Azərbaycan bankları I rübdə “Bloomberg” ticarət sistemində 1 200-ə yaxın təminatsız əqd bağlayıb

Bu ilin I rübündə Azərbaycan bankları “Bloomberg” ticarət sistemində banklar ümumi dəyəri 22,6 milyard manat olan 1 162 ədəd təminatsız əqd bağlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasət icmalı”nda bildirilir. Sənədə əsasən, bu əməliyyatların məbləğ olaraq 94 %-i 1-3 günlük olub. Yanvar-mart aylarında banklararası repo bazarında isə ümumi dəyəri 2,4 milyard manat olan 133 əqd bağlanılıb. Bu əqdlərin məbləğ olaraq 11 %-i 1-3 günlük, 87 %-i isə 6-8 günlük əməliyyatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə təminatsız pul bazarında bağlanılan əqdlərin məbləği 1,7 dəfə,…

Daha çox

Onlara diplomatik pasport verilməsi təklif olunur

Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavinləri və katiblərinə diplomatik pasport verilməsi təklif edilib. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxış edib. Onun sözlərinə görə, ali seçki orqanı ilə bağlı bu məsələ uzun illərdir unudulur: “MSK yeganə qurumdur ki, sədrdən başqa, müavinlər və katiblər üçün diplomatik pasport verilməsi nəzərdə tutulmur. Onlar uzun illərdir xarici ölkələrə səfər edirlər. Bu, çox ciddi bir məsuliyyətdir. Onların əməkdaşlarına heç bir sosial imtiyaz nəzərdə tutulmayıb”.

Daha çox

Əli Kərimli Mark Zukerberqin ştatlı işçisinə çevrilib

Bu gün Azərbaycanın güclənməsindən, azad və demokratik dövlətə cevrilməsindən dostlar sevinir, düşmənlər isə qəm-qüssəyə qərq olurlar. İkincilər paxıllıq hisslərini Azərbaycana qarşı yamanlıq etməklə nümayiş etdirirlər. Bəzən onların sıralarına “sapı özümüzdən olan baltalar”da qoşulurlar. Xüsusilə də dövlətimizə qarşı şər və böhtan xarakterli açıqlamalar səsləndirənlərə xaricdəki antimilli məxluqlar, eləcədə müxtəlif anti-Azərbaycan dairələrdən maliyyə yardımları alan dağıdıcı müxalif ünsürlərdə qoşulurlar. Nə zaman sosial şəbəkələrə baxsa, orada Əli Kərimlinin, Cəmil Həsənlinin, Fuad Qəhrəmanlının, Gültəkin Hacıbəylinin, Arif Hacılının, İsa Qəmbərin və xaricdəki antimilli şəbəkənin üzvlərinin Azərbaycan insanları ilə bağlı böhtanlar səsləndirdiklərini, yalanlar ifadə etdiklərini görmək…

Daha çox

Məişət zorakılığını gizlədən şəxs nə zaman məsuliyyət daşıyır?

“Məişət zorakılığı dedikdə – yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə şəxslərin ( ərin, arvadın, valideynlərin və s.) birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib. O bildirib ki, məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır: “Cinayət Məcəlləsində birbaşa olaraq göstərilməsə də, məişət zorakılığı ilə bağlı cinayət əməlini və həmin əməllə bağlı cəzanı nəzərdə tutan maddələr mövcuddur. Yəni siz, müvafiq olaraq Cinayət…

Daha çox

KOBİA-nın mətbuat konfransı keçirilib

Bu gün Bakı KOB evində Türk Dövlətlərinin iş dünyasının ən böyük görüşü olan “ll. Türk Ticarət Sərgisi -Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və sərgisinin mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirməklə başlayıb. Daha sonra media nümayəndələri və qonaqlara mövzu ilə bağlı videoçarx izlədilib. Konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov, Türk Ticarət Sərgisinin təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva çıxışlarında…

Daha çox

“Söhbət onların fəaliyyətini çərçivəyə salmaqdan getmir”

“Bloggerlərlə bağlı yeni qərarın verilməsi və artıq qüvvəyə minməsi ilk baxışda bir ajiotaj yaradır. Amma əslində, mahiyyətinə baxanda görürsən ki, burada əndişələnəcək xüsusi hallar yoxdur. Söhbət ondan gedir ki, blogger öz fəaliyyətində Azərbaycan mövcud qanunvericiliyinə uyğun hərəkət etməlidir. Söhbət onların fəaliyyətini çərçivə salmaqdan getmir”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Yadigar Məmmədli deyib. Yadigar Məmmədli sözlərinə belə davam edib: “Söhbət hər hansı məsələ ilə bağlı məzmun və kontentdən gedir. Yəni, kontent elə olmalıdır ki, blogerrin hansı bir fəaliyyəti reklam xarakterlidirsə, hər hansı bir məsələ ilə bağlı marağı varsa, təbii ki,…

Daha çox

Xərcləmələr 477 milyon manatı ötüb

İndiyə qədər Azərbaycan Mərkəzi Bankının (AMB) Bakının Nizami rayonunda yerləşəcək yeni inzibati binasının inşasına 477,348 milyon manat xərclənib. SİA bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir. Sənədə əsasən, baş podratçı və digər təşkilatlarla bağlanılmış müqaviləyə əsasən 434,703 milyon manat, digər kapital qoyuluşları kimi isə 42,735 milyon manat xərclənib. Bundan sonra daha 153,883 milyon manat xərclənməsi nəzərdə tutulur. Beləliklə, bina AMB-yə 631,231 milyon manata başa gəlməlidir.

Daha çox

Qəbr əzabı dedikdə nəyi başa düşməliyik?

“Qəbir əzabı ilə bağlı Qur’an-ı Kərimdə açıq-aydın şərtlər olmasa da, Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) hədislərində bu məsələ ciddi şəkildə toxunulmuşdur. İnsan dünyadan köçəndən sonra qəbirin ilk gecəsində sual-cavab başlayır: Rəbbin kimdir? Qiblən haradır? Kitabın nədir? Rəsulun, Peyğəmbərin kimdir? Bu suallar verilir və cavablandırıldıqdan sonra hər bir insanın əməlinə görə qəbirdə azab yaşanır”. Bu sözləri SİA-ya açıqlamasında “Heydər” məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev deyib. Onun sözlərinə görə, bəzi insanlar düşünə bilər ki, əgər o şəxs suda boğulubsa, su ona necə azab ola bilər?…

Daha çox

KOBİA-nın mətbuat konfransı keçirilib

Bu gün Bakı KOB evində Türk Dövlətlərinin iş dünyasının ən böyük görüşü olan “II. Türk Ticarət Sərgisi – Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisinin mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirməklə başlayıb. Daha sonra media nümayəndələri və qonaqlara mövzu ilə bağlı videoçarx izlədilib. “II Türk Ticarət Sərgisi – Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi” 10-12 iyun 2025-ci il tarixlərində Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ( İİTKM) tərəfdaçlığı, Kiçik və Orta…

Daha çox