Bizdə yox ey…Rusiyada… …“Life” portalı öz oxucuları arasında məmurlar arasında korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı effektiv mübarizə yolları ilə bağlı sorğu keçirib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sorğu iştirakçıları oğurluğa görə məmurların ölüm cəzası ilə cəzalandırılmasını təklif ediblər. “Life” oxucularının təklif etdiyi digər tədbirlərə “sönən işıqların istifadəsinə tam qadağa” və dövlət qulluqçularının maaşlarının ölkə üzrə orta səviyyəyə endirilməsi daxildir. Sorğu iştirakçıları həmçinin məmurlardan “adi xəstəxanalarda” müalicə olunmasını və uşaqlarının yalnız dövlət məktəblərinə göndərilməsini tələb etməyi təklif ediblər. …Bundan əvvəl…
Daha çoxDay: May 27, 2025
Aktau şəhərində Müstəqillik Günü qeyd olunub
Qazaxıstanın Aktau şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Qazaxıstan tərəfindən əsas qonaq qismində Manqistau vilayətinin akim müavini Abbat Urisbaev iştirak edib. Baş konsul Ayxan Süleymanlı çıxış edərək, Şərqdə ilk demokratik və dünyəvi respublikanın 107 il əvvəl məhz Azərbaycanda yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikası bu illər ərzində böyük inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası nəticəsində ölkəmiz güclü iqtisadiyyata…
Daha çoxHesabat ilində yerli xərclər proqnozla müqayisədə az icra edilib
Hesabat ilində yerli xərclər proqnozla müqayisədə az icra edilmiş, əvvəlki ildə olduğu kimi ən yüksək icra məbləği dekabr ayında qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir. Bildirilib ki, hesabat ilində şəhər və rayonların yerli xərcləri 738,6 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılmış məbləğdən 5,9%, əvvəlki ilin icra göstəricisindən isə 22 min manat azdır. “Dövlət büdcəsinin icrasına dair illik hesabatda əvvəlki…
Daha çoxAzərbaycanın Müstəqillik Günü Niderlandda qeyd edilib
Müstəqillik Günü münasibətilə Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən Haaqa şəhərində rəsmi qəbul təşkil olunub. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdən bildirilib verir ki, tədbirdə Haaqa şəhərinin meri Yan van Zanen, Niderland Krallığının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Erik Vestestrate, həmçinin bu ölkənin rəsmi qurumlarının, müxtəlif nazirliklərinin, diplomatik korpusun, beynəlxalq təşkilatların, siyasi, iqtiasadi, mədəni, elmi-akademik dairələrin nümayəndələri, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər. Azərbaycanın tarixi, mədəniyyəti və inkişafını nümayiş etdirən videoçarxın təqdimatından sonra çıxış edən ölkəmizin Niderlanddakı səfiri Məmməd Əhmədzadə Müstəqillik Gününün Azərbaycan tarixində rolu, onun böyük bir coğrafi…
Daha çoxBSU-da II Karyera Yarmarkası keçirilib
Mayın 27-də Bakı Slavyan Universitetində (BSU) tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə II Karyera Yarmarkası təşkil olunub. SİA xəbər verir ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) sədr müavini Ramal Quluzadə və işəgötürən müəssisələrin təmsilçiləri iştirak ediblər. Tədbirin açılış mərasimində çıxış edən BSU-nun rektoru Anar Nağıyev yarmarkanın əhəmiyyətinə toxunaraq BSU-da ikinci dəfə təşkil edilən karyera yarmarkasında Azərbaycanın iqtisadiyyatında öz sözünü demiş şirkətlərin və müəssisələrin iştirakından məmnunluq duyduğunu bildirib. A.Nağıyev qeyd edib ki, bu təşəbbüslər tələbələrin…
Daha çoxAzərbaycanda elm sahəsinə maliyyə vəsaiti təkcə dövlət büdcəsi hesabına deyil
Azərbaycanda elm sahəsinə maliyyə vəsaiti təkcə dövlət büdcəsi hesabına deyil, həm də özəl sektorun hesabına olmalıdır. SİA xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, ölkədə elmə olan münasibəti köklü sürətdə dəyişmək lazımdır: “Əks halda, əbədi olaraq bu sahədə geri qalmaq təhlükəsi ilə üzləşə bilərik. Yəni özəl sektor bu prosesə cəlb olunmalıdır. Elm sahəsinə əlavə maliyyə vəsaiti ayrılmalı, alimlərin əməkhaqqları artırılmalıdır”. Ə.Məsimli bildirib ki, Azərbaycanda…
Daha çoxBeynəlxalq konfransın yekununa həsr olunan mətbuat konfransı keçirilib
“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın yekununa həsr olunan mətbuat konfransı keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bu konfransların ardıcıl şəkildə Azərbaycanda keçirilməsinin xarici təşkilatçılar tərəfindən yüksək qiymətləndirildiyinə diqqət çəkib. Onun sözlərinə görə, fərqli ölkələrdən gələn nümayəndə heyətləri, ekspertlər, ictimai, humanitar təşkilatların nümayəndələri konfransın əhatə dairəsini genişləndiriblər. “Bu proses artıq təşəbbüsdən təşkilatlanmış hərəkata çevrilib. Biz birlikdə və sistemli şəkildə yeni layihələr həyata keçirməyi hədəfləyirik”, – deyə Rəvan Həsənov bildirib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin…
Daha çox"Almaniya Rusiya və ABŞ-a siqnal göndərdi"..?
“Almaniya Rusiya və ABŞ-a siqnal göndərdi”..?
Daha çoxAzərbaycanda sənaye parkları üçün elektrik enerjisi sərfiyyatının həddi müəyyənləşib
Nazirlər Kabineti 1 fevral 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi haqqında” qərarına dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Dəyişikliyə əsasən, sənaye parklarının rezidentləri və qeyri-rezidentləri üçün sərbəst istehlakçı statusu qazanmaq məqsədilə tələb olunan illik elektrik enerjisi sərfiyyatı həddi 1 milyon kilovat/saat və daha artıq həcmdə müəyyən edilib.
Daha çoxAzərbaycan Prezidenti Pakistanın Baş naziri ilə Laçında görüş keçirilib
Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Qarabağa və Şərqi Zəngəzura səfərindən məmnunluğunu bildirən Məhəmməd Şahbaz Şərif bu səfərin Pakistanın “Qarabağ Azərbaycandır!” mövqeyinin növbəti təsdiqinin ifadəsi olduğunu vurğuladı. Qonaq Azərbaycanın qarşıdan gələn Müstəqillik Günü münasibətilə dövlətimizin başçısını təbrik etdi. Eyni zamanda, Pakistanın Baş naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında və ətraf ərazilərdə qısa müddət ərzində həyata keçirilən bərpa və quruculuq işlərinin böyük təəssürat doğurduğunu deyərək, bu münasibətlə də dövlətimizin…
Daha çox