“Biz işlə təmin olunurduq və işləyirdik”


“Mən 263.2 maddə, yəni avtoqəza ilə bağlı həbs olunmuşdum”. Bu sözləri SİA-ya açıqlamasında Prezidentin əfv sərəncamı ilə azadlığa çıxan Gündüz Quliyev deyib.

O Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Onun uğurlu siyasətini biz bir vətəndaş olaraq dəstəkləyirik. Allah cənab Prezidentimizin canını sağ eləsin. Bugünkü gündə bizim Qarabağ proseslərinin məqamında məhbusları da diqqət yayındırmadı. Biz burada gündüzlər işləyir axşamlar isə cəzaçəkmə müəssisəsində cəzamızı çəkirdik. Biz işlə təmin olunurduq və işləyirdik”.

Əlaqəli Xəbərlər