Albaniyada İlham Əliyev və Nikol Paşinyanın görüşü konstruktiv olub

Albaniyada Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşü konstruktiv olub. SİA xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “Yerevan Dialogue” forumu çərçivəsində jurnalistlərə bildirib. “Bizim qiymətləndirməmizə görə, görüş kifayət qədər konstruktiv keçib. İki ölkənin rəhbərləri sülh sazişinin imzalanması ilə bağlı müzakirələri davam etdirməyə hazır olduqlarını bildiriblər”, – o vurğulayıb. İrəvanda hesab edirlər ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə müzakirələri davam etdirmək imkanı olacaq. Xatırladaq ki, görüş mayın 16-da Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı sammiti çərçivəsində baş tutub.

Daha çox

Məcnun Məmmədov İsmayıllıda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mayın 30-da saat 09:00-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyənlər İsmayıllı DAİM-ə (055-851-56-26) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Daha çox

Carlsberg Azerbaijan media nümayəndələri ilə növbəti görüşünü keçirdi

Carlsberg Azerbaijan şirkəti öz biznes fəaliyyəti, istehsalat prosesində tətbiq olunan qabaqcıl və innovativ texnologiyalar, eləcə də korporativ sosial məsuliyyət sahəsində həyata keçirdiyi təşəbbüslər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə media nümayəndələri üçün növbəti dəfə görüş keçirib. SİA xəbər verir ki, görüşdə ölkənin aparıcı xəbər portallarının, televiziya və radio kanallarının nümayəndələri, Carlsberg Azerbaijan şirkətinin rəhbər heyəti və xüsusi dəvət olunmuş beynəlxalq tədqiqatçı – ekspert iştirak edib. Tədbir çərçivəsində yüksək texnologiyalar əsasında Azərbaycanda yetişdirilən yerli arpadan istehsal olunan tam alkoqolsuz “Xırdalan 0.0” və şirkətin digər brendlərinin istehsal prosesi, mövcud fəaliyyətin əsas xüsusiyyətləri və şirkətin…

Daha çox

Sosial şəbəkələrdə satılan yarımfabrikat qidalara nəzarət necə aparılır?

“Müasir dövrdə ev şəraitində qida istehsalı və satışının geniş vüsət alması müşahidə olunur. Bu fəaliyyət növünə tortlar, müxtəlif çeşidli yarımfabrikat məhsullar və digər hazır yeməklərin hazırlanması və satışa çıxarılması daxildir. Ailə biznesinin bu forması, iqtisadi fəallığın artırılması baxımından müsbət hal sayılsa da, bəzi hallarda ciddi nəzarət boşluqları ilə müşayiət olunur”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Eyyub Hüseynov sözlərinə belə davam edib: “Qida təhlükəsizliyi baxımından hər hansı fiziki və ya hüquqi şəxs bu sahədə fəaliyyətə başladıqda ilk növbədə müvafiq dövlət orqanlarında, AQTA-da qeydiyyatdan keçməli və…

Daha çox

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. SİA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli konfrans iştirakçıları, Sizi “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda salamlayıram. Bugünkü konfrans BMT tərəfindən “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü”nün təsis olunmasının üçüncü ildönümünə həsr olunub. Ölkəmizdə artıq ənənəvi olaraq təşkil edilən bu vacib tədbir bəşəriyyəti narahat edən islamofobiya probleminə diqqətin artırılmasına xidmət edir. Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnamələri alqışlayır və sənədlərdə qeyd…

Daha çox

Nazirlərin iyun ayında vətəndaş qəbulu cədvəli açıqlanıb

S/n Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri Qəbulun keçirildiyi şəhər, rayon Əhatə olunan şəhər və rayonlar Qəbulun keçirildiyi gün Daxili işlər naziri Vilayət Eyvazov Bərdə Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Zərdab, Laçın, Şuşa 02 Baş prokuror Kamran Əliyev Lənkəran Lənkəran, Astara, Lerik 03 Dini Qurumlarla İş…

Daha çox

Kapital Bank-dan daha bir XƏBƏRDARLIQ

Kiberdələduzluq internet və rəqəmsal platformalar üzərindən həyata keçirilən, istifadəçiləri aldadaraq maliyyə və ya şəxsi məlumatlarını ələ keçirmək məqsədi daşıyan fəaliyyətlərdir. SİA xəbər verir ki, müasir dövrün cinayət əməllərindən biri olan kiberdələduzluğun üsulları olduqca çoxdur, xüsusən də sosial şəbəkələrdə. Kapital Bank hər kəsi bu dələduzlq üsullarını bilməyə və diqqətli olmağa çağırır. Saxta lotereyalar, oyunlar və mükafatlar: Brendlər adına yaradılan saxta lotereya, kampaniya səhifələri ilə sosisl şəbəkələrdə tez-tez rastlaşırıq. Bu səhifələrin dizyanında brendin adı, loqosu, rəngləri təqlid edildiyindən istifadəçilər ani diqqətsizliklə dələduzların toruna düşə bilirlər. Mükafat qazandığını və ya lotereyada oynamaq şansı…

Daha çox

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb. 1. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər: 1.1. Abbasov Dəyanət Allahverdi oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,…

Daha çox

Bakıda taksi duracaqlarının sayı niyə azdır?

“Müasir dövrdə texnologiyanın sürətli inkişafı nəqliyyat xidmətlərinə də mühüm təsir göstərmişdir. Xüsusilə, taksi xidmətləri rəqəmsal platformalar vasitəsilə istifadəçilərə daha rahat və effektiv şəkildə təqdim olunmağa başlanmışdır. Artıq fərdlər fiziki olaraq müəyyən bir yerə getmədən, istər küçə başında dayandığı yerdə, istərsə də yaşadığı mənzildə əyləşərək mobil tətbiqlər və ya digər elektron vasitələrlə taksi sifariş edə bilirlər. Sifariş edilmiş nəqliyyat vasitəsi birbaşa istifadəçinin müəyyən etdiyi koordinata – yaşayış yerinə və ya istənilən digər lokasiyaya çatdırılır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli deyib. İlqar Hüseynli sözlərinə belə davam edib: “Statistik məlumatlara…

Daha çox