Misir Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib

Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqin başçılıq etdiyi nümayəndə heyəti mayın 25-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi və nümayəndə heyətini Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Daha çox

Bir əsrdən çox əvvəl yoxa çıxan sualtı qayıq ABŞ sahillərində tapılıb

Qayıq yaxşı “qorunub” saxlanılıb..? …Tədqiqatçılar San Dieqodan bir neçə kilometr aralıda dənizin dibində çoxdan itmiş iki hərbi maşının qalıqlarını aşkar ediblər. SİA xəbər verir ki, Live Science-a görə, bunlar 1917-ci ildə təlim qəzası zamanı batan Amerika sualtı qayığı və 1950-ci ildə yaxınlıqda qəzaya uğrayan ABŞ Hərbi Dəniz Qüvvələrinin təlim təyyarəsidir. Maraqlıdır ki, USS F-1 sualtı qayığı ABŞ Hərbi Dəniz Qüvvələrinin digər sualtı qayığı ilə toqquşma nəticəsində ciddi zədələndikdən sonra saniyələr ərzində batıb. Onun ekipajından 19-u qəzada boğularaq ölüb, üçü isə başqa sualtı qayıq tərəfindən xilas…

Daha çox

2025-ci ilin əvvəlindən Rusiyaya 5 mindən çox ukraynalı gəlib..?

…SİA xəbər verir ki, RİA Novosti-nin istinad etdiyi statistikaya görə, 2025-ci ilin birinci rübü ərzində Rusiya Federasiyasının ərazisinə 5427 Ukrayna vətəndaşı daxil olub. Gələnlərin böyük əksəriyyəti, 5129 nəfəri səfərlərinin əsas məqsədi kimi şəxsi səbəbləri, məsələn, qohumlarını və ya dostlarını ziyarət etməyi göstərib. Rusiyaya iş məqsədi ilə gələn Ukrayna vətəndaşlarının sayı xeyli azdır – 186 nəfər, 55 nəfər işləmək, 27 nəfər isə təhsil almaq üçün gəlib. Maraqlıdır ki, səfərin rəsmi məqsədi kimi turizmi cəmi 21 nəfər göstərib və cəmi 9 Ukrayna vətəndaşı Rusiya sərhədini tranzitlə keçərək başqa ölkələrə üz tutub. Gəlmə…

Daha çox

“Avropa Rusiyanı zəiflətməlidir, onu saxlamamalıdır…”

Brüssel qətiyyətlə hərəkət etməlidir… …Avropa İttifaqı Kremlin təsirini zəiflətmək üçün lazım olan hər şeyə malikdir, lakin o, öz imkanlarından tam şəkildə istifadə etmir. SİA-nın məlumatına görə, Avropa İttifaqı Təhlükəsizlik İnstitutunun direktoru Stiven Everts “Rusiyanın gücsüzləşdirilməsi: Avropa İttifaqı Kremlə necə müqavimət göstərə bilər” adlı hesabatın müəllifi belə qənaətə gəlib. Politico yazır ki, o, Rusiyanı təkcə tutmaq deyil, həm də “zəiflətmək” strategiyasını təklif edir, yəni onun Avropa maraqlarına zərər vurmaq qabiliyyətini tədricən azaltmaq… …Rusiya hələ də qlobal təhlükə yaratsa da, amma iqtisadi, demoqrafik və diplomatik baxımdan mövqelərini…

Daha çox

ABŞ gözlənilmədən Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib

Qrupun Ukrayna siyasəti üzərində işləyən Qərb rəsmilərindən biri “Allaha şükür” deyib… …Yeddilik Qrupu (G7) ölkələrinin maliyyə nazirləri birgə kommünikedə Rusiyanın Ukraynaya qarşı “amansız müharibəsini” pisləyib və Rusiya lideri Vladimir Putin atəşkəsi gecikdirməyə davam edərsə, Moskvaya qarşı sanksiyaları sərtləşdirəcəklərini vəd ediblər. SİA-nın məlumatına görə, “The Telegraph” yazır ki, sənəd əvvəllər müharibəyə görə bütün günahı Rusiyanın üzərinə atmaqdan imtina edən ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasətində “əhəmiyyətli dəyişikliyə” işarə edib. …Biz Rusiyanın Ukraynaya qarşı davam edən amansız müharibəsini pisləyirik və Ukrayna xalqının və iqtisadiyyatının böyük dayanıqlığını təqdir…

Daha çox