İlham Əliyev İsmayıllıda “Talıstan” liseyinin binasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin binasının açılışında iştirak edib. SİA xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dövlətimizin başçısına təhsil ocağında yaradılmış şərait barədə məlumat verdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizin bir çox regionlarında beynəlxalq tələblərə cavab verən yeni məktəb binalarının inşasına, onların müasir avadanlıqla təchiz olunmasına xüsusi diqqət yetirilir, bir sıra köhnə məktəb binalarının əsaslı təmiri istiqamətində mühüm işlər görülür. 1296 şagird yerlik Lisey…

Daha çox

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov 30 may saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək. SİA xəbər verir ki, bu barədə DMX məlumat yayıb. Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə martın 29-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər. Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə…

Daha çox

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi konfrans keçirilib

Dövlət Sərhəd Xidməti Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi konfrans təşkil edilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə akademiyanın rəhbər heyəti, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, professor-müəllim heyəti və kursantlar iştirak ediblər. Çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının tarixi əhəmiyyəti, hüquqi dövlət quruculuğunda, eləcə də insan hüquq və azadlıqlarının…

Daha çox

Sabah Şirvan şəhərinin qaz təchizatı dayandırılacaq

Sabah Şirvan şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Şirvan “əhali” ölçü qovşağından təbii qazla təmin edilən diametri 315 mm PE orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı aparılacaq. Bu məqsədlə iyunun 27-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Şirvan şəhərinin Bağçılıq massivi, Məcburi köçkünlər qəsəbəsi, M.Rəsulzadə, 28 may, F.Xoyski, Ç.Mustafayev, Ş.İ.Xətai, M.Müşviq, Şəhriyar, N.Tusi, Ə.Kürçaylı, Bülbül, Ü.Hacıbəyov, Heyranxanım, S.Bəhlulzadə küçələrində, eyni zamanda 8 qeyri-yaşayış sahəsində (ümumi 2 508 abonent) qaz təchizatının daxildən…

Daha çox

“İslamofobiyaya qarşı səmərəli mübarizə üçün birlikdə çalışmaq lazımdır”

İslamofobiyaya qarşı mübarizə yollarını müzakirə etmək olduqca vacib və aktual mövzudur. Çünki müsəlmanlara qarşı düşmənçilik halları yeni bir məsələ deyil, lakin təəssüf ki, son illərdə bu halların intensivliyində ciddi artım müşahidə olunur. SİA xəbər verir ki, bunu ICESCO-nun Hüquqi işlər və beynəlxalq standartlar departamentinin direktoru Məhəmməd Hedi Şili “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Siyasətdə müsəlmanlara qarşı nifrət: hüquqi çərçivələr və vəkillik strategiyaları” mövzusunda plenar iclasda deyib. O qeyd edib ki, islamofobiya yalnız fərdi səviyyədə deyil, sistemli formada – media, mədəniyyət, təhsil və…

Daha çox

“Diskriminasiya hakimiyyət uğrunda mübarizədə bir alətdir”

Diskriminasiya dinə hörmətsizliyin təzahürü deyil, hakimiyyət uğrunda bir növ mübarizə alətidir. SİA xəbər verir ki, bunu BƏƏ-nin Ali İnsan Qardaşlığı Komitəsinin müşaviri Herizal Hazri Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransı zamanı panel müzakirəsində deyib. “Mən bu gün istər müsəlmanlara, istər xristianlara, istərsə də digər dinlərin, etnik qrupların və xalqların nümayəndələrinə qarşı diskriminasiya mövzusuna diqqət yetirmək istərdim. Mahiyyətcə, bu, hakimiyyət uğrunda xroniki mübarizədir”, – o vurğulayıb. Hazrinin sözlərinə görə, din cəmiyyətin həyatında mühüm və təsirli rol oynayır və məhz buna görə də o, çox…

Daha çox

KOBİA regionlardakı layihələrə ayırdığı qrantın ümumi məbləğini açıqlayıb

İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda həyata keçirilmiş və yaxud icrası davam edən 18 layihəyə 300 min manatdan çox qrant ayırıb. SİA bu barədə agentliyə istinadən xəbər verir. Bundan başqa, məlumata görə, indiyə qədər regionlarda fəaliyyət göstərən 40 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Regionlarda mövcud biznes potensialının reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də iş adamlarının investisiya təşəbbüslərinin dəstəklənməsi məqsədilə KOBİA-nın geniş infrastruktur şəbəkəsi var. Sahibkarlıq fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək istəyən iş adamları dəstək və xidmətlər üçün…

Daha çox

“Ayrı-seçkilik və qeyri-tolerantlığa qarşı mübarizə zərurətə çevrilib”

Ayrı-seçkilik və qeyri-tolerantlığa qarşı mübarizə aparmaq artıq zərurətə çevrilib. SİA xəbər verir ki, bunu G20 Dinlərarası Forumun aparıcı hüquq müşaviri Timoti Stratford Bakıda islamofobiyaya həsr olunmuş tədbir çərçivəsində baş tutan “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və təbliğat strategiyaları” mövzulu panel sessiyasında deyib. Onun sözlərinə görə, bunları etmək üçüm dini liderlər prosesə cəlb olunmalıdır: “Dini təşkilatlar, dövlət orqanları müzakirələr vasitəsilə həll yolları tapa bilərlər. Ancaq nəzərə almaq lazımdır ki, islamofobiya müsəlmanlarım çoxluq təşkil etdiyi ölkələrdə də müşahidə edilə bilər. Belə olan təqdirdə həmin ölkələrdə bu kimi problemlərlə mübarizə üçün təhsil…

Daha çox

“Səhər yeməyi bədənin enerji balansını bərpa edir”

“Səhər yeməyi – sağlam və balanslı həyat tərzinin təməl sütunlarından biridir”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib. O bildirib ki, gecə boyunca bədənimiz uzun müddət ac qaldığı üçün səhər oyananda enerji ehtiyatları azalmış olur: “Məhz buna görə, səhər yeməyi bədənin enerji balansını bərpa edir və günə aktiv başlamağa imkan verir. Səhər yeməyinin vacibliyi nədən irəli gəlir? ➊ Metabolizmanı aktivləşdirir – Ac qarnına səhər yeməyi qəbul etdikdə maddələr mübadiləsi sürətlənir və orqanizm daha çox kalori yandırmağa başlayır. ➋ Qan şəkərini balanslaşdırır – Səhər yeməyi qanda…

Daha çox