İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, mətndə deyilir: “Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım. İcazə verin, Sizə dərin ehtiramımı ifadə edim və Seçenov Universitetinin kollektivi adından, həmçinin şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının bütün xalqını Müstəqillik Günü münasibətilə təbrik edim. Azərbaycan xalqının rifahı naminə genişmiqyaslı fəaliyyətiniz, humanitar dəyərlərə dərin sədaqətiniz, səhiyyə, təhsil və mədəniyyətin inkişafına böyük töhfəniz beynəlxalq aləmdə Sizə səmimi hörmət qazandırıb. Sizin rəhbərliyinizlə ölkənin…
Daha çoxDay: May 23, 2025
Şirvanda əhalinin su təchizatı belə həyata keçirilir
Şirvan şəhər əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı istiqamətində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəhərdə bir sıra işlər icra olunub. SİA xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, küçə və prospektlərdə qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb. Şəhərin küçələrində cari il ərzində ümumilikdə 140 paqonometr, 501 paqonometr, 13,5 paqonometr və 274 paqonometr müxtəlif diametrli su xətləri təmir edilib. Şəhər ərazisində 363 ədəd mexaniki su sayğacı, 5 ədəd müxtəlif diametrli yeni siyirtmə quraşdırılıb.…
Daha çoxTDT-nin Budapeşt Zirvəsi və…
Avropa İttifaqından Macarıstana qarşı artan təzyiqlərin arxasında türkəfob mərkəzlər dayanır “Qoca qitə”nin – Avropanın siyasi mərkəzlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü müzakirə edilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlcə Tiranaya, sonra isə Budapeştə işğüzar səfərləri bir neçə aspektdən təhlil edilir. Zirvə görüşündən əvvəl Azərbaycan-Macarıstan ikitərəfli görüşləri baş tutub, növbəti gün isə TDT-nin Zirvə görüşü öz işinə başlayıb. Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə olmasından söhbət açıb və bu münasibətlərin strateji səviyyəyə yüksəldiyni xüsusi vurğulayıb. Azərbaycandan Macarıstana ilk qazın nəql edilməsi ilə əlaqədar…
Daha çoxXarkov yaxınlığında partlayışlar baş verib
Xarkov vilayətinin Çuquev şəhərində silsilə partlayışlar baş verib. SİA xəbər verir ki, bu barədə hərbi müxbir Yuri Kotenok Telegram kanalında məlumat verib. O, bildirib ki, ilkin məlumata görə, hərbi obyekt atəşə tutulub. Kotenok əlavə edib ki, Çuquevdən cəbhəyə təxminən 40 kilometr məsafədədir. Bundan əvvəl hərbi ekspert Andrey Maroçko bildirmişdi ki, Radkovka qəsəbəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülməsi Xarkov vilayətinin Kupyanskını geniş şəkildə əhatə etməyə imkan verir. Onun sözlərinə görə, rus qoşunları artıq bu tapşırığı yerinə yetirir. Bundan əvvəl Rusiya Silahlı Qüvvələri Kupyansk uğrunda döyüşlərə başladı. Kotenokun sözlərinə görə, Rusiya…
Daha çoxDövlət Məşğulluq Agentliyi daha 300-dən çox şəxsi peşə kurslarına cəlb edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir həftədə daha 329 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 116-sı üçün Agentliyin peşə hazırlığı mərkəzlərində, 213-ü üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuranların işlə təminatı da həyata keçirilir. Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilir.
Daha çoxŞanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycan Prezidentini təbrik edib
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Ötən müddət ərzində Azərbaycan cəmiyyətin həyatının bütün sahələrinin təkmilləşdirilməsi və müasirləşdirilməsi işində heyrətamiz nəticələrə, yüksək iqtisadı inkişaf templərinə, dünya birliyində nüfuzunun möhkəmləndirilməsinə nail olmuş, uğurlu beynəlxalq layihələrin təşəbbüskarı kimi xüsusi rol oynamışdır. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz davamlı diqqətə görə Sizə minnətdarıq. ŞƏT-in dialoq üzrə tərəfdaşı olaraq Azərbaycan 10 ildən artıqdır ki, təşkilatın məqsəd və vəzifələrinin…
Daha çoxİran ABŞ-a “yeni Vyetnam və Əfqanıstanı” verməklə hədələyir
…Birləşmiş Ştatlar Yaxın Şərqdəki “qəzəblərini” dayandırmasa, “yeni Vyetnam və Əfqanıstan”la nəticələnə bilər. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə cümə günü, mayın 23-də İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Tehran Vaşinqtonun bu ölkələrin nəhəng kapitalının milyardlarla dollarını talamaq məqsədi ilə Yaxın Şərq dövlətlərinin suveren işlərinə qarışmasından narazılığını bildirib. İRNA xəbər verir ki, İran ordusunun Baş Qərargahı “İranofobiya”nı ABŞ-ın çoxdankı layihəsi adlandırıb və xəbərdarlıq edib ki, bu, Amerika hakimiyyətinin təhdidlərini və ya “səhv hərəkətlərini” cavabsız qoymayacaq. Qeyd edək ki, Tehranın Vaşinqtonla münasibətlərindəki son gərginlik mart ayında prezident Donald…
Daha çoxKüləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti mayın 24-ü axşam və 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. SİA xəbər verir ki, xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Culfa, Ordubad, Siyəzən, Şabran, Xaçmaz, Xızı, Qusar, Qobustan, Neftçala, Salyan, Naftalan, Gəncə, Goranboy, Göygöl, Yevlax, Hacıqabul, Daşkəsən, Mingəçevir və Şəkidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
Daha çoxDavid Manukyan məhkəmədə Azərbaycan ərazilərinin işğalında xarici ölkələrdən gələn şəxslərin iştirak etdiyini təsdiqləyib
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın təşəbbüsü ilə yaradılan “Şuşa əlahiddə taboru”nun tərkibində xarici ölkələrdən gələn şəxslərin iştirakını ifşa edən videomaterial tədqiq olunub. SİA-nın xəbərinə görə, kadrlarda bildirilir ki, dünyanın müxtəlif yerlərindən – ABŞ-dan, Kanadadan, Suriyadan, Ermənistandan gələn 210-dan artıq daşnak və könüllü tərəfindən 1991-ci il noyabrın 5-də “Şuşa əlahiddə taboru” yaradılıb. Videomaterialda deyilir ki, “Qarabağın azad edilməsi” döyüşlərində iştirak edən təxminən 100 diaspor ermənisindən 65 nəfəri bu taborun döyüşçüsü olub. Videogörüntülərdə özünün olduğunu təsdiq edən təqsirləndirilən şəxs David Manukyan Şuşa taborunun…
Daha çoxİnformasiya və kommunikasiya texnologiyalarının inkişafında böyük uğurlar var
İnformasiya və rabitə sahəsindəki inkişaf ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Təsadüfi də deyil ki, informasiya və kommunikasiya texnologiyaları öz inkişaf səviyyəsinə görə iqtisadiyyatın bütün sahələrində daha qabarıq şəkildə nəzərə çarpır. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafını, ilk növbədə məhz yeni xidmət növlərinin, o cümlədən, mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələndirmək, əsaslandırmaq olar. Reallıq bundan ibarətdir ki, hal-hazırda Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Məhz 2003-cü ildə təsdiq olunmuş…
Daha çox