İslamofobiya son dövrdə qlobal müstəvidə daha qabarıq və sistematik xarakter almağa başlamışdır. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir: “Hazırda bu mənfi tendensiya hər hansı konkret ölkədə deyil, dünyanın bir çox yerlərində müşahidə olunur. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, anti-islam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir”. Dövlət başçısı qeyd edib ki, islamofobiya müxtəlif formalarda, o cümlədən gündəlik həyatda müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət nitqi, fiziki hücumlar, media…
Daha çoxDay: May 26, 2025
Bütün sosial ödənişlər mayın 27-də ödəniləcək
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxYararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən döyüş sursatları 26-30 may tarixlərində təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək: “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.
Daha çox“Sosial şəbəkələrdə çox xaotik bir vəziyyət yaranıb”
“Azərbaycanda rəqəmsal platformalarda, yəni bir çox internet saytları, video paylaşım və sosial şəbəkələrdə çox xaotik bir vəziyyət yaranıb. Bir tərəfdən qanunvericilikdə hələ də müəyyən dəyişikliklər yoxdur. Digər tərəfdən, vətəndaşlar, insanlar, xüsusən də xarici şirkətlər bu boşluqlardan istifadə edərək istədiklərini edirlər. Bu, ictimai şura, biznes mühiti və media sahələrinə mənfi təsir göstərə bilər”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydınxan Əbilov deyib. Onun sözlərinə görə, internet böyük bir mədəniyyət və virtual texnologiyaların məcmusudur. Burada cəmiyyət və insanlar öz inkişafları və xeyirləri üçün fəaliyyət göstərirlər: “Digər tərəfdən, rəqəmsal toxunulmazlıq, rəqəmsal mühit, rəqəmsal hüquq…
Daha çox“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb
Ötən ilin may ayında Türkmənistandan Azərbaycana gətirilmiş “Saturn” neft qazma qurğusu AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dövlət Xəzər Gəmiçşiyi” QSC-nin (ASCO) gəmilərinin müşayiəti ilə Xəzər dənizinin Türkmənistan sektoruna aparılıb. SİA ASCO-ya istinadən xəbər verir ki, qurğu Şıx limanından “Hövsan”, “Hövsan 2” və “SOCAR 1” gəmilərinin dəstəyi ilə çıxarılıb, daha sonra “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri ilə yedəklənib. Üç gün davam edən bu mürəkkəb əməliyyat təhlükəsiz şəkildə başa çatıb. Qeyd edək ki, ASCO gəmiləri Türkmənistandan geriyə qayıdarkən “Neptun” qazma qurğusunu ölkəmizə çatdıracaqlar. Artıq qurğunun yedəklənməsi üçün hazırlıq prosesinə başlanılıb.
Daha çoxBMT rəsmisi bütün nifrət və ayrı-seçkilik formalarına qarşı çıxmağa çağırıb
İslamofobiya ilə mübarizə üzrə BMT-nin xüsusi nümayəndəsi Migel Anxel Moratinos bütün nifrət və ayrı-seçkilik formalarına qarşı çıxmağa çağırıb. SİA-nın məlumatına görə, o, bu barədə Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçılarına video müraciətində bildirib.
Daha çoxDİN sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmaya başlayıb
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yayılan görüntələrlə bağlı araşdırmaya başlayıb. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır: “Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir”. Qeyd edək ki, sosial şəbəkədə qadının şəhidin plakatını təhqir etdiyi iddia edilən kişini döyməsi ilə bağlı video görüntülər paylaşılıb. Sözügedən qadının şəhidin anası olduğu bildirilir.
Daha çoxDVX Qarabağ Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Qarabağ Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, qurumun rəhbərliyi Xankəndidə Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşüb. Görüşdə Universitetin mənəvi əhəmiyyəti, təhsil sahəsində mühüm mövqeyi, vergi mədəniyyətinin yüksəldilməsində potensial rolu barədə fikirlərini bölüşən O.Nəzərli Dövlət Vergi Xidmətinin təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb, tədrisin cəmiyyətdə vergi orqanlarının real funksiyası barədə düzgün fikirlərin formalaşdırılmasında, biznes mühitində vergi öhdəliklərinə intizamı artırmaq və vergi ödəməyin sosial-iqtisadi əhəmiyyətini aşılamaq üçün bu biliklərin gənclərə və yeniyetmələrə düzgün çatdırılmasında…
Daha çoxAzərbaycan Prezidenti 16 əcnəbini əfv edib
Azərbaycan Prezidenti İlham Əliyev 16 əcnəbini əfv edib. SİA-nın məlumatına görə, onlardan 5 nəfəri İran, 4 nəfəri Rusiya, 2 nəfəri Pakistan, 2 nəfəri Gürcüstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Fransa, 1 nəfəri isə Əfqanıstan vətəndaşıdır.
Daha çoxİslamofobiya kimi ayrı-seçkilik və zorakılığa yol açan hallar qəbulolunmazdır
İslamofobiya, ksenofobiya kimi ayrı-seçkilik və zorakılığa yol açan hallar qəbulolunmazdır. SİA xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin siyasi məsələlər üzrə müavini Yusif Məhəmməd Aldobiy (Yousef Mohammed S. Aldobeay) Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib. O qeyd edib ki, bu cür tədbirlər beynəlxalq hərəkatı təşviq edərək maarifləndirməyə təkan verir: “İslamofobiya əleyhinə tədbirlər beynəlxalq məlumatlanma baxımından çox əhəmiyyətlidir və Azərbaycan da buna xüsusi diqqət yetirir. İƏT adından təşkilatçılara təşəkkür edirik. Belə konfranslar həyati əhəmiyyət daşıyır. Mövcud vəziyyət əməkdaşlığımızı genişləndirməyi zəruri…
Daha çox