Bakıda beynəlxalq elmi konfrans başa çatıb

Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans başa çatıb. SİA xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün üçüncü ildönümünə həsr olunub. Konfrans islamofobiyanı doğuran qlobal, tarixi və siyasi amilləri araşdırmaq üçün mütəxəssisləri, akademikləri və dövlət rəsmilərini bir araya gətirib. Qeyd edək ki, son iki ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi G20 Dinlərarası Forumla əməkdaşlıq çərçivəsində ardıcıl olaraq islamofobiyaya həsr olunmuş beynəlxalq konfranslar təşkil edib. Bu konfransların məqsədi islamofobiyanın…

Daha çox

Qədim şəhər qum altında qalma təhlükəsi ilə üzləşib

YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Mavritaniyanın qədim Oulata şəhəri Sahara səhrasının qumları altında yox olmaq təhlükəsi ilə üz-üzədir. SİA-nın məlumatına görə, bu barədə Agence France-Presse (AFP) yazır. Kənddə ornamentli boyalı akasiya qapıları və keçmiş nəsillərin biliklərinin saxlanıldığı əlyazmalarla ailə kitabxanaları qorunub saxlanılmışdır. Lakin iqlim dəyişikliyinə görə bu irs yox ola bilər. Oulata səhralaşmadan əziyyət çəkir – iqlim dəyişikliyi və zəif torpaq idarəçiliyi səbəbindən torpaq deqradasiyası… 1970-ci illərdən bəri qədim şəhər yaşıl ərazilərini itirib və dəyişən təpələr sahəsinə çevrilib. Bu, sakinlərin kütləvi şəkildə köçməsi ilə daha da ağırlaşıb – indi…

Daha çox

2024-cü ildə dövlət büdcəsinə ödənilməmiş vəsaitlərin qalığının artması müşahidə edilib

2024-cü ildə Azərbaycanda özəlləşdirilmədən daxilolmalar üzrə proqnoz tam icra edilsə də, dövlət büdcəsinə ödənilməmiş vəsaitlərin qalığının artması müşahidə edilib. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir. Sənədə əsasən, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş dövlət əmlakının özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair yeni qanun layihəsinin hazırlanması təmin edilməyib. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilmə mənbələrinə aid olan özəlləşdirilmədən daxilolmalar üzrə 2024-cü il üçün proqnoz 105 milyon manat müəyyən edilib. İl ərzində özəlləşdirilmiş dövlət əmlakının ümumi həcmi 116,2 milyon manat təşkil…

Daha çox

16 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı-Gəncə, Bakı-Zaqatala, Bakı-Şəki, Bakı-Astara, Bakı-Ağcabədi, Bakı-Ağdaş, Bakı-Beyləqan, Bakı-Qəbələ, Mingəçevir-Zərdab, Mingəçevir-Qax, Mingəçevir-Tərtər, Sabirabad-Gəncə, Gəncə-Qazax, Qazax-Gəncə, Xankəndi-Bərdə, Şəki-Qax şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir. Sənədlər 25 iyun saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat…

Daha çox

Aİ-nin Macarıstana səbri günü-gündən əriyir…

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri bildirib… Almaniyanın Avropa üzrə xarici işlər naziri Günter Kriqbaum deyib ki, Avropa İttifaqına üzv ölkələrin uzun müddətdir davam edən qanunun aliliyi pozuntularına görə Macarıstana qarşı səbri azalır və daha çox dövlət gələcək addımları nəzərdən keçirir. SİA-nın məlumatına görə, onun sözlərini “Tagesspiegel” nəşri “European Pravda”ya istinadən yazır. Brüsseldə keçirilən Avropa İttifaqı nazirlərinin görüşündə Kriqbaum deyib ki, alman həmkarlarının səbri “hər keçən gün əriyir”. O qeyd edib ki, Macarıstanın səsvermə hüququndan məhrum edilməsi prosesi “kifayət qədər uzun…

Daha çox

Əfv olunan şəxsləri nə gözləyir?

Əfv dövlətin humanistliyini, mərhəmətə və ikinci şansa olan inamını göstərən ali addımdır. Prezidentin imzaladığı əfv sərəncamı təkcə hüquqi sənəd deyil, eyni zamanda azadlığa qovuşan insanların və ailələrinin həyatında yeni bir səhifədir. Bu qərar cəmiyyətin yenidənqurma və bağışlama gücünü nümayiş etdirir. Bəs vətəndaşlarımız bu barədə nələr düşünür? SİA bu mövzuda sakinlər arasında soğu keçirib. Şəhər sakini Arifə Məmmədova: “Prezidentin əfv sərəncamını yüksək qiymətləndirirəm və bunu olduqca müsbət və humanist addım hesab edirəm. Bu qərar bir daha göstərir ki, Prezident cəmiyyətin ümumi mənafeyini, insan hüquq və azadlıqlarını, habelə humanizm prinsiplərini diqqətdə saxlayır.…

Daha çox

Azərbaycan və Gürcüstan pul siyasəti ilə bağlı müzakirələr aparıb

Azərbaycan və Gürcüstan Mərkəzi Bankları arasında pul siyasətinin həyata keçirilməsi müzakirə edilib. SİA bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir. Məlumata görə, qurumun nümayəndə heyəti işgüzar səfər çərçivəsində Gürcüstan Milli Bankında olub. Səfər zamanı tərəflər arasında pul siyasətinin həyata keçirilməsi, makroiqtisadi modelləşdirmə və proqnozlaşdırma, eləcə də xarici sektor statistikasının hazırlanması mövzularında praktiki müzakirələr aparılıb. Görüşdə həmçinin qeyd olunan istiqamətlər üzrə iki qurum arasında əməkdaşlığın təcrübə və məlumat mübadiləsi baxımından genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha çox

İƏT-in Baş katibi İlham Əliyevi təbrik edib

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Zati-aliləri. Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə səmimi-qəlbdən təbriklərimi, Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzularımı çatdırıram. Fürsətdən istifadə edərək, İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycana əsas üzv dövlət kimi verdiyi əhəmiyyəti bir daha təsdiqləyir, ölkənizin təşkilatın iqtisadi gündəliyinin təşviqinə əvəzsiz töhfələrini yüksək dəyərləndirirəm. Bu kontekstdə, Sizin rəhbərliyinizlə Azərbaycanın ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, Sizin dəstəyinizlə Zirvə…

Daha çox

Sarayevoda miqrant düşərgəsində atışma olub, 6 nəfər yaralanıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun yaxınlığındakı “Blazuj” miqrant qəbulu mərkəzində atışma baş verib. SIA xəbər verir ki, təhlükəsizlik qüvvələri atışma nəticəsində 6 nəfərin yaralandığını və onların xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Yaralılardan biri Pakistan, digər beş nəfər isə Əfqanıstan vətəndaşıdır. Hadisə nəticəsində bir neçə nəfər saxlanılıb. Atışmanın miqrant düşərgəsindəki cinayətkar dəstələr arasında baş verdiyi bildirilir.

Daha çox

Büdcə kreditlərinin verilməsi istiqamətində tənzimləyici mexanizm zəruridir

Büdcə sənədləşməsində büdcədən verilmiş kreditlər və onlar üzrə daxilolmalar barədə məlumatlar əks etdirilib, Hesablama Palatası büdcə kreditlərinin verilməsi istiqamətində tənzimləyici mexanizmin zəruriliyi qənaətinə gəlib. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir. Sənədə əsasən, 2024-cü ildə dövlət büdcəsindən 1 təşkilata 1 halda olmaqla 2 % ilə 6 illik müddətə 4,1 milyon avro büdcə krediti verilib, büdcə kreditinin məqsədi xarici banklardan cəlb edilmiş kreditlər üzrə 2023-cü ildə tələb olunan ödənişlərin maliyyələşdirilməsi olub. Əvvəlki illərdə verilmiş kreditlərin əsas borc qalığı hesabat…

Daha çox