“İnsident həmişə piyada məsuliyyətsizliyi və sürücü diqqətsizliyindən baş verir”


“Piyadaların iştirakı ilə baş verən qəzalarda həmişə sürücü günahkar deyil”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.

O bildirib ki, piyadalar üçün nəzərdə tutulmuş yerdən keçməyəndə sürücü də həmin piyadaya diqqət etmədikdə qəza baş verir: “Ümumiyyətlə, piyadalarla sürücülərin insidenti həmişə piyada məsuliyyətsizliyindən və sürücü diqqətsizliyindən baş verir. Əsasən bu iki halda yaranır. Piyada müəyyən olunmuş yerdən keçmir, müəyyən olunmuş yerdən keçərkən də düzgün keçmir. Ya da çox yavaş və qaçaraq keçir. Bunlar hamısı insident yaradan məsələlərdir.

Amma əgər göz görəcək məsafədə piyada keçidi yoxdursa, o yolu piyada diqqətlə keçməlidir. Qanunvericilikdə bunu göstərir. Piyada yolu bu zaman ehtiyatla keçməlidir.

Sürücü də piyadanı görübsə, piyada keçidi yoxdur deyə, üstünə sürməli deyil. Yəni burada incə məqamlar var. Bunların hamısını nəzərə almaq lazımdır ki, insident, qəza baş verməsin. İnsan həyatıdır, istər sürücü, istər piyada üçün çətindir. Sürücü məsuliyyət daşıyır, piyada həlak olur, xəsarət alır. Bunlar hamısı xoşagəlməz hallardır. Buna görə də, maarifləndirici hallar üstünlük təşkil edir. Sürücülər səbirli olmağı, qaydalara ciddi şəkildə əməl etməyi, eyni zamanda da piyadalar da qanunun tələb etdiyi şəkildə, yol hərəkəti qaydalarına əməl etməyi bacarmalıdır. Piyadadır deyə yol hərəkəti qaydalarını bilməməlidir deyə, bir şey yoxdur. Bilməlidir ki, yolu haradan və necə keçə bilər. Bunlar hamısı vacib şərtlərdəndir”.

Əlaqəli Xəbərlər