İslamofobiya artıq sadəcə fərdi nifrət və ya qərəzli münasibət deyil. Biz ondan ideoloji və siyasi məqsədlər üçün istifadə olunduğunu müşahidə edirik. Təəssüf ki, bəzi hallarda seçki kampaniyalarında, beynəlxalq böhranlar zamanı, xüsusilə də terror hadisələrindən sonra islamofobiya alətə çevrilir. Bəzi dairələr islamofobiyadan ictimai dəstək toplamaq üçün istifadə edir. SİA xəbər verir ki, bunu İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmut Erol Kılıç “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları” mövzulu plenar iclasda…
Daha çoxDay: May 26, 2025
Azərbaycan və BƏƏ-nin mərkəzi bankları Anlaşma Memorandumu imzalayıb
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə Azərbaycan tərəfində istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Taleh Kazımov və sədrin müşaviri Ülvin Əliyev BƏƏ-nin paytaxztı Əbu-Dabiyə səfər ediblər. Səfər çərçivəsində bu ölkənin Mərkəzi Bankının (BƏƏMB) sədri Xaled Məhəmməd Balama ilə görüş təşkil olunub. Görüş zamanı iki ölkənin bank-maliyyə sektorları arasında mövcud əlaqələr, mərkəzi banklar arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, bank və sığorta, eləcə də rəqəmsal ödənişlər infrastrukturu və nəzarət texnologiyaları sahəsində tənzimləyici və qanunverici çərçivələrin təkmilləşdirilməsi üzrə…
Daha çox“Müsəlmanları hədəfə alan mənfi emosional və koqnitiv reaksiyalar daha da artıb”
Dünyanın müxtəlif bölgələrində islamofobiyanı təbliğ edən şəxslərin fəaliyyəti ciddi narahatlıq doğurur. Xüsusilə Avropada və digər Qərb ölkələrində cəmiyyətlərə, yerli əhaliyə İslama və müsəlmanlara qarşı tədricən nifrət aşılamağa yönəlmiş meyllərin artdığını müşahidə edirik. İslamofobiya müsəlmanlara qarşı yönəlmiş qərəz və nifrət formasıdır. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində keçirilən “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər” mövzusunda panel sessiyada səsləndirib. Tural Gəncəliyev bildirib ki, müsəlmanları hədəfə alan mənfi emosional və koqnitiv reaksiyalar son dövrlərdə daha da artıb. O vurğulayıb…
Daha çoxGənclər üçün sosial media: Faydalı, yoxsa zərərli?
Sosial media XXI əsrdə ünsiyyət formalarının əsasına çevrilmişdir. Xüsusilə 2020-ci ildə pandemiyanın təsiri ilə bütün dünyada sosial mediadan istifadə tezliyi ciddi dərəcədə artdı. Bu gün istər fərdi, istərsə də təşkilati səviyyədə hər yaşda insanlar sosial mediada hesab yaradır və ondan aktiv şəkildə istifadə edirlər. Sosial media istifadəçilərin öz istehsal etdikləri məzmunu paylaşdıqları və yaydıqları onlayn platformadır. Təkcə ünsiyyət vasitəsi deyil, həm də özünüifadə, reklam, inandırma və təsir məqsədilə istifadə olunur. BMTQ-nın (Beynəlxalq Məlumat və Texnologiyalar Qurumu) məlumatına əsasən, ən çox istifadə edilən sosial media şəbəkələri yaş qruplarına görə fərqlənir. Rəsmi…
Daha çox“28 May xalqımızın azadlıq və müstəqil dövlət qurmaq əzminin simvoludur”
28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Tiflisdə elan edildi. Bu, yalnız Azərbaycanın deyil, bütün Şərqdə və müsəlman aləmində ilk parlamentli, demokratik respublika idi. AXC-nin yaranması ilə Azərbaycan xalqı əsrlər boyu arzuladığı milli suverenlik və dövlət müstəqilliyinə nail oldu. 28 May – yalnız bir tarix deyil, xalqımızın azadlıq və müstəqil dövlət qurmaq əzminin simvoludur. SİA mövzu ilə bağlı QHT sədrləri arasında sorğu edərək onların fikirlərini öyrənib. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “Artıq 107 ildir ki, 28 may -Azərbaycan Respublikasının Müstəqillik Günü əlamətdar gün…
Daha çox“Zərərli vərdişlərə qarşı mübarizənin artırılması”
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım İctimai Birliyinin icrasına başladığı “Zərərli vərdişlərə qarşı mübarizənin artırılması” layihəsi çərçivəsində təlimlər keçirilib. SİA xəbər verir ki, 2025-ci il 20-24 may tarixlərində layihə çərçivəsində Bakı şəhəri, Nizami rayonunun gəncləri üçün Nizami Rayon İcra Hakimiyyətinin, Nizami Rayon Polis İdarəsinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əməkdaşlarının, eləcə də təlimçi narkoloqların iştirakı ilə zərərli vərdişlər, xüsusilə də narkomaniya ilə bağlı ictimai-sosial problemlər barədə məlumat verilib, eləcə də sağlam həyatın təbliği ilə maarifləndirici söhbətlər aparılıb, fəal iştiraçılara sertifikatlar təqdim edilib. Təşkilat sədri Vüsalə Əliyevanın…
Daha çoxBiləcəridən boylanan KİNOMUZ…
Biləcəridən boylanan KİNOMUZ…
Daha çoxTəbiətə 117 300 manatlıq ziyan dəyib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Bu barədə SİA-ya Xidmətdən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Sabit Orucov, Natiq Əliyev və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində “Avant Group” MTK-ya məxsus ərazidə, Sumqayıt şəhəri Sumqayıt–Novxanı yolunun kənarında “Amore” ictimai-iaşə obyektinin ərazisində, Abşeron rayonu, Ekoloji nəzarət postunun yaxınlığında “Qar-Daş Company” MMC-yə məxsus ərazidə və Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş“ yaşayış kompleksinə yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı…
Daha çoxMisir Senatının sədri Zəfər parkını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq mayın 26-da Bakıdakı Zəfər parkını ziyarət edib. SİA xəbər verir ki, qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Senatın sədri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı…
Daha çoxSabah 32 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə…
Daha çox