Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyadan sülh yolu ilə həll üçün təkliflər gözləyir; artıq Ukraynadan sənəd alınıb və nəzərə alınıb.
SİA-nın məlumatına görə, bunu “Fox News” telekanalına müsahibəsində ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
Onun sözlərinə görə, Moskva cəmi bir həftə əvvəl “sülhə nail olmaq üçün qondarma memorandum hazırlamaq niyyətində olduğunu” bəyan edib. Ukrayna tərəfdən birini aldıq, indi onları daha sonra müqayisə etmək üçün Rusiya tərəfdən birini almalıyıq…
Kelloq qeyd və əlavə edib ki, hər iki tərəfdən alınan sənədləri təhlil etdikdən sonra növbəti görüş keçirilməlidir.
Xatırladaq ki, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Rusiya-Ukrayna birbaşa danışıqlarının ikinci mərhələsinin Cenevrədə keçirilə biləcəyini təklif etmişdi.
Əli Babayev