“Dönər satılan yerin ümumi görünüşü çox şey deyir”

“Yay aylarının yaxınlaşması ilə qida zəhərlənmələri halları da artmağa başlayır. Hazır dönər məhsulları əgər sanitar normalara uyğun hazırlanmazsa və saxlanma temperaturu qorunmazsa, qısa zamanda təhlükəli bakteriyaların çoxalması üçün ideal mühitə çevrilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib. Asim Vəliyev sözlərinə belə davam edib: “Dönər alarkən diqqət etməli olduğumuz məqamlar var. Dönər satılan yerin ümumi görünüşü çox şey deyir. Çirkli döşəməsi, tozlu səthləri, açıqda qalan məhsulları və natəmiz geyimdə olan işçiləri olan məkandan qəti şəkildə dönər alınmamalıdır. Satıcıların əllərində əlcək, başlarında papaq, geyimlərində xüsusi iş geyimi…

Daha çox

Azərbaycandan xarici bazarlara pomidor ixracı 15,3 faiz artıb

Azərbaycandan xarici bazarlara pomidor ixracının həcmi və dəyərində artım müşahidə olunub. SİA xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, bu ilin ilk dörd ayı ərzində ölkəmizdən xarici ölkələrə 60 148,1 ton həcmində, ümumilikdə 74 732,0 min ABŞ dolları dəyərində pomidor ixrac edilib. Yanvar-aprel aylarında həyata keçirilən pomidor ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz, dəyəri isə 5 faiz artıb. Azərbaycandan xarici ölkələrə əsasən istixana şəraitində yetişdirilən pomidor sortları ixrac olunur. İstixana təsərrüfatlarına marağın artması və istixanaların sayının çoxalması ixracın artmasına…

Daha çox

Deputat Milli Məclisdə Elgündən DANIŞDI

“Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə diqqət yönəlmək istəyirəm. Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə. Xatırlayırsınızsa, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksindəTuran Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü”. SİA xəbər verir ki, bu fikirləri deputat Elnurə Akimova Milli Məclisin bugünkü plenar iclasında deyib. “Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir, səbəblər üzərində düşünməyə başlayırıq, çünki doğrudan da büyük bir mənəvi zərbə alırıq. Bu ağrını hamımız canımızda hiss edirik. Təbii prosesdir. Ernest Heminqueyin “Əcəl zəngi” əsərinin epiqrafında XVII əsr…

Daha çox

Tramp “Apple” şirkətindən “iPhone” istehsalını ABŞ-a köçürməyi tələb edib

Prezident Donald Tramp “Apple” şirkətindən “iPhone” istehsalını ABŞ-a köçürməyi tələb edib, əks halda tariflər tətbiq edəcəyi ilə hədələyib. SİA xəbər verir ki, Tramp bunu “Truth” sosial şəbəkə hesabında yazıb. “Mən Tim Kuku (“Apple” şirkətinin baş direktoru) çoxdan xəbərdar etmişəm ki, Birləşmiş Ştatlarda satılan “iPhone”lar Hindistanda və ya başqa yerdə deyil, ABŞ-da istehsal edilməli və yığılmalıdır. Əgər belə olmasa, “Apple” ABŞ-a azı 25 faiz tarif ödəməli olacaq”, – deyə Donald Tramp bildirib. Hazırda qlobal “iPhone” istehsalının təxminən 18 faizi Hindistanın payına düşür. İstehsalda Çinin payı isə 75 faizdən çoxdur. “Bloomberg” agentliyinin…

Daha çox

Sabah yağış yağacaq?

“Mayın 24-də Bakı şəhərində və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir”. Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib. Onun sözlərinə görə, lakin gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağma ehtimalı mövcuddur: “Şimal-qərb küləyi əsəcək, küləyin sürəti 8–13 m/s olacaq, axşam saatlarında isə arabir 16 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 16–19°С, gündüz 22–27°С təşkil edəcək. Azərbaycanın rayonlarında da mayın 24-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli leysan xarakteri alacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə…

Daha çox

“Anadolu Ankası – 2025” təlimi başa çatıb

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2025” (Anatolian Phoenix – 2025) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, beynəlxalq təlimdə keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə media nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər. İştirakçılara təlimin gedişatı barədə statistik məlumatlar verilib, beynəlxalq axtarış-xilasetmə təliminə həsr olunmuş qısametrajlı videogörüntü təqdim edilib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda beynəlxalq təlimə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən izlənilib. Sonra Türkiyə Hərbi Hava…

Daha çox

Azərbaycana ən çox hansı ölkələrdən avtomobil idxal olunur?

“Son illərdə Azərbaycana avtomobil idxalında əsas dəyişikliklər müşahidə olunur. 2024-cü ilin statistikalarına əsasən, ölkəmizə ən çox avtomobil idxal olunan ölkələr sırasında Asiya dövlətləri ön sıralarda yer alır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, birinci yerdə Cənubi Koreya dayanır. Bu ölkədən Azərbaycana 22,279 ədəd avtomobil idxal edilib: “İkinci yerdə isə 19,404 avtomobillə Çin qərarlaşıb. Yaponiya isə 12,221 avtomobillə üçüncü yerdədir. ABŞ-dan 10,357, Almaniyadan isə 5,900 avtomobil gətirilib. Meksika (5,464) və Böyük Britaniya (2,143) da idxalda nəzərəçarpacaq paya malik ölkələr sırasındadır. Digər ölkələrdən, məsələn Rusiya,…

Daha çox

Naxçıvan MR-in sosial-iqtisadi inkişafı ilə bağlı layihələr müzakirə olunub

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun onlayn iclası keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin iştirak etdiyi iclasda gündəlikdə duran məsələlər müzakirə olunub. İclas iştirakçılarına “Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların Azərbaycan Respublikasının digər ərazilərinə daşınması üçün çəkilmiş xərclərə görə dəstək məbləğinin ödənilməsi Qaydası”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına…

Daha çox

Vyanada Azərbaycanın Müstəqillik Gününün ildönümü qeyd edilib

Vyanada Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri, ölkənin ATƏT və Vyanadakı digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Diplomat qeyd edib ki, bayram tədbirində iştirak edən qonaqlar arasında Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş direktorunun müavini Gerhard Zayller, ATƏT-in baş katibi Feridun Sinirlioğlu, diplomatik missiyaların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin Avstriyadakı Azərbaycan icmasının üzvləri olub.

Daha çox

AMEA Mərkəzi Elmi Kitabxana fondlarının inkişaf tarixindən

Kitabxana fondları xalqın milli, mədəni, ənənəvi sərvətlərini toplayıb mühafizə edərək gənc nəsillərə çatdıran bilik xəzinəsidir. XX əsrdə Azərbaycan elminin ən böyük uğurlarından biri, onun çoxsahəli elmi kitabxanalar şəbəkəsinin yaranmasıdır. AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycanın görkəmli ziyalıları N. Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, H.Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməy ilə “Azərbaycanı Tədqiq və Tətöbbö cəmiyyəti”nin nəzdində yaradılıb. 1925-ci ildə kitabxananın fondunda artıq çoxlu kitab və əlyazma var idi. Kitabların əksəriyyəti Azərbaycanşünaslığa, Qafqazşünaslığa, ölkəşünaslığa, şərqşünaslığa, türkologiyaya və s. elmlərə aid idi. Öz qarşısına bütün elm sahələrinə xidmət etməyi məqsəd qoyan kitabxananın fondu ümumi…

Daha çox