Bu gün Türkiyə, Pakistan, Azərbaycan arasında birlik, dostluq, qardaşlıq əlaqələrinin inkişafı göz qabağındadır. Milli maraqlara söykənən qarşılıqlı münasibətlərin tarixi də qədimdir, necə deyərlər, zamanın sınaqlarından alnı açıq çıxıb. Bu münasibətlər təkcə iqtisadi, siyasi müstəvidə deyil, bütün mənalarda sağlam düşüncə, sağlam ruh üzərində qurulub. 34 il geri qayıdaq, Azərbaycanın müstəqilliyini elan etməsi Ermənistanın havadarlarının, beynəlxalq güclərin dəstəyi ilə torpaqlarımıza təcavüzü ilə eyni vaxta təsadüf edirdi. Bizə mənəvi, hərbi, iqtisadi, siyasi, psixoloji dəstəyi verən ölkələrin sırası isə çox seyrək idi. Amma Türkiyə və Pakistanın dost, qardaş nəfəsini hər yerdə hiss edirdik. Bu…
Daha çoxDay: May 27, 2025
ABŞ-ın Milli İctimai Radiosu Trampa qarşı məhkəmə iddiası qaldırıb
ABŞ-ın Milli İctimai Radiosu (NPR) və onun üç yerli stansiyası Prezident Donald Trampa qarşı məhkəmə iddiası qaldırıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, məhkəməyə müraciətin səbəbi bu qurumlar üçün federal maliyyənin kəsilməsini nəzərdə tutan sərəncamın qanunsuz olduğunu hesab etmələridir. NPR, Kolorado İctimai Radiosu, Aspen İctimai Radiosu və KUTE Inc.-in müraciətinə görə, Trampın subsidiyaları azaltmaq əmri Konstitusiyaya Birinci Düzəlişi pozur.
Daha çoxDövlət borcunun ÜDM-ə nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş həddə olub
2024-cü ildə Azərbaycanda büdcə qaydasının komponenti olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş hədd daxilində olub və əvvəlki illə müqayisədə azalıb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir. Ölkə Prezidentinin “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı…
Daha çoxAzərbaycan Prezidentinin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü…
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxABŞ-a gedən rusiyalı bloger Amerikanın ən qəribə yerinin adını çəkib…
…Rusiyanı tərk edib ABŞ-da yaşayan rus strimeri və bloqqer İlya Maddison (əsl adı Davudov-A.B.) Nyu-Meksiko ştatını Amerikanın ən qəribə yeri adlandırıb. SİA-nın məlumatına görə, o, bu barədə fraqmenti YouTube-da yayımlanan verilişdə danışıb. Deməli, onun dediyinə görə, Nyu Meksikoda ümumiyyətlə çox qəribə bir atmosfer var. Bu, yəqin ki, Luizianadan sonra ABŞ-da ən qəribə yerdir, belə ki, buranın özünəməxsus xüsusiyyətləri var. Maddison deyib bunu. O, bir neçə gün Nyu-Meksiko ştatının Albukerke şəhərətrafı ərazilərində qaldığını bildirib. Davudovun sözlərinə görə, orada vəziyyət ona çox gərgin görünürmüş. Bloqqerin izah etdiyi kimi, o, çoxlu köhnə avtomobillər…
Daha çoxOtun bahalaşması ətin qiymətinə təsir edəcək?
“Ot, heyvandarlıq sektorunda əsas yem bazasını təşkil edir və bu resursun qiymətindəki dəyişikliklər istehsalın iqtisadi səmərəliliyinə birbaşa təsir göstərir. Xüsusilə, Azərbaycanda geniş yayılmış qapalı heyvandarlıq sistemləri çərçivəsində saxlanılan ətlik və südçülük istiqamətli heyvanların yem rasionunun böyük hissəsi yaşıl yemlər, xüsusilə də otla təmin olunur. Lakin azad otlaq sahələrinin məhdudluğu bu sahədə alternativlərin məhdud olmasına və ot məhsullarına olan tələbatın artmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Mövcud iqlim dəyişiklikləri və hava şəraitinin qeyri-sabitliyi səbəbindən biçilmiş…
Daha çoxİslamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb
Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfrans mayın 27-də başa çatıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, konfransın sonuncu sessiyası “EULEMA-nın xüsusi fokus mövzusu: Avropada İslamofobiya” mövzusuna həsr olunub. COREIS-in vitse-prezidenti, EULEMA sədri Yahya Pallavicinin moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Avstriya Müsəlman Təşəbbüsünün sədri Tarafa Bağaçatı təəssüflə bildirib ki, bəzi siyasi partiyalar və qurumlar İslamı Avropa dəyərlərinə zidd göstərərək onu bu qitədən uzaqlaşdırmağa çalışırlar. Bu, yalnız İslamı deyil, bu dinə inanan milyonlarla avropalını da hədəfə alır. Halbuki İslamı və müsəlmanları Avropanın sosial və…
Daha çoxRusiya evdar qadınlara “maaş” verilməsini təklif edir..?
…Rusların Dövlət Dumasına evdar qadınlar üçün aylıq ödənişlər haqqında qanun layihəsi təqdim olunub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qanun qəbul olunarsa, 1,5 yaşdan yuxarı uşaqları ilə evdə qalan, birinci qrup uşaqlıq əlillərinə və ya yaşlı valideynlərə qulluq edən işsiz ruslar yaşayış minimumu məbləğində aylıq ödəniş ala biləcəklər. Bu kateqoriyaya uşaq bağçası/məktəbi olmayan uşaqları böyüdən valideynlər və qocalara qulluq edənlər daxildir. Deməli, bununla bağlı aşağıdakı məhdudiyyətlər təklif olunur: ailənin ümumi gəliri yaşayış minimumunun 2 səviyyəsindən çox olmamalıdır. Ödəniş ölkədə ən azı 5 il yaşayan Rusiya Federasiyasının vətəndaşlarına verilir. Bundan…
Daha çoxDövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlər bank hesablarında saxlanılıb
2024-cü ildə Azərbaycanda kənar dövlət maliyyə nəzarəti tədbirləri və qurumların təqdim etdiyi məlumatların təhlili dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin bank hesablarında saxlandığını göstərib, bu əməliyyatların büdcə uçotunda uyğunsuzluqlara səbəb olduğu qənaətinə gəlinib. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir. Sənədə əsasən, seçmə qaydada əhatə edilmiş qurumların məlumatlarının təhlili göstərir ki, hesabat ilində və əvvəlki illərdə dövlət büdcəsinin kassa icrasına aid olunmuş, lakin bank…
Daha çoxBaş nazir Əli Əsədov Misir Senatının sədri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 27-də ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanla Misir arasında əlaqələrin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının müntəzəm görüşlərinin və müzakirələrinin ikitərəfli münasibətlərin daha da dərinləşməsi və möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin tarixində yeni mərhələnin əsasını qoyduğu xüsusi vurğulanıb. Həmçinin parlamentlərarası münasibətlərə toxunulub, ikitərəfli…
Daha çox