…Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə digər ölkələr arasında hərbi-texniki əməkdaşlıq komissiyasının iclasını keçirib.
SİA-nın məlumatına görə, bu barədə TASS yazır.
İclasda 2024-cü ildə hərbi-texniki əməkdaşlığın artırılması üzrə işlərin yekunlarına və Rusiya silah ixracının artırılması perspektivlərinə yekun vurulub.
Prezident görüş zamanı hərbi-texniki əməkdaşlığı strateji əhəmiyyətli sahə adlandırıb.
Bundan əvvəl Putin Vyetnam və Çinin hərbi-texniki sahədə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bəyan edib. Vyetnam Prezidenti To Lamın sözlərinə görə, tərəflər “müdafiə, təhlükəsizlik və hərbi texnologiya sahələrində” əməkdaşlığı dərinləşdirmək, həmçinin “təhlükəsizlik çağırışlarına, kibertəhlükəsizlik”ə birgə cavab vermək və “yüksək texnologiya cinayətləri” ilə mübarizə aparmaq barədə razılığa gəliblər.
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə əlaqədar Moskvada işgüzar səfərdə olub.
Mayın 9-da Qələbə Paradında iştirak edib.
Əli Babayev