Azərbaycanın tarixi şəhəri İrəvana qazı təyin olundu


Qafqaz Müsəlmanları İdarəsi tərəfindən İrəvan qazılığının Əsasnaməsi də qəbul edilib

Bu günlər nəinki azərbaycanlıları, ümumilikdə dünya müsəlmanlarını sevindirən xəbər yayıldı – Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tarixi Azərbaycan şəhəri olan İrəvanın qazılığının fəaliyyəti bərpa edilib və İdarənin sədr müavini Bəxtiyar Nəcəfov İrəvan qazısı təyin edilib. Eyni zamanda İrəvan qazılığının Əsasnaməsi də qəbul edilib. Sənədi QMİ sədrinin müavini Fuad Nurullayev Şura üzvlərinin diqqətinə çatdırıb: “İrəvan qazısı Ermənistan ərazisində azərbaycanlıların kompakt yaşadığı və dini-tarixi abidələrin yerləşdiyi ərazilərdə nümayəndəliklər yarada biləcək. O öz fəaliyyəti barədə QMİ-yə və Qazılar Şurasına vaxtaşırı məlumat verəcək”. Qərbi Azərbaycanlılar öz doğma yurd-yuvalarına qayıdıb, normal fəaliyyətlərini bərpa edənə qədər İrəvan qazısı fəaliyyətini QMİ-nin əsas binasında davam etdirəcək. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İrəvan qazılığının fəaliyyətini bərpa etməsinin zamanın tələbi olduğunu bildirib: “Biz Qərbi Azərbaycanda öz milli varlığımızın mənəvi sütununu yenidən dirçəltməliyik. Tarixi ədalət bizdən bunu tələb edir. Bölgənin tarixi-dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi əsrlərə söykənən ənənəvi mənəvi irsin varisi olaraq, tarixi köklərinə istinadən dini-mənəvi mərkəz missiyasını həyata keçirir, statusunu qoruyub saxlayır”.

Şeyxülislam Allahşükür Paşazadə onu da bildirib ki, dini mərkəz keçmiş ehtiram və gələcəyə inamla, ənənəvi olaraq Tiflisdə, Batumda, Dərbənddə olduğu kimi, İslam sivilizasiyasının tarixi məkanlarından olan Qərbi Azərbaycanda da İrəvan qazılığının yenidən fəaliyyətə başlamalı olduğuna əmindir: “Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”. Bütün bunları nəzərə alaraq, habelə, Qərbi Azərbaycan İcması ilə məsləhətləşərək İrəvan qazılığının bərpası barədə tarixi əhəmiyyətli qərarımızı elan edirik”.

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa QMİ-nin Qazılar Şurasının iclasında bildirib ki, İrəvan qazılığının bərpası ilə bağlı qanunlara müvafiq dəyişikliklər ediləcək: “Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsində bu məsələyə baxılacaq. Bu sənədlər beynəlxalq ictimaiyyətə çıxacaq. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi bir sıra məsələlərin qanunvericiliyə tam uzlaşması üçün tövsiyələrimizi, fikirlərimizi çatdıracağıq. Çünki bu sənədlər beynəlxalq platformaya çıxacaq, bəlli konvensiyalara, qanunvericiliyin normalarına uyğun olmalıdır. Həm də çalışmalıyıq ki, İrəvan qazısı beynəlxalq platformada Azərbaycanın səsini duyuram şəxs olsun. Eyni zamanda bizim Qərbi Azərbaycana qayıdışla bağlı məsələdə elə nüfuzlu qurum yaratmalıyıq ki, elə məqamda olmalıyıq ki, o məqamdan səslənən fikirlər beynəlxalq ictimaiyyətdə eşidilsin. Çalışmalıyıq ki, Qərbi Azərbaycan icmasının təmsilçisi İslam Əməkdaşlıq Təşkilatında hansısa müşahidəçi statusu ilə yer alsın”.

İrəvan şəhəri qurucularını qəbul etməyə hazırlaşır

Tam qətiyyətlə demək olar ki, İrəvan şəhərinə qazının təyin edilməsi və İrəvan qazılığının Əsasnaməsinin qəbul edilməsi Qərbi Azərbaycan qayıdışın çox yaxın zamanlarda reallaşacağına ümidləri artırır. Təbii ki, bundan sonra müsəlman xalqları və dövlətləri mütərəqqi addım ataraq İrəvan qazısı ilə geniş əməkdaşlıq əlaqələri quracaqlar. Ola bilsin ki, Qərbi Azərbaycanlıların öz doğma yurd-yuvalarına dönüşünün ilk əvvəllərində İrəvan qazısl vəzifəsinin icrası üçün şəhərdə yerləşsin.

Mövcud sənədlərə və arxeoloji qazantılar zamanı aşkarlanan qədim əşyalara əsasən bu şəhər azərbaycanlıların qədim şəhəri olub. Bu ərazilərdə Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar yaşamış və yaratmışlar. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan xanının adına uyğunlaşdırılıb. Sonradan İrəvan adı ilə əvəzlənib. Məlum faktdır ki, Azərbaycanın qədim şəhəri olan İrəvan zamanın keşməkeşli dövrlərini yaşamışdır. Elə İrəvan xanlığının yeni dövrün tələbinə uyğun olaraq inkişafının əsasını 1746-cı ildə qoyan Mir Mehdi xanın hakimiyyəti heç də sakit keçməyib. Ağı vadisinin və Göycə gölünün ətrafında qurulan İrəvan xanlığı çox keçmir ki, bölgənin böyük iqtisadi və siyasi qüdrətə malik xanlığına çevrilir. Məhz bu da Gürcüstan, Rusiya və erməni məliklərinin ciddi narahatlığına səbəb olurdu. Narahatlıq keçirən bu qüvvələr İrəvan xanlığını zəiflətmək üçün hər cür təxribatlardan, eləcə də, yeri gələndə, xanlığı işğal etmək arzusu ilə bölgəyə hücumlar etməkdən çəkinmirdilər. Amma bütün hallarda Mir Mehdi xan qətiyyət göstərir və birləşmiş düşmən qüvvələrini yerlərində oturmağa müvəffəq olurdu. Yüksək hərbi, siyasi təcrübəyə malik Mir Mehdi xan İrəvanı möhkəmləndirmək üçürı geniş məhəllələr yaratmış, keçilməz qalalar tikdirmişdir. O dövrün məlumatlarına görə, xan İrəvanda 20-yə yaxın məhəllə yaratmışdır. Bu məhəllələri isə naiblər idarə edirdilər. Onlar məhəllələrin inkişafına, əhalinin yaşayışlarının təminatına xüsusi diqqət yetirirdilər. İrəvan xanlığının mərkəzi hərtərəfli sıldırım qayalarla əhatə olunmasına və bununla paralel olaraq Azərbaycan xanllqları ilə, xüsusilə də, Şəki, Quba xanlıqları ilə dostluq əlaqələri qurmuş düşmənə qarşı birgə müharibə aparmaq haqqında birgə hərbi razılaşma əldə etmişdir. Sonradan İrəvan xanı olan Hüseynəli xan Osman sultanı ilə əlaqələr quraraq İrəvan xanlığı ilə Osmanlı imperiyasının şəhərləri arasında iqtisadi-ticarət əlaqələrinin qurulmasına nail olmuşdur. Təəssüf ki, xanlıqda baş qaldıran daxili çəkişmələr Hüseynəli Xanın Xanlıqla bağlı geniş planlarının həyata keçirilməsinə problemlər yaratmışdır. Daxili çəkişmələrdən yararlanan erməni məlikləri də xanlıq üçün təhlükə mənbəyi olan hücumlar təşkil etmişlər. Xüsusilə də, ermənilər gürcülərdən İrəvan xanlığına qarşı birgə mübarizədə istifadə etməyə çalışmışlar. İrəvan xanlığının ərazisində ermənilərin əsas dini mərkəzlərindən biri – Eçmiədzin monastırı (Üçkilsə) yerləşmişdir. Eçmiədzin kilsəsi İrəvan xanlığında çox pozucu rol oynamışdır. Regionda bu kilsə azərbaycanlılara qarşı düşmən mövqe tutmuş “beşinci kolonna” rolurıu oynamışdır.

İrəvan şəhəri inzibati cəhətdən 3 məhəlləyə bölünürdü: şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi.

XVII əsrin 60-cı illərindən başlayaraq Eçmiədzin kilsəsinin katolikosları daim Rusiya imperiyasına müraciət edərək Azərbaycan torpaqlarında erməni dövlətinin yaranmasına yardım etməyi xahiş edirdilər. Erməni katolikosları özlərini humanist mövqeli tərəf kimi göstərərək vaxtaşırı İrəvan xanlığına hücumlar təşkil edib, qarətlər, yanğınlar törədən Karte-Kaxetiya çarlığı ilə İrəvan xanlığı arasında vasitəçilik etməyə çalışıblar. Məkrli məqsədləri ilə hər iki tərəfdə ermənilərin sakit yaşayışını və xarici ölkələrdən köçürülməsini təmin etməkdən ibarət olub. Müəyyən hallarda çarlığa təlimatlar və satqınlıqları hesabına Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsinə nail olmuşlar. Məhz 1780-ci ildə Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsində erməni kilsəsinin xüsusi rolu olmuşdur. Nəticədə, İrəvanın məhv edilməsinin qarşısını almaq üçün xanlığın Karte-Kaxetiyada siyasi asılılıqda olmasına razılıq verməklə yanaşı, hər il çarlığa vergi verməyə vəd verilmişdir. Yalnız Osmanlı imperiyasının yardımından sonra düşmənə çevrilən qonşular İrəvan üzərində iddialarından əl çəkmişlər. Bundan sonra İrəvan xanlığı əvvəlki iqtisadi qüdrətini bərpa edə bilmişdir. İrəvan xanlığında yaranan sakitlik bir qədər sonra İran şahlarının xanlığa olan hücumları ilə pozulmuşdur. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığına hücum edərək Mirmehdi xanın nəvəsi Məhəmməd xanı hakimiyyətdən devirərək onun yerinə Əliqulu xanı İrəvan xanı təyin etmişdir. Amma Əliqulu xanın da hakimiyyəti uzun çəkməmişdir. 1979-cu ildə Ağa Məhəmməd xan Qacarın öldürülməsindən sonra Məhəmməd xan Əliqulu xanı devirərək İrəvanda hakimiyyəti ələ almışdır. O dövrün tarixi sənədiərinə əsasən, demək olar ki, İrəvan xanlığında yaşayan əhalinin 90 faizi azərbaycanlılar,10 faizini isə erməni, gürcü və digər xalqların nümayəndələri təşkil etmişlər. 1897-ci ildə Rusiya imperiyasının Qafqazda, eləcə də, İrəvanda əhalinin siyahıya alınması zamanı əldə olunan məlumatlarda Qarabağda əsasən azərbaycanlıların yaşadıqları təsdiq olunub. Belə ki, siyahıya alınmaya görə, xanlıqda 313 min 178 azərbaycanlı 11 min 317 nəfəri ermənilər yaşamışdı. 1817-ci və 1819-cu 104 Qafqazda imperiyalar və ernmtiforitı Azjrbayean ərazilərinə köçiirälnm i illərdə İrəvanda olmuş ingilis arxeoloqu və səyyahı Robert Kerr Ports yazırdı ki, İrəvan xanlığinın uzunluğu 200 rnil, eni isə 100 mildir. Müasir erməni tarixçisi T.Akopyan da İrəvan xanlığının əhalisinin əsasən azərbaycanlılardan ibarət olduğunu və ərazisinin 24 min kvadratmetr olduğunu yazırdı. İrəvan şəhəri inzibati cəhətdən 3 məhəlləyə bölünürdü: şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi. İrəvan xanlığında azərbaycanlıların yerli xalq olması sübuta yetirilmiş faktdır. Bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. İrəvan qalasını çox çətinliklə alan general Paskeviç İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına – 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir. S.Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu azərbaycanlıların təşkil etdiyini yazmışdır. Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 225 ailə (1234 nəfər) erməni idi.

Tarixi ədalətsizlik bərpa olunur

XVIII əsrin birinci yarısında İrəvanın 65 yaşayış məntəqəsində müsəlmanlar, 4 məntəqəsində isə ermənilər yaşayırdılar. Məhəmmədzadə Mirzəbala yazır ki, I Dünya müharibəsindən öncə bütün dünyada mövcud 3 milyon ermənidən 1 milyon 100 min nəfəri Qafqazda, 100 min nəfəri İranda, 400 min nəfəri Türkiyədə sakin idi. 1988-ci ildən erməni silahlı birləşmələrinin Qarabağa soxulması və sonrakı illərdə Azərbaycan torpaqlarının 20 min kvadrat kilometr ərazisini işğal etməsi, 1 milyondan çox azərbaycanlının qaçqın düşməsi, on minlərlə soydaşımızın öldürülməsi, Xocalının yerlə yeksan edilməsi bizdən keçmişə diqqət yetirməyi, səhvləri təkrar etməməyi, unutqanlığı birdəfəlik yaddan çıxarmağı tələb edir. 1988-ci ildə azərbaycanlıları öz doğma torpaqlarından deportasiyasını silah gücünə həyata keçirdilər. Ermənistan Ali Sovetinin 1988-ci il 22 noyabr sessiyasının məxfi tapşırığına əsasən noyabrın 22-dən 28-dək bu ərazinin 22 rayonundakı 170 təmiz və 94 qarışıq yaşayış yerindən 230 mindən artıq azərbaycanlı, 1000 nəfər rusdilli əhali erməni saqqallılarının silahlı dəstələri tərəfindən zorla qovuldular. Qərbi Azərbaycan ərazisindən deportasiyaya məruz qalanlardan 255 nəfər vəhşicəsinə qətlə yetirilmiş, minlərlə uşaq, qadın, qoca yaralanmış, on minlərlə ailənin əmlakı talan etmişdir. Lakin uzun illər hökm sürən ədalətsizlik, erməni vəhşiliyi tədricən aradan qaldırılmaqdadır. Xüsusilə də 30 illik erməni işğalına son qoyulub, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qərbi Azərbaycana qayıdış və yenidən o füsunkar əraziləri cənnətə çevirmək ümidləri artıb. Daha doğrusu əminliklə demək olar ki. dünyanın ən güclü və qüdrətli dövlətlərindən biri olan Azərbaycan Zəngəzura sahib olacaq, Qərbi Azərbaycanlıların öz dədə baba yurdlarına qayıdışı təmin olunacaq və İrəvan qazisi normal fəaliyyətini bərpa edəcək. Bu ümidləri doğruldacaq amillərdən bir də, Azərbaycanın azad, demokratik, hüquqi dövlət olmasıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 7-ci maddəsinin I bəndinə görə, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Ölkəmizdə əhalinin 90 faizini müsəlmanlar təşkil etsə də digər dinin daşıyıcıları da sərbəst, heç bir ayrı-seçkiliyə yol vermədən, bir ailənin doğma övladları kimi fəaliyyət göstərirlər. Bu baxımdandır ki, Azərbaycan dünyada dini tolerantlığın nümunəvi mərkəzi hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə “İmamzadə” dini mədəniyyət abidəsinin yenidənqurma və əsaslı bərpadan sonra açılışı zamanı çıxışı zamanı demişdir: “Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik daha da möhkəm olsun. Bu məqsədlə ölkəmizdə müxtəlif tədbirlər keçirilmişdir. İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun xətti ilə onlarla tədbir keçirilmişdir. Deyə bilərəm ki, bu gün müsəlman aləmində, müsəlman aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük rəğbətlə qarşılanır. Biz bundan sonra da çalışacağıq ki, öz siyasətimizlə, o cümlədən diplomatik səylərlə müsəlman ölkələri arasındakı ixtilafları aradan götürək, gərginliyi azaldaq və bu, bizim borcumuzdur. Biz bunu belə qəbul edirik. Azərbaycanda bütün müsəlmanlar bir ailə kimi yaşayırlar. Tarixdə Azərbaycanda heç vaxt məzhəbçilik zəminində heç bir məsələ olmamışdır. Kiçik anlaşılmazlıq belə olmamışdır, olmamalıdır və olmayacaqdır. Bunun bariz nümunəsi bu yaxınlarda Heydər Məscidində bütün müsəlmanların vəhdət namazı qılmasıdır”.

Son illər ölkəmizdə 2 minə qədər məscid tikilib və yaxud təmir edilib. Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı şəhərindəki “Cümə” məscidinin, Gəncə şəhərindəki “İmamzadə” dini ibadət mərkəzinin yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra inanclı insanların istifadəsinə verilib. İşğaldan azad edilən ərazilərdə ermənilərin 30 il ərzində dağıdıb, viran etdiyi tarixi abidələr, məscidlər , ziyarətgahlar yenidən təmir və bərpa edilir. Şuşada Yuxarı Gövhərağa məcsidi, Aşağı Gövhərağa məscidi, Saatlı məscidi təmir-bərpadan sonra istifadəyə verilib. Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə hazırda Şuşa şəhərində daha bir böyük məscid tikilir. Eyni zamanda Zəngilanda. Ağdamda, Suqovuşanda, Hadrutda və digər azadlığına qovuşan torpaqlarımızda dağıdılan məscidlərin yenidən təmir tikinti işləri aparılır. Bütün bunlar Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəni irsimizə böyük diqqət və qayğısının təzahürüdür, milli-mənəvi dəyərlərimizin qorunmasına töhfəsidir. Yaxın vaxtlarda Qərbi Azərbaycanda ermənilərin dağıdıb, viran qoyduğu dini mərkəzləri, məscidləri, ibadət ocaqlarını da əsaslı təmir və tikinti işlərindən sonra inanclı insanların ixtiyarına verəcəyik. Bununla bir daha dünyaya Azərbaycan xalqının öz dəyərlərinə, milli irsinə sahib çıxmağı bacaran xalq olduğunu nümayiş etdirəcək.

İLHAM ƏLİYEV

Əlaqəli Xəbərlər