2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar üzrə borclar 344,9 milyon manat və yaxud 12,2 % artaraq 3 milyard 169,3 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir. Sənədə əsasən, artım vergi ödəyicilərinin vergi öhdəliklərinin azaldılmış məbləğlərinin 11030,7 milyon manat təşkil etməsi şəraitində baş verib. Vergi borcunun 4,6 milyon manatı və yaxud 0,1 %-i neft-qaz, 3 milyard 164,6 milyon manatı və yaxud 99,9 %-i isə qeyri neft-qaz sektorunda fəaliyyət göstərən vergi…
Daha çoxDay: May 27, 2025
Özbəkistan Prezidentinin Azərbaycana səfəri planlaşdırılır
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri planlaşdırılır. SİA xəbər verir ki, Prezident bu barədə İlham Əliyevə təbrik məktubunda bildirib. “Əminəm ki, yaxın gələcəkdə bənzəri olmayan Azərbaycan diyarına reallaşacaq səfərimiz və açıq, səmərəli dialoqlarımız qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimizi keyfiyyət və məzmun baxımından yeni mərhələyə çatdıracaq”, – məktubda qeyd olunub.
Daha çoxBakı Slavyan Universitetində Karyera yarmarkası təşkil olunur
Bu gün Bakı Slavyan Universitetində Karyera yarmarkası təşkil olunur. SİA xəbər verir ki, yarmarkada 4-cü kurslar, yəni cari ilin məzunları iştirak edirlər. Qeyd edək ki, bu onlar üçün fürsətdir. Otuz beş müəssisə 300+ vakansiya ilə iş imkanları təqdim edir.
Daha çoxOnların repatriasiyası üçün 44,7 min manat vəsait xərclənib
Ötən il dövlət büdcəsindən Suriyada saxlanılan Azərbaycan vətəndaşlarının repatriasiyası ilə bağlı xərclər üçün 44,7 min manat vəsait istifadə olunub. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub. Bildirilib ki, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün ümumilikdə 21,6 milyon manat məbləğində vəsait xərclənib.
Daha çoxGəncləri boşanmağa vadar edən əsas səbəblər hansılardır?
Cəmiyyətimizdə nikah müqəddəs və əhəmiyyətli bir birlik kimi qiymətləndirilsə də, son illərdə boşanmaların sayında müşahidə olunan artım nikah institutunun dəyişən dinamikasına işarə edir. Bu dəyişiklikdən xüsusilə təsirlənən sosial qruplardan biri də gənclərdir. Ənənəvi dəyərlərin müasir həyat tərzi ilə toqquşması gənclərin evliliyə və boşanma məsələsinə baxışlarında ciddi transformasiyalara səbəb olur. Bəs gəncləri boşanmağa vadar edən əsas səbəblər hansılardır? SİA mövzu ilə bağlı araşdırma aparıb. 1. Ailə quruluşundakı dəyişikliklər: Müasir dövrdə gənclər ənənəvi ailə modellərindən fərqli mühitlərdə — tək valideynli və ya boşanmış ailələrdə böyüyə bilirlər. Bu da onların boşanmanı həyatın təbii…
Daha çoxSon 5 ildə sosialyönlü xərclər 4 milyard manatdan çox artıb
Son 5 ildə sosialyönlü xərclər 4013,5 milyon manat artıb. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub. Sənədə əsasən, ötən il ərzində məcmu olaraq sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, əhalinin icbari tibbi sığortalanması, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi ilə bağlı xərclər) dövlət büdcəsi…
Daha çoxİlham Əliyev Laçın kanat yolunun təməlini qoyub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın kanat yolunun təməlini qoyub. SİA xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçısına görüləcək işlər barədə məlumat verdi. Laçının füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq rayonda turizm infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə yaradılan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinə ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat…
Daha çoxAzərbaycanda ötən il neft-qazın bazar qiymətləri büdcə qiymətlərindən az olub
2024-cü ildə dünya bazarında “Azəri Light” markalı xam neftin 1 barelinin və təbii qazın 1 000 kubmetrinin orta qiymətləri dövlət büdcəsində nəzərdə tutulandan müvafiq olaraq 4,2 % və 18,1 % az olub. SİA bu barədə “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə istinadən xəbər verir. Sənədə əsasən, ötən il büdcənin neft-qaz gəlirləri 17 milyard 969,4 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 187 milyon manat və yaxud 1 % azdır. Neft-qaz gəlirlərinin 71,1 %-ni və yaxud 12 milyard 781 milyon manatını Azərbaycan Dövlət Neft Fondundan transfertlər,…
Daha çoxOmbudsman BMT-yə çağırış edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandiyə vaxtilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdış hüququ ilə bağlı məktub ünvanlayıb. SİA xəbər verir ki, Ombudsman məktubda beynəlxalq hüquqa zidd olaraq, azərbaycanlıların indiki Ermənistan ərazisindən etnik təmizləmə siyasəti nəticəsində müxtəlif dövrlərdə sistemli şəkildə deportasiya olunduqları barədə məlumat verib. Məktubda qeyd olunub ki, bir sıra beynəlxalq hüquqi sənədlərdə, o cümlədən BMT Baş Assambleyasının 194 saylı qətnaməsində insanların qayıdış hüququ fundamental insan hüququ kimi tanınır və hər bir fərdin öz vətəninə geri dönmək hüququ var.…
Daha çoxBir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olunub
Bir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olunub. Bu barədə SİA-ya Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında da heyvan xəstəliklərindən azad statusun alınması üçün zəruri tədbirlər görülməkdədir: “Təəssüflə qeyd edək ki, Azərbaycanın bir sıra regionlarında, xüsusilə magistral yolların kənarında yerləşən istirahət zonalarında, restoran və kafelərdə vəhşi heyvanların və çöl quşlarının müxtəlif məqsədlərlə heç bir norma və qaydalara uyğun olmayan şəraitdə saxlanıldığı müşahidə olunur”. AQTA-dan vurğulanıb ki, bütün bunlar ölkədə epizootoloji sabitliyin pozulmasına risk təşkil etməklə yanaşı, ÜHST…
Daha çox