Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib

Almaniyanın Baş Qərargah rəisi Karsten Breyer 2029-cu ilədək Almaniya Silahlı Qüvvələrinin tam silah və hərbi texnika ilə təmin olunmasını tapşırıb. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Baş Qərargah rəisinin əmrinə əsasən, 2029-cu ilə kimi Almaniya Ordusu bütün silah və digər texniki vasitələrlə tam təchiz ediləcək.

Daha çox

Azərbaycanlı zəvvarlar Məkkə şəhərinə çatdılar

Azərbaycanlı zəvvarların bir qrupu Həcc ziyarətinə yola düşəcək. SİA xəbər verir ki, bir qrup zəvvar Heydər Əliyev Hava Limanından Həccə gedəcək. Qeyd edək ki, bu ilk zəvvar qrupudur. Axırıncı qrupun yola düşməsi isə mayın 31-i üçün planlaşdırılır. Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər – Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 dollar təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri…

Daha çox

Tramp ölümlə hədələndi

ABŞ vətəndaşı ABŞ-ın Təl-Əvivdəki səfirliyini partlatmağı planlaşdırmaqda şübhəli bilinərək Nyu-York hava limanında həbs edilib. SİA xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, həmin şəxs mayın 19-da İsraildə diplomatik missiyanın binası qarşısında mühafizəçi ilə qarşıdurmadan sonra saxlanılıb. Axtarış zamanı həmin şəxsin üzərində “Molotov kokteyli” kimi tanınan evdə hazırlanmış üç primitiv yandırıcı vasitə aşkar edilib. Sosial şəbəkələrdə şübhəli şəxs Təl-Əvivdəki səfirliyi yandırmaq istədikdən sonra ABŞ və Qərbə qarşı etiraz çağırışları da dərc edib, həmçinin Ağ Ev rəhbəri Donald Trampın həyatını təhdid edib. Mayın 21-də İsrailin…

Daha çox

Ukrayna bu şəhərə kütləvi zərbələr endirir

Tatarıstanın Alabuqa şəhəri hazırda Ukrayna dronlarının kütləvi hücumuna məruz qalır. SİA yerli mediaya istinadən xəbər verir ki, hazırda şəhər üzərində hava hücumundan müdafiə sistemləri işləyir. Bundan əlavə, Rosaviasiya Nijnemaks aeroportunu müvəqqəti bağlayıb. Qeyd edilir ki, şəhərdə “Şahid” PUA-larının istehsal edildiyi müəssisə fəaliyyət göstərir.

Daha çox

Rusiyada biznes optimizmi iflasa uğrayıb…

Rusiyada biznes 2022-ci ildən sürətlə nikbinliyini itirir. SİA rus saytlarına istinadən xəbər verir ki, bu, Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun (İEF RAS) sənaye nümayəndələrinin sorğularının məlumatlarından məlum olub. Tədqiqatın müəllifi Sergey Tsuxlo bildirib ki, soyutma hipotermiyaya çevrilməyə başlayıb, lakin böhran hələ çox uzaqdadır. Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankının gözlədiyi “yumşaq eniş” hələ də mümkündür, lakin müəssisələr belə şəraitdə artıq narahatdırlar. Qeyd edək ki, bu barədə “Kommersant” da yazıb. 2025-ci ilin əvvəlindən yerli məhsullara tələbin dinamikası pisləşib. Satışların azalması ilə bağlı hesabatların sayı artım hesabatlarının sayından çoxdur. Bu ilin…

Daha çox

Türkiyənin baş konsulu Torontoda azərbaycanlıların aksiyasına qatıldı

Kanadanın Toronto şəhərində Azərbaycanın Müstəqillik Günü münasibətilə bayraqqaldırma aksiyası keçirilib. SİA xəbər verir ki, tədbir haqqında Türkiyənin Toronto Baş Konsulluğu rəsmi hesabından paylaşım edib: “Azərbaycan-Kanada icması ilə birgə Kanadalı Azərbaycanlılar Şəbəkəsinin təşkil etdiyi bayraqqaldırma mərasimində Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünü qeyd etdik”, – deyə paylaşımda bildirilib. Mərasimdə Türkiyənin Toronto Baş konsulu Can Yoldaş da iştirak edib.

Daha çox

Fransada taksi sürücüləri ilə polis arasında toqquşma olub

Fransada taksi sürücülərinin etiraz nümayişi davam edir. SİA xəbər verir ki, yüzlərlə taksi Parisin mərkəzinə toplaşıb. Onlar oktyabrın 1-dən qüvvəyə minəcək yeni qaydalara və tariflərə etirazlarını bildirirlər. Taksi sürücüləri etiraz nümayişini mayın 27-dək davam etdirəcəklərini söyləyiblər. Parisin mərkəzində dolaşan taksilər ictimai nəqliyyata da maneələr yaradıb. Polis etiraz nümayişi edən taksiləri müşayiət edib. Qeyd edək ki, ötən həftə etirazçılar yola şlaqbaumlar qoymuş, zibil qutularını yandırmışdılar. Polislə sürücülər arasında toqquşma olmuşdu. Milli Taksi Federasiyası bir çox şəhərlərdə yeni toplantılar elan edib.

Daha çox

Belarus Rusiya “Mead”ını ölkədə qadağan etdi…

İçkinin tərkibində kükürd turşusu aşkar edilib… …Belarusun Dövlət Standartı Rusiya istehsalçısının meadını təhlükəli məhsulların reyestrinə daxil edib. Qaynadılmış bal içkisi (mead), pasterizə edilmiş və süzülmüş “Volkovskaya pivə zavodu Nepravilnıyy myod” reyestrə daxil edilib. SİA-nın əldə etdiyi məlumata görə, məhsulların istehsalçısı Moskva vilayətinin Mıtişisi şəhərində yerləşən ZAO Moskva Pivə Şirkətidir. Məhsulların təhlükəsizlik tələblərinə cavab vermədiyi bildirilir. Testlər allergik reaksiyalara səbəb ola bilən və ya müəyyən növ xəstəliklər üçün əks göstəriş olan qəbuledilməz qida əlavəsinin, qoruyucu kükürd turşusunun (kükürd dioksid) mövcudluğunu aşkar edib. Məhsula qarşı aşağıdakılar tətbiq…

Daha çox

Rusiyalı sahibkarlar “qan ağlayırlar”: tələbat və gəlir azalır…

Satışda ən çox azalma qeyri-ərzaq sektorunda (75 faiz), ərzaq mağazalarında (63 faiz), emal sənayesində (62 faiz) və tikintidə (55 faiz) müşahidə olunub …Rusiyalı iş adamlarının əhəmiyyətli bir hissəsi 2025-ci ilin birinci rübü ərzində onların mal və xidmətlərinə istehlakçı marağında nəzərəçarpacaq dərəcədə azalma ilə üzləşib. Deməli, bununla bağlı aparılan sorğuda iştirak edən 10 iş adamından 7-si tələbatın azaldığını qeyd edib ki, bu da satış həcminin və gəlirin azalmasına səbəb olub. SİA-nın məlumatına görə, tədqiqat çərçivəsində Rusiya Federasiyasının 85 regionundan təxminən 2,5 min şirkətin menecerləri və sahibləri…

Daha çox

Hollandiya Ukraynaya 24-cü “F-16”-nı təhvil verib…

Ukrayna Silahlı Qüvvələri onu sabah, yox, artıq bu gün alacaq… …Hollandiya bazar ertəsi, mayın 26-da Ukraynaya sonuncu, 24-cü “F-16” döyüş təyyarəsini göndərəcək. SİA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans məlumat verib. Bu barədə WNL yazır. …Bu o deməkdir ki, vəd edilmiş 24-cü döyüş təyyarəsi də tezliklə Ukraynada olacaq, – nəşr onun sözlərini sitat gətirir. Brekelmans qeyd edib ki, Rusiya lideri Vladimir Putin Ukraynaya hücumları ilə atəşkəsi ciddi şəkildə müzakirə etmək niyyətində olmadığını nümayiş etdirir. Buna görə də nazir əmindir, Rusiyaya təzyiqləri…

Daha çox