müddətinə azadlıqdan məhrum edilib…

…Kalininqradın Leninqrad Məhkəməsi keçmiş regional Dumanın deputatı İvan Qribovu yeraltı siqaret istehsalı və qaçaqmalçılığı, habelə vergidən yayınma ittihamı ilə 9,5 il müddətinə azadlıqdan məhrum edib. SİA rus saytlarına istinadən xəbər verir. Sabiq deputatın cinayət əməlində də iştirak edən oğlu da analoji cəza alıb. Hökmə əsasən, onlardan 648 milyon rubl müsadirə edilib. İstintaq və məhkəmə müəyyən edib ki, 2018-ci ilin yayında Sr. Qribov markasız tütün məmulatlarının istehsalı üçün sex açıb. Oğlu və iki Kalininqradlı ona biznesdə köməklik edirdi. İstehsal bazası Mamonovo şəhərində yerləşirdi, burada siqaretlər xüsusi Rusiya aksiz markaları olmadan istehsal…

Daha çox

Rayonlara leysan yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək

Azərbaycanın rayonlarında mayın 24-dən 25-i gündüzədək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Daha çox

“İmkanların genişləndirilməsi üçün kifayət qədər resurslar mövcuddur”

“ABŞ ilə Azərbaycan arasında münasibətlərin, qarşılıqlı əlaqələrin tarixi əslində çox böyükdür. Azərbaycanın müstəqillik dönəmində uzun müddət bizim aramızda əməkdaşlıq olub. Xüsusilə, ABŞ-ın ən son prezidenti Donald Trumpın ilk dəfə hakimiyyətdə olduğu 2017-2020-ci illər ərzində Azərbaycanla ABŞ arasında münasibətlər çox yüksək templə inkişaf edirdi”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, bir sıra məsələlərdə, enerji, təhlükəsizlik, sülhməramlı missiyalar, hüquqi azadlıqlar və digər sahələrdə Azərbaycan ABŞ ilə əməkdaşlıq edib. Biz bu əməkdaşlıq zamanı çox uğurlu addımlar atmışıq: “Bu sadəcə formal əməkdaşlıq olmayıb, hər…

Daha çox

Tərəflər arasında əsir mübadiləsi keçiriləcək…

Ukrayna Prezidenti Volodimir Zelenski “1000-in 1000-ə” formatında Rusiya ilə əsir mübadiləsinin birinci hissəsinin aparıldığını təsdiqləyib. SİA xəbər verir ki, o, bu barədə Telegram kanalında bildirib. “Bu razılaşma Türkiyədəki görüşdə əldə edilib və bunu tam həyata keçirmək vacibdir”, – Zelenski deyib. Zelenski bütün vasitəçilərə təşəkkür edib. Onun sözlərinə görə, əsir mübadiləsinin növbəti mərhələləri mayın 24 və 25-də keçiriləcək.

Daha çox

FHN Yevlax, Zərdab və Goranboyda seminar-müşavirələr keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Aran Regonal Mərkəzinin birgə təşkilatçılığı ilə Yevlax, Zərdab və Goranboy rayonlarında “Fövqəladə hallarla mübarizə sahəsində koordinasiya və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirələr keçirilib. SİA xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər…

Daha çox