“Böyük Qayıdış Azərbaycanın müasir dövrdə həyata keçirdiyi tarixi layihələrdən biridir”

“Böyük Qayıdış Azərbaycanın müasir dövrdə həyata keçirdiyi ən strateji və tarixi layihələrdən biridir. Bu, yalnız məcburi köçkünlərin doğma torpaqlarına qayıtması deyil, həm də regionda yeni siyasi reallıqların formalaşması deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, Azərbaycan burada öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də dayanıqlı inkişaf modelini ortaya qoyur. Böyük Qayıdış modeli dövlətin güclü siyasi iradəsi, strateji planlaşdırması və iqtisadi resursların məqsədyönlü istifadəsi ilə xarakterizə olunur: “Bu, həm daxili, həm də xarici siyasətdə Azərbaycanın mövqeyini möhkəmləndirir. Layihənin əsas əhəmiyyəti ondan ibarətdir ki,…

Daha çox

Deputat Milli Məclisdə Elgündən DANIŞDI

“Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə diqqət yönəlmək istəyirəm. Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə. Xatırlayırsınızsa, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksindəTuran Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü”. SİA xəbər verir ki, bu fikirləri deputat Elnurə Akimova Milli Məclisin bugünkü plenar iclasında deyib. “Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir, səbəblər üzərində düşünməyə başlayırıq, çünki doğrudan da büyük bir mənəvi zərbə alırıq. Bu ağrını hamımız canımızda hiss edirik. Təbii prosesdir. Ernest Heminqueyin “Əcəl zəngi” əsərinin epiqrafında XVII əsr…

Daha çox

“Bitkoinin qiyməti iki dəfə yüksələrək 110 min ABŞ dolları civarında qərarlaşmışdır”

“Son aylarda dünyada bitkoinin (BTC) dəyərində nəzərəçarpacaq artım müşahidə olunmuşdur. Belə ki, son bir neçə ay ərzində onun qiyməti demək olar ki, iki dəfə yüksələrək hazırda təxminən 110 min ABŞ dolları civarında qərarlaşmışdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bitkoinin bazar dəyəri əsasən fundamental iqtisadi göstəricilərdən deyil, daha çox spekulyativ amillərdən təsirlənir: “Qiymət dinamikası əksər hallarda bazarda baş verən qısamüddətli alqı-satqı əməliyyatları, investor davranışları və informasiyaya həssaslıqla müəyyən edilir. Bu kontekstdə, kriptovalyutanın dəyərinə beynəlxalq səviyyədə yayılan müxtəlif xəbərlər və siyasi bəyanatlar – xüsusilə də…

Daha çox

Nəsimi rayon prokurorluğunda “Açıq qapı” günü

Qarabağ Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri və media nümayəndələrinin iştirakı ilə Nəsimi rayon prokurorluğunda “Açıq qapı” günü keçirilib. SİA xəbər verir ki, tədbirin məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olmalarını təmin etmək, onların nəzəri biliklərini praktiki müstəvidə genişləndirmək və cəmiyyətdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maarifləndirməni artırmaqdır. Tədbirin açılışında çıxış edən Nəsimi rayon prokuroru Həsən Hənifəyev qonaqları salamlayaraq, belə təşəbbüslərin hüquqşünas gənclərin peşəkar formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, eyni zamanda rayon prokurorluğunun fəaliyyəti, səlahiyyətləri…

Daha çox

“Ötən illə müqayisədə Azərbaycanın iqtisadi dövriyyəsinin artması müşahidə olunur”

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi son dövrlərdə əhəmiyyətli artım nümayiş etdirmişdir. Cari ilin əvvəlindən etibarən, iki tərəf arasında ticarət dövriyyəsində təxminən 35%-lik artım qeydə alınmışdır. Hazırda, ilin ilk 4 ayı ərzində ticarət dövriyyəsinin həcmi 7 milyard ABŞ dollarını keçmişdir və ilin sonuna qədər bu rəqəmin təqribən 20 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyəyinin sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, ümumi ticarət dövriyyəsinin təxminən 1 milyard ABŞ dolları həcmindəki hissəsi Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixrac etdiyi məhsullara aiddir. Təxminən 6 milyard…

Daha çox

MM aviasiya memorandumunu təsdiq edib

Milli Məclis Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Müzakirələrdən sonra “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiqi haqqında qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Daha çox

May ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiya ödənişini yekunlaşdırıb. Bu barədə SİA-ya ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, mayın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə may ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Daha çox

Parlament Azərbaycanla Pakistan arasındakı aqrar sazişi təsdiq edib

Milli Məclis Azərbaycanla Pakistan arasındakı aqrar sazişi təsdiq edib. SİA xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiqi haqqında qanun layihəsi müzakirə edilib. Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq təsdiq edilib.

Daha çox

Hesablama Palatası büdcənin icrası haqqında qanun layihəsinə rəy

Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a qurumun rəyi müzakirə edilərək təsdiqlənib və Milli Məclisə göndərilməsi barədə qərar qəbul edilib. Bununla yanaşı, iclasda Hesablama Palatasının fəaliyyəti ilə bağlı gündəlikdə dayanan digər məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Daha çox

İran Prezidenti İlham Əliyevi təbrik edib

İran Prezidenti Məsud Pezeşkian azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və ölkənizin xalqını ürəkdən təbrik edirəm. Dost və qonşu xalqlarımızın ortaq tarixi, onlar arasındakı qırılmaz bağlar ölkələrimizin münasibətlərinin inkişafı üçün qiymətli sərmayə yaratmışdır. İran İslam Respublikası əlaqələri ortaq maraqlar çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək və yüksəltmək əzmindədir, bu baxımdan nəqliyyat, elektrik enerjisi, təbii qaz ilə bağlı müxtəlif sahələrdə ortaq layihələrin tamamlanması işlərinin sürətləndirilməsinin, ticarət mübadiləsinin həcminin artırılmasının, insanlar arasında təmasların asanlaşdırılmasının önəm kəsb etdiyini vurğulayır. İran İslam Respublikası…

Daha çox