Qızlar alışqan əvəzinə “Əbədi məşəl”dən istifadə ediblər…


Krasnodar diyarında “Əbədi məşəl”də siqaret yandıran iki qız çəkilib.

SİA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsindən bildirilib. Hadisə Novorossiyskdə baş verib.

Yerli sakin iki qızın abidə ərazisindən çıxmasını lentə almağı bacarıb.

Kişinin sözlərinə görə, məktəbli qızlar oddan siqaret yandırıblar. Video yayımlandıqdan sonra polis vəziyyətə diqqət çəkib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə şəraitini aydınlaşdırmağa kömək edəcək araşdırma aparır.

…Araşdırma başa çatdıqdan sonra prosessual qərar qəbul ediləcək və vətəndaşların hərəkətlərinə hüquqi qiymət veriləcək, – nəşrdə qeyd olunur.

Bundan əvvəl Sankt-Peterburqda “Əbədi məşəl”ə sidik ifraz edən şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun hərəkətlərində xırda xuliqanlıq əlamətləri görüblər. Sankt-Peterburq sakininin özü də günahını etiraf edib və ona 7 sutka həbs cəzası verilib.

Əli Babayev

Əlaqəli Xəbərlər