Ruslar pensiya yaşını 80 yaşa qədər qaldırmaq zərurəti ilə üzləşə bilər..?





Rusiyalı oliqarx Malofeyev Rusiyada pensiyaların ləğvini təklif edib…



SİA-nın əldə etdiyi məlumata görə, “Tsarqrad” holdinqinin təsisçisi, iş adamı Konstantin Malofeyev 1995-ci ildən sonra anadan olan ruslar üçün pensiyaların ləğvinin tərəfdarı olduğunu bildirib.

Onun fikrincə, bu, gəncləri gələcəkdə valideynlərini təmin edə bilmələri üçün mümkün qədər çox uşaq sahibi olmağa sövq edəcək. O, əmindir ki, indi yaşı 30-dan aşağı olan vətəndaşlar guya qarşıdan gələn qocalıq pensiyasına güvənirlər və ona görə də ailə həyatı qurmağa həvəs göstərmirlər.

…Pensiya uşaqları əvəz edib… İndiki pensiyaçılar nəslinin övladı yoxdur, çünki əvvəlcə sovet, sonra isə liberal dövlət təbliğatı əvvəlcə komsomol quruculuğu layihələri üçün, sonra isə özü üçün yaşamağa təşviq edirdi. Bu adamlar bir daha heç kimi dünyaya gətirməyəcəklər ki, onların sayının azlığını islah etsinlər. Amma gələcək təqaüdçülərə – indiki gənclərə münasibətdə belə bir tədbir çox perspektivli ola bilər.

…Bunu deyən Malofeev xatırladıb ki, Rusiya İmperiyasında pensiyalar yalnız məhdud dairələrə verilirdi.

Buna baxmayaraq, hər qadın orta hesabla yeddi uşaq dünyaya gətirirdi və heç kim dövlətdən pul gözləmirdi.

…İş adamı, inqilabdan sonra qadınların çətin kişi peşələrində işləməyə başladığı ümumbəşəri bərabərlik bəyannaməsi səbəbindən bir ailədə uşaqların orta sayı üçə qədər azaldığını qeyd edbi. Onun sözlərinə görə, vəziyyət yalnız pisləşdi: qızlar kollecə getdi və karyera qurmağa başladı və 1990-cı illərdə özünü həyata keçirmək, şəxsi azadlıq, pul və istehlakçılıq həyatın məqsədinə çevrildi…və nəticədə bir qadına düşən uşaqların sayı 1,4-ə qədər azaldı.

Deyəsən, burada rusiyalı iş adamı “qan ağlamaq” istəyir..?

…Niyə deməyək ki, 10 ildən sonra Sosial Fonda pensiya ayırmaları dayandırılacaq və məsələn, 1995-ci il təvəllüdlü vətəndaşlar ümumiyyətlə dövlət pensiyası almayacaqlar? Onsuz da maaşlarından yığılan pensiyalar onlara qaytarılacaq. Ona görə də 30 yaşında özləri qərar versinlər ki, pul saxlasınlar, ya qocalıq etsinlər, yoxsa qocalığa…

…Və buna cavab olaraq Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi Komitəsinin rəhbəri Andrey Klişas xatırladıb ki, ruslar üçün sosial təminat Konstitusiya ilə təmin edilir.

Bu arada Rusiya 2050-ci ildən sonra pensiya yaşını 80 yaşa qədər qaldırmaq zərurəti ilə üzləşə bilər.

Bu proqnoz VTsİOM-un hesabatında yer alıb. Xüsusilə, bir neçə onillikdən sonra miqrasiya və robotlaşdırma olmadan gələcək “demoqrafik qış” haqqında, eyni zamanda mövcud doğum nisbətləri, eləcə də hazırkı ölüm nisbətləri və gözlənilən ömür uzunluğundan bəhs edilir.

… Nəticədə 21-ci əsrin sonuna qədər Rusiya əhalisi iki dəfə azalacaq.

Müstəqil demoqraf Aleksey Rakşa bu ssenarini ən real hesab etdiyini bildirib.

Rosstatın rəsmi proqnozuna görə, 2023-2046-cı illərdə Rusiya ölümün doğum nisbətini aşması nəticəsində 12,7 milyon insan itirəcək. 2040-cı illərin əvvəlinə ölkədə uşaq və yeniyetmələrin sayı 26 faiz azalaraq 27,2-dən 20 milyon nəfərə, onların əhalidəki xüsusi çəkisi isə 18,5-dən 14,2 faizə düşəcək. Pensiyaçıların xüsusi çəkisi, əksinə, 2046-cı ildə 24,5-dən 26,9 faizə yüksələcək.

…Əşşi, elə bir dəfəlik deyin ki,..bu da bizlik deyil dəə..?

Əli Babayev

Əlaqəli Xəbərlər