Bu il yanvarın 1-nə Azərbaycanın vahid xəzinə hesabının sərbəst qalığı ötən il yanvarın 1-i ilə müqayisədə 89,3 % çox – 1 milyard 837,8 milyon manat təşkil edib. xəbər verir ki, bu barədə “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Daha çoxDay: May 27, 2025
“Vergi hər bir dövlətin”qan damarıdır””
“Vergi hər bir dövlətin “qan damarıdır””. Bu sözləri SİA-ya açıqlamasında vəkil Rafiq Alışov deyib. O bildirib ki, yəni dövlətin formalaşması, ayaqda qalması üçün büdcə vergi ilə formalaşır: “Vətəndaşların ödədikləri vergi əsasında dövlət büdcəsi formalaşır və dövlət də həmin büdcə ilə vətəndaşların sosial, təhlükəsizlik problemlərini həll edir. Buna görə də, vergi vacibdir. Hər bir fəaliyyət göstərən sahibkar da fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq əgər sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, mütləq şəkildə dövlətə vergi ödəməlidir. Kartdan karta pulun göndərilməsi vətəndaşlar, iki şəxs arasında kömək, borc üçün ola bilər. Amma hansısa ticarət…
Daha çoxXarici ölkələrə 71,7 milyon manatlıq yardım edilib
Azərbaycan 2024-cü ildə baş vermiş təbii fəlakətlər, humanitar böhran və digər səbəblərlə bağlı xarici ölkələrə 71,7 milyon manat yardım göstərib. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub. Bildirilib ki, bu çərçivədə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə əlaqədar Uqandaya 850,2 min, Çiliyə 170 min, Kolumbiyaya 70 min, Antiqua və Barbudaya 510,1 min manat ayırıb. Həmçinin baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Türkiyəyə 70 milyon manat vəsait ayırıb. Layihəyə əsasən, bütövlükdə xarici yardımlar üzrə xərclər üçün dövlət büdcəsindən istifadə…
Daha çoxFələstin Dövlətinin Prezidenti İlham Əliyevi təbrik edib
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, hökumətinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Allah-Təaladan Zati-alinizə cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyir, eləcə də fəxr duyduğumuz ikitərəfli əlaqələrimizin daha da inkişaf etməsini arzulayıram. Xahiş edirəm, səmimi qardaşlıq salamlarımı qəbul edəsiniz”.
Daha çox“Toy mərasimi birlikdə yaşamağa halal başlanğıcdır”
“Son 20 ildə milli və mənəvi dəyərlərdə ciddi deqeredasiya müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, bu prosesin səbəbləri çoxşaxəlidir və əsaslarından biri də Qərbin dünyaya ixrac etdiyi liberalizm ideologiyasıdır. Liberalizmlə birlikdə cəmiyyətlərə gətirilən əxlaqi və ailə normativlərinin pozulması, xüsusilə müsəlman şərq dünyasında, həmçinin Azərbaycanda sosial strukturda və ailə münasibətlərində ciddi təsirə malik olmuşdur. Qərbin təbliğ etdiyi liberal dəyərlər ailə institutunu zəiflətdi, ənənəvi ailə anlayışını və milli-mənəvi dəyərləri təhdid etdi. Feminizm, LGBT ideologiyası və “üçüncü cins” kimi yeni anlayışlar,…
Daha çox40 mindən çox şəxsə hüquqi yardım göstərilib
Ötən il dövlət büdcəsinin vəsaiti hesabına 40 min 650 şəxsə hüquqi yardım göstərilib. SİA xəbər verir ki, bununla bağlı məsələ “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihədə qeyd edilib ki, bu da hesabat ilində dövlət büdcəsindən 5,5 milyon manat məbləğində vəsait ayrılmışdır ki, bu da 2023-cü illə müqayisədə 0,5 milyon manat və ya 10 faiz çoxdur. 2024-cü ilin dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış…
Daha çoxŞavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Möhtərəm İlham Heydər oğlu, əziz Qardaşım. Sizi və Sizin simanızda qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Özbəkistan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizin uzaqgörən rəhbərliyinizlə həyata keçirilən müdrik daxili və xarici siyasət nəticəsində Azərbaycan bütün sahələrdə əhəmiyyətli nailiyyətlərə imza atır, onun beynəlxalq arenadakı nüfuzu və mövqeyi durmadan yüksəlir. Əhalinin yaşayış səviyyəsini ardıcıl surətdə yüksəltməyə xidmət edən genişmiqyaslı islahatlarınız, ölkə miqyasında aparılan böyük quruculuq işləri, xüsusilə də…
Daha çoxSabah 33 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 27-dən 28-nə gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar…
Daha çoxAzərbaycanın maraqlarının beynəlxalq arenada qorunması üçün 37,8 milyon manat vəsait sərf olunub
Azərbaycanın maraqlarının beynəlxalq hüquq çərçivəsində qorunması, beynəlxalq məhkəmələrdə təmsil edilməsi və həmin məhkəmələrin qərarlarının icrası ilə bağlı xərclərin ödənilməsi üçün ötən ilin əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər bölməsindən 37,8 milyon manat vəsait sərf olunub. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub. Sənədə əsasən, ötən il fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirləri üçün 20 milyon manat, işğaldan azad edilmiş ərazilərdə ödənilmiş kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə…
Daha çoxİspaniya Kralı Azərbaycan liderini təbrik edib
İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, mətndə deyilir: “Cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm”.
Daha çox