Naməlum şəxs vətəndaşların bank kartlarından 2 min 750 manat oğurlayıb


Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2 600 manat oğurlayıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər