Ukraynanın keçmiş baş naziri Krımla bağlı təəccüblü etiraflar edib…

…Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti Boris Yeltsin xahiş etsə, ölkənin birinci prezidenti Leonid Kravçuk 1991-ci ildə Krımı Rusiyaya verməyə hazırdır. SİA-nın məlumatına görə, bu barədə o, Telegram kanalında yazıb. …Rəhmətlik Kravçuk mənə dedi ki, əgər Belovejskaya Puşçada Yeltsin mənə Krımı ver desəydi, mən onu ona verərdim. Bundan əvvəl Azarov bəyan etmişdi ki, Kiyev Krım və Sevastopolla iddia irəli sürmək hüququna malik deyil. Siyasətçinin sözlərinə görə, 2014-cü il hadisələrinə qədər Rusiya ilə Ukrayna arasında heç bir ərazi mübahisəsi olmayıb və bütün ərazi…

Daha çox

3 uşağı xəstə olan hərbçi ailəsi kömək istəyir

“İllərdir ki, 3 xəstə uşağa qulluq edirəm. 15 yaşlı qızım Filiz miopatiya, 8 yaşlı əkiz oğlanlarım Həsən və Hüseyn isə anadangəlmə ürək qüsurundan əziyyət çəkir. Hər ay uşaqların müalicəsinə 2 min manata yaxın xərc çəkirik. Evimizi, maşınımızı satmışıq, artıq satmağa heç nəyimiz qalmayıb…” Bu barədə uşaqların anası Rəmziyyə Cəfərova müraciət edib. Onun sözlərinə görə, həyat yoldaşı Daşdəmir Cəfərov hərbçidir və 17 ildir Vətənə xidmət göstərir. Hazırda da işğaldan azad olunmuş ərazilərdə qulluq edir. Ailədə yeganə işləyən şəxs o olduğundan aldığı maaş uşaqların müalicəsi, qida və kirayə xərclərini qarşılaya bilmir: “Həyat…

Daha çox

Sahil Babayev ötən il Azərbaycana benzin idxalının artmasının səbəbini açıqlayıb

Azərbaycana benzin idxalının artmasının səbəbi ötən il ölkədə keçirilən beynəlxalq tədbirlərlə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı dayandırması ola bilər. SİA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycana benzin idxalının artmasının əsas səbəbi barədə dəqiq məlumatı SOCAR verə bilər: “Ancaq bizim ehtimallarımıza görə, buna səbəb ötən il Azərbaycanda keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın…

Daha çox

Nigerdə terror hücumu nəticəsində 40-dan çox hərbçi həlak olub

Nigerin Tahoua bölgəsində baş vermiş terror hücumu nəticəsində 40-dan çox hərbçi həyatını itirib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün Mali sərhədinə yaxın ərazidə yerləşən hərbi düşərgəyə edilən hücum cari ildə orduya qarşı törədilmiş ən qanlı hücumlardan biri hesab olunur. Məlumata görə, təhlükəsizlik qüvvələri bölgədə gözlənilən hücumların qarşısını almaq məqsədilə əməliyyat keçiriblər.

Daha çox

Azərbaycan və Qazaxıstan maliyyə bazarlarına nəzarət sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi arasında maliyyə bazarı iştirakçılarının monitorinqi mexanizmlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkəsində yazıb.. “Qazaxıstanda işgüzar səfər çərçivəsində bu ölkənin Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımova ilə görüşdük. Maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində vacib məsələlərin müzakirəsindən sonra qurumlarımız arasında Anlaşma Memorandumu imzaladıq”, – deyə T. Kazımov bildirib. Memorandum çərçivəsində nəzərdə tutulan əsas istiqamətlər bunlardır: – Maliyyə bazarının vəziyyəti və inkişafı, tənzimlənmə və nəzarət…

Daha çox

Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi və siyasi varisidir

Azərbaycan xalqı zəngin və şərəfli dövlətçilik tarixinə malikdir. Bu tarixin ən mühüm səhifələrindən birini 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və olduqca mürəkkəb şəraitdə 23 aylıq fəaliyyəti təşkil edir. Əlbəttə, Şərqdə ilk parlamentli və demokratik respublika olan Xalq Cümhuriyyətinin timsalında Azərbaycan xalqı yeni bir dövlətçilik ənənəsinin əsasını qoyub. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, milli dövlətçilik ənənələrinin qorunması və inkişafına xidmət göstərən əhəmiyyətli islahatlar həyata keçirib, müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul edilib. Bununla da demokratik idarəetmə baxımından nümunə sayılan mütərəqqi dəyərlər yaradılıb.…

Daha çox

Mərakeşdə 26-cı beynəlxalq Tatuan Ud festivalı keçiriləcək

Mayın 29-da Mərakeşin Tatuan şəhərində “Tolerantlığın şüaları” şüarı altında 26-cı Beynəlxalq Ud Festivalının açılış tədbiri keçiriləcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Tatuanın 2026-cı ildə Aralıq dənizi hövzəsi üzrə “Mədəniyyət və Dialoq Paytaxtı” elan edilməsi çərçivəsində həyata keçirilir. Üç gün davam edəcək festivalda müxtəlif təqdimatlar və mədəni proqramlar nümayiş olunacaq. Eyni zamanda, məşhur Çin ud aləti olan “Pipa” haqqında master-klass və Mərakeş-Əndəlus ud aləti ilə bağlı təqdimatlar olacaq, eləcə də musiqinin müşayiəti ilə şeir gecəsi keçiriləcək. Festivalda Avstraliya, Misir, Çin, Türkiyə, İspaniya, Suriya, Mərakeş və digər ölkələrdən musiqiçilər…

Daha çox

“Bizdə artıq kişilər də lazer epilyasiyası etdirir”

“Zaman keçdikcə insanların tələbatı, estetik və həyati dünyagörüşü də dəyişir. Buna görə də bir çox insanlar bütün dünyada dəbdə olan trendlərə tez bir zamanda uyğunlaşmağa çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, istər bahalı mobil telefon almaq baxımından, istərsə də yüz minlərlə ölçülən qiymətə maşın, ev, villa əldə etmək üçün min bir əziyyətə qatlanmaq baxımından, insanların bu cür arzularını və istəklərini normal qəbul etmək…

Daha çox

Kapital Bank rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti tərəfindən 4 mükafata layiq görüldü

Ölkənin birinci bankı Kapital Bank Visa şirkətinin keçirdiyi qiymətləndirmədə 4 nominasiya üzrə mükafat qazanıb. Bu mükafatlar Kapital Bank-ın müxtəlif hədəf qruplarına yönəlik yenilikçi və funksional həllərinin uğurla tətbiq olunduğunu bir daha təsdiqləyir. Tələbələr üçün nəzərdə tutulan “TələbəPlus” kartı həm gündəlik ehtiyacları qarşılayan, həm də endirim və üstünlüklər təqdim edən unikal bir məhsul kimi qiymətləndirilib. Təhsilin İnkişafı Fondu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən bu layihə sayəsində tələbələr nəinki alış-veriş zamanı xüsusi güzəştlərdən yararlanır, həm də universitetlərə giriş-çıxış, təqaüd köçürmələri kimi funksiyaları bir kartda birləşdirən innovativ yanaşmadan faydalanırlar. Məhz bu çoxfunksiyalı və…

Daha çox

MDB-nin Baş katibi İlham Əliyevi təbrik edib

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan milli suverenlik illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib, geniş beynəlxalq nüfuz qazanıb. Respublika bu gün Sizin rəhbərliyinizlə ölkədə siyasi və sosial-iqtisadi sabitliyin möhkəmləndirilməsi istiqamətində kompleks dövlət islahatları yolunda inamla irəliləyir. Əminəm ki, Sizin çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının tərəqqisinə və əhalinin rifahının yüksəldilməsinə xidmət edəcək, bizim Müstəqil Dövlətlər Birliyi çərçivəsində məhsuldar əməkdaşlığımız isə möhkəmlənəcək və inkişaf edəcəkdir.…

Daha çox