MM Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalının təsisini qəbul edib

Parlament Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalının təsis edilməsini təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunub. Layihəyə əsasən yubiley medalı ilə Məhkəmə-Hüquq Şurasının üzvləri və üzvü olmuş şəxslər, öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, Məhkəmə-Hüquq Şurasının aparatında və məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə…

Daha çox

Baş prokuror BMT Baş Katibinin müavini ilə görüşüb

Vyanada işgüzar səfərdə olan Baş prokuror Kamran Əliyev ilə BMT Baş Katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) İcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud olan yüksək səviyyəli münasibətlər və hüquq-mühafizə orqanlarımızla BMTNCİ arasında formalaşmış səmərəli əməkdaşlıq xüsusi məmnunluqla qeyd edilib. Bildirilib ki, son bir ildə Bakıda və Vyanada təşkil olunmuş birgə sessiyalar bu tərəfdaşlığın möhkəmlənməsinə, eyni zamanda cinayətkarlığa qarşı mübarizədə yeni yanaşmalar və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə…

Daha çox

MM iki qanuna dəyişikliyi qəbul edib

Namizədlərə məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən qurumun Apellyasiya Şurasına şikayət imkanı veriləcək. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 2024-cü il 7 noyabr tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb. Qeyd edilib ki, müvafiq dəyişikliklərdən irəli gələrək Əmək Məcəlləsində işçinin iş yeri və orta əmək haqqının saxlanıldığı hallar sırasından hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərilməsi…

Daha çox

Bakı-Sumqayıt marşrutu üzrə qatarlar Müstəqillik Günündə hansı cədvəl üzrə hərəkət edəcək?

Qeyri-iş günü elan edilmiş 28 May – Müstəqillik Günü ilə əlaqədar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin şənbə gününə uyğun qrafiklə təşkil olunacaq. Bu barədə SİA “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Sərnişinlər qatarların hərəkət cədvəli ilə www.ady.az rəsmi internet saytında və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə tanış ola bilərlər.

Daha çox

Niderland Kralı Azərbaycan liderini təbrik edib

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti lham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, “Cənab Prezident. Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm. Bu bayram münasibətilə Azərbaycan xalqına daha firavan gələcək diləyir və ən xoş arzularımı çatdırıram”.

Daha çox

Azərbaycan Qiymətləndiricilər Palatası ABA ilə İşçi Qrupu yaradır

Azərbaycanda qiymətləndirmə sənədlərinin standartlaşdırılması və proseslərin vahid yanaşma əsasında həyata keçirilməsi məqsədilə birgə forma və sənədlərin hazırlanaraq tətbiqi nəzərdə tutulur. Bu barədə SİA-ya Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) bildirilib. Bununla bağlı qərar AQP ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında keçirilən əməkdaşlıq görüşündə qəbul edilib. Görüş zamanı qiymətləndirmə fəaliyyəti çərçivəsində bank sektoru ilə qarşılıqlı əməkdaşlıqda müşahidə olunan mövcud çətinliklər və onların aradan qaldırılması üçün atıla biləcək addımlar nəzərdən keçirilib. Palata və Assosiasiya tərəfindən qiymətləndirmə sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə İşçi Qrupun yaradılması barədə razılıq əldə edilib. Tərəflər həmçinin qiymətləndirmə proseslərinin daha…

Daha çox

Məhkəməsi davam edən erməniəsilli şəxslərlə bağlı xüsusi sənədli filmin çəkilməsi təklif olunur

Azərbaycana qarşı separatizmdə ittiham edilən ermənilərin məhkəməsindən xüsusi sənədli film çəkilməlidir. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında deyib. O qeyd edib ki, film Azərbaycan tarixi üçün önəmlidir: “Həmçinin təklif edirəm ki, həmin məhkəmələrə beynəlxalq ekspert və hakimlər də dəvət olunsun. Bu, ermənilərin törətdiyi cinayətlərin dünyaya çatdırılması üçün vacibdir”.

Daha çox

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd ediblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi peşə bayramını silsilə tədbirlərlə qeyd edib. Bu barədə SİA-ya ETSN-dən məlumat verilib. Bildirib ki, Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub və Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Tədbirlər daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında davam edib. Ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə fərqlənən əməkdaşlar fəxri fərmanlarla təltif…

Daha çox

“Türk dövlətləri həmrəyliyi və əməkdaşlığı daha da gücləndirəcək”

“Prezident İlham Əliyevin Macarıstana səfəri bir daha iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqlədi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, Azərbaycan və Macarıstan dost ölkə, strateji tərəfdaşdır: “Keçirilən görüşlərdə də aydın oldu ki, bir çox məsələlər üzrə Bakı ilə Budapeştin mövqeyi üst-üstə düşür. İkitərəfli gündəlik də kifayət qədər genişdir. Energetika sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan şirkətləri Azərbaycanın neft və qaz layihəsində pay sahibidir. Liderlər həmçinin gələn ilin əvvəlində imzalanacaq növbəti kontrakt ətrafında da fikir mübadiləsi apardılar. Tərəflər eyni zamanda yaşıl enerji üzrə əməkdaşlıq üzərində…

Daha çox