Rumıniya deputatları andiçmə mərasimi zamanı ölkənin yeni prezidenti Nikuzor Dandan üz çeviriblər. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bundan əvvəl Rumınların Birləşməsi üçün Alyans partiyası Danın andiçmə mərasimini boykot elan edərək, ölkə hakimiyyətini seçki saxtakarlığında və kənar müdaxilələrdə ittiham etmişdi. Səbəbləri məlum olmayan keçmiş dövlət başçısı Klaiss İohannis də tədbirdə iştirak etməyib. Əli Babayev
Daha çoxDay: May 26, 2025
AQTA qurbağa əti ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib
Qurbağa əti dünyanın müxtəlif ölkələrində istehlak olunan qida məhsullarından biridir. Fransa, Çin, Tailand, Vyetnam, Meksika kimi ölkələrdə qurbağa əti geniş istehlak edilir. Hazırda ölkəmizdə istehsal olunan qurbağa ayaqları Avropa bazarına, xüsusilə İtaliya və Fransaya ixrac edilir. Bu məhsullar Avropa Birliyinin qida təhlükəsizliyi və gigiyena standartlarına cavab verdiyi üçün ixrac prosesi davamlı şəkildə həyata keçirilməkdədir. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, həmin məhsullar Salyan rayonunun Şorsulu kəndində “AZARIFROG” MMC və Masallı rayonunun Qızılağac kəndində…
Daha çoxPrezident “Talıstan” liseyinin binasının açılışında
Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin binasının açılışında iştirak edib. SİA xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Daha çoxFHN-in Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, Nazirliyin mətbaut xidmətindən verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın…
Daha çox“Yaş senzi”nə qarşı mitinq iştirakçıları olan 8-12 yaşlı uşaqlar kim idi?
Yaxın keçmişimizin həll olunmaz problemi olan Qarabağ münqaişəsi müasir Azərbaycanın qurucu lideri Azərbaycanın bütövlüyünyn təminatçısı ümummilli lider Heydər Əliyev və onun siyasi varisi Müzəffər Ali Baş Komandanın xalqa araxalanan siyasi iradəsi və dühası nəticəsində artıq tarixə çevrilmişdir. Münaqişə fonunda Azərbaycanda Milli Azadlıq Hərakatı başladı. Bu vaxtlar SSRİ rəhbərliyi Heydər Əiyevi siyasi fəaliyyətdən təcrid etməyə çalışırdı. Lakin Heydər Əliyevin ürəyi xalqı ilə birgə döyünürdü. Təəssüflə qeyd etməliyik ki, M.Qarbaçovun siyasi təcrid siyasətinə Azərbaycanın o vaxtki rəhbərliyi Ə.Vəzirov və Ayaz Mütəllibov da qoşuldu. Respublika rəhbərliyi onun gəlişində təşvişə düşərək onu siyasi fəaliyyətdən…
Daha çoxTramp başa düşür ki, Putinin “sülh” vədləri yalandır
Fransa lideri “mümkün qədər uzun müddət atəşkəsə” çağırıb. …Fransa prezidenti Emmanuel Makron hesab edir ki, amerikalı həmkarı Donald Tramp rus lideri Putinin onu aldatdığını anlayıb. SİA-nın məlumatına görə, BFMTV xəbər verir. Cənub-Şərqi Asiyaya səfəri zamanı Makron “ciddi balanssızlıqlar”ın olduğu qlobal kontekstdə qaydalara əsaslanan nizamı qorumağa çağırıb. Onun fikrincə, Ukraynadakı müharibə təkcə Avropanı deyil, Asiyanın da sabitliyini pozur. Fransa prezidenti həmçinin Trampın Putinin onu “aldatdığını” “anladığına” inandığını bildirib. …İnanıram ki, prezident Tramp Putin ona sülhə hazır olduğunu deyəndə yalan danışdığını başa düşdü, – deyə Makron…
Daha çoxÇin Xalq Respublikasının Sədri İlham Əliyevi təbrik edib
Çin Xalq Respublikasının Sədri Si Cinpindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı ifadə etməkdən şərəf duyuram. Siz keçən ay Çində uğurlu dövlət səfərində oldunuz və biz birlikdə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını elan etdik, bununla da ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər açdıq, yeni vəzifələr müəyyənləşdirdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və çoxvektorlu qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi, ikitərəfli əlaqələrin yeni…
Daha çoxRusiyada buğdanın qiyməti aşağı düşüb…
Rusiya buğdasının ixrac qiymətləri enməkdə davam edib. SİA-nın məlumatına görə, “İnterfaks” bu barədə “Rusaqrotrans” analitiklərinə istinadən xəbər verir. Son bir həftədə Rusiyadan gətirilən taxılın qiyməti bir ton üçün 248 dollardan 225-229 dollara düşüb. Eyni zamanda, Fransa buğdasının qiyməti 229 dollara, Rumıniyanın qiyməti 246 dollara, Argentinanın qiyməti 233 dollara, Avstraliyanın qiyməti isə 247 dollara düşüb. Amerika taxılının qiyməti birdən-birə yeddi dollar artaraq ton üçün 226 dollara yüksəlib. Taxıl qiymətləri Rusiyanın cənubunda quraqlıq, Çində istilər və ABŞ-da məhsul şəraitinin pisləşməsi fonunda bahalaşıb. Lakin sonradan vəziyyət dəyişib. …Mərkəzi Rusiyada və Volqa bölgəsinin əksəriyyətində…
Daha çox“Cənab Prezident sağ olsun ki, bizi ailəmizə qovuşdurdu”
“Çox sağ olsun cənab Prezidentimiz bu günkü gündə bizi sevindirdi”. Bu sözləri SİA-ya açıqlamasında azadlığa çıxan məhbus Hüseynov Elmar deyib. Onun sözlərinə görə, çox sağ oldun dövlətimiz: “Cənab Prezidentin əfv sərəncamına əsasən bizim bu günkü gündə ailəmizə qovuşdurdu. Allah uzun ömür versin, can sağlığı versin. Ümummilli liderimiz Heydər Əliyevə allah rəhmət eləsin. Mən özüm 263-cü maddəyə əsasən cəzamı çəkirdim”.
Daha çoxAğdamda aşkarlanan insan skeletinə bənzər sümük fraqmentləri ilə bağlı araşdırma aparılır
Ağdamda insan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunub ki, mayın 25-də Ağdam rayonu, Sırxavənd kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma…
Daha çox